Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Psevdomorfozlar
Psevdomorfozlar - mineralogiyada mineralı təşkil edən maddəyə yad olan, zahiri kristalloqrafik formalı fərdlər. Əvvəlki mineralın sonradan həll olub çıxması nəticəsində yaranan boşluqların doldurulması (doldurma psevdomorfozlar) və ya əvvəldən yaranan mineralın formasını saxlamaq şərtilə kimyəvi əvəzolunma nəticəsində əmələ gəlir. Bu halda əvəz edən mineralın bir hissəsi əvəz olunanın tərkibinə daxil ola bilər. Əvvəlki maddə tam əvəz olunduqda sıxışdırılıb çıxarılma psevdomorfozlar adlanır. Üzvi qalıqlar üzrə də mineral psevdomorfozlar rast gəlir. Psevdomorfozlar mineralın mənşəyini göstərən mühüm kriterilərdən biridir. Mineralogiya Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.