Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Psixeya
Psixeya qədim yunan mifologiyasında məhəbbət və seks ilahı Erosla münasibətdə olan gözəl, lakin ölümlü olan bir qızdır. Onun sevgilisi Eros məhəbbət və gözəllik ilahəsi Afrodita ilə müharibə və dağıntı ilahı Aresin oğludur. "Psixologiya", "psixoloq" kimi sözlər Psixeyanın adından götürülərək yaradılmışdır. Psixeya həm də ruh deməkdir. Psixeya Eros tərəfindən ruh ilahəsinə çevrilmişdir. == Psixeya və Erosun məhəbbət hekayəsi == Psixeya Milet padşahının üç gözəl qızından biridir. O, bu üç bacının ən gənci və ən gözəlidir. Psixeya heç vaxt evlənə bilməz. Çünki heç kim belə gözəl qızla evlənməyə cürət edə bilməzdi. İnsanlar Psixeyanın gözəlliyinə o qədər aludə olurlar ki, hətta ilahələri Afroditaya sitayiş etməyi də unudurlar.
Kupidon və Psixeya uşaq ikən
Kupidon və Psixeya uşaq ikən (ing. Cupid and Psyche as Children, fr. L'Amour et Psyché, enfants) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsər 1999 – cu ildə isə Nyu-Yorkda, Kristi auksionunda $1,760,000 – a satılmışdır.Əsər 1890-cı ildə Fransanın Salon şəhərində tamamlanmışdır. Bəzən əsər yanlış olaraq "İlk Öpüş" (ing: The First Kiss, fr: Le Premier Baiser) də adlandırılır. Kətan üzərində yağlı boya ilə çəkilmiş şəkil 119.5 x 71 mm (47 x 27 7/8) ölçüyə malikdir və hal – hazırda şəxsi kolleksiyada saxlanılır. Şəklin mövzusu qədim Roma şairi Apuleyin "Qızıl arxa" əsərindəki "Kupidon və Psixeya" hekayəsindən götürülmüşdür. == Yanlış adlandırma == İnternetdə ilk virtual muzeylərdən biri olan "Web Museum"də əsər yalnız olaraq "L'Amour et Psyche, enfants" adıyla deyil "The Firs Kiss" (İlk öpüş) adıyla yerləşdirilmiş, sayt hələ də bu yanlışını aradan qaldırmamışdır. == Buqronun Kupidon və Psixeya təsvir edilmiş digər əsərləri == Buqro müxtəlif zamanlarda Kupidon və Psixeya təsvir edilmiş başqa əsərlər də yaratmışdır: Psyché et l'Amour (Psixeya və Kupidon, Salon, 1889, No. 260; Exposition Universelle of 1900, No.
Psixeyanın oğurlanması (Buqro)
Psixeyanın oğurlanması (ing. The abduction of Psyche, fr. Le ravissement de Psyché) — Vilyam Buqro tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1895-ci ildə Parisdə tamamlanmşdır və hazırda şəxsi kolleksiyada saxlanılır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından biri olan Psixeya və onu qaçıran məhəbbət tanrısı Erot təsvir edilmişdir.
Psixika
Psixika (qədim yunan dilində ψῡχικός "mənəvi, həyati") — psixologiyada və tibbdə bilik və elm sahələrindən asılı olaraq aşağıdakı kimi müəyyən edilən mürəkkəb bir anlayışdır: Düşüncə prosesləri və hadisələrinin məcmusu (hisslər, qavrayışlar, emosiyalar, yaddaş və s.); heyvanların və insanların ətraf mühitlə qarşılıqlı əlaqəsində həyatın spesifik aspekti; “Yüksək mütəşəkkil canlıların xarici aləmlə qarşılıqlı əlaqəsi prosesində yaranan və onların davranışında (fəaliyyətində) tənzimləyici funksiyanı yerinə yetirən obyektiv reallıq subyektinin aktiv nümayiş etdirmə forması”; Yüksək mütəşəkkil canlı materiyanın subyekt tərəfindən obyektiv aləmi aktiv şəkildə əks etdirməsindən, ondan ayrılmaz dünya mənzərəsinin qurulmasında və bu əsasda onun davranış və fəaliyyətinin tənzimlənməsindən ibarət olan sistemli xüsusiyyəti; İnsanın daxili aləmi.Psixika insanların və heyvanların subyektiv aləmi olub, subyektiv şəkildə yaşanan proseslərin və halların bütün kompleksini əhatə edir: qavrayış, yaddaş, təfəkkür, niyyət, yuxu və s. Psixika bütövlük, fəallıq, inkişaf, özünütənzimləmə, ünsiyyət, uyğunlaşma və s. kimi keyfiyyətlərlə xarakterizə olunur; somatik proseslərlə əlaqələndirilir. Bioloji təkamülün müəyyən mərhələsində meydana gəlmişdir. İ.P.Pavlov psixi fəaliyyəti ali sinir fəaliyyəti ilə əlaqədar olduğunu müəyyən etmişdir. Psixologiya elmi psixikanın öyrənilməsi ilə məşğul olur. 1970-ci illərdə psixologiya, nevrologiya və fiziologiyanın qovşağında psixi proseslərin beyin mexanizmlərini öyrənən psixologiyanın bir qolu olan neyropsixologiya inkişaf etmişdir. == Psixikanın təkamülü == Psixikanın əmələ gəlməsi materiyanın bioloji təşəkkülü ilə bağlıdır. Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, instinktiv, intellektual və həyatda qazanılan davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə belə özünü göstərir və onlar cavab reaksiyası verirlər.
Psixediya
Psixodeliya (q.yun. ψυχή - ruh, δήλος - aydın) — psixodeliklərin qəbulu nəticəsində yaranan narkotik trans fantazmaqoriyası, dəyişdirilmiş şüur vəziyyəti, qeyri-sabit ruh vəziyyəti, eləcə də psixikaların istifadəsi və ya hər şeyin adi gedişatından fərqlənən çox qəribə bir fenomen səbəbiylə ortaya çıxan qarşı mədəniyyət növü. == Sözün istifadə dairəsi == Əvvəla, bu söz tez-tez psixodelika adlanan psixoaktiv maddələrin (narkotik vasitələrin) ayrıca kateqoriyası ilə əlaqələndirilir, baxmayaraq ki, "hallüsinogenlər" (halüsinasiyalar yaradan) və "psixomimetika" (psixozu simulyasiya edən) adları da istifadə olunur . Psychedelic (psixedel və ya psychedelic ) termini ilk dəfə 1956-cı ildə bu maddələrin (ilk növbədə LSD) psixoterapiyada istifadə imkanlarını tədqiq edən britaniyalı (ABŞ və Kanadada işləyən) psixiatr Humphry Osmond tərəfindən təklif edilmişdir. Bu söz Timoti Liri və Oldos Hakslinin əsərlərində daha da populyarlaşdı.
Orta spireya