Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Corc Pulman
Corc Pulman (ing. George Pullman; 3 mart 1831[…] – 19 oktyabr 1897[…], Çikaqo, İllinoys) — Amerikalı mühəndis və sənayeçi. O Pullman yataqlı vaqonunu layihələndirib istehsal etdi və istehsalat ilə məşğul olan işçilər üçün Çikaqoda bir şirkət şəhərciyi qurdu.
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. == Ümumi tarixi == Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Yulaman (Avurğazı)
Yulaman (başq. Юламан, rus. Юламаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 34 km. == Tarixi == 1993—2008-ci illərdə keçmik Yulaman kənd şurasının mərkəzi olmuşdur. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Aleksandr Sergeyeviç Savelyev-Sas (26 sentyabr 1932) — çuvaş çairi və yazıçısı.
Kağız pullar
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Viktor Şulman
Viktor Şulman — Azərbaycanın tanınmış jurnalisti, “Azərbaycanın əməkdar jurnalisti” (2005) == Həyatı == Viktor Şulman 1946-cı ildə Bakıda anadan olub. == Fəaliyyəti == Əmək fəaliyyətinə Şirvan şəhərinin (o vaxtkı Əli Bayramlı) rus dilində çıxan “Mayak” qəzetində işləyib. 1993-cü ilə kimi orada çalışıb, sonradan uzun illər “AzərTAc”da işləyib. 1993-cü ildə isə “İTAR-TASS”ın Azərbaycandakı xüsusi müxbiri olub və həyatının sonuna kimi burada işləyib. Viktor Şulman Qarabağ hadisələrini birbaşa münaqişə zonasından işıqlandırıb. 2005-ci ildə ona “Azərbaycanın əməkdar jurnalisti” adı verilib. == Vəfatı == 8 sentyabr 2012-ci ildə Rusiyanın “İTAR-TASS” informasiya agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Şulman vəfat edib.
Riçard Ernst Bellman
Riçard Belman (26.08.1920 – 19.03.1984) Amerikalı tətbiqi riyaziyyatçıdır. O, 1953-cü ildə dinamik proqramlaşdırmanı yaratmış və eləcə də riyaziyyatın digər sahələrində böyük işlər görmüşdür. == Elmi işləri == O, karyerası boyunca 619 məqalə və 39 kitab çap etmişdi. Ömrünün son 11 ilində ağır beyin əməliyyatları (Dreyfus, 2003) keçirsə də, bu müddət ərzində 100-dən çox məqalə çap etmişdi. Bəzi seçmələr: 1957. Dynamic Programming 1959. Asymptotic Behavior of Solutions of Differential Equations 1961. An Introduction to Inequalities 1961. Adaptive Control Processes: A Guided Tour 1962. Applied Dynamic Programming 1967.
İslam Monir Suliman
İslam Monir Suliman (17 dekabr 1990) — Sudanlı cüdoçu. İslam Monir Suliman Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İslam Monir Suliman birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində ABŞ-nin nümayəndəsi Kolton Braun ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Monir Suliman rəqibinə 0:100 hesabı ilə uduzdu.
Liv Ulman
Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[…], Tokio) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. == Həyatı və karyerası == Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür. === Səhnədən "Persona"ya === Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.
Corc Ceyms Allman
Corc Ceyms Allman (ing. George James Allman; 1812[…], Kork, Munster[d] – 24 noyabr 1898) — İrlandiya botaniki və zooloqu. == Elmi fəaliyyəti == Corc Ceyms Allman toxumlu bitkilər və yosunlar sahəsində ixtisaslaşıb. == Əsərləri == Allman G. J. The monograph of the Gymnoblastic or Tubularian Hydroids. — London: Robert Hardwicke, 1971–1972. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Allman, George James // Encyclopædia Britannica (ing.).
G.J.Allman
Corc Ceyms Allman (ing. George James Allman; 1812[…], Kork, Munster[d] – 24 noyabr 1898) — İrlandiya botaniki və zooloqu. == Elmi fəaliyyəti == Corc Ceyms Allman toxumlu bitkilər və yosunlar sahəsində ixtisaslaşıb. == Əsərləri == Allman G. J. The monograph of the Gymnoblastic or Tubularian Hydroids. — London: Robert Hardwicke, 1971–1972. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Allman, George James // Encyclopædia Britannica (ing.).
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). === Milli tərkibi === Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Halal pullar (film, 2008)
== Məzmun == Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir. == Film haqqında == Filmin çəkilişləri 3 aya yaxın davam edib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elmar Kərimov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkarlar: Rəşad Haşımov, Ənvər Sadıqov Səs rejissoru: Teymur Kərimov İkinci rejissor: Kamran Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ramiz Əzizbəyli — Rasim Nuriyyə Əhmədova Vüsal Murtuzəliyev — Azad Azər Axşam — Hamlet Arif Quliyev Arif Qasımov Rafael İsgəndərov Murad Dadaşov — türk vətəndaşı Ramiz Sərkərov Tamara Babayeva-Nigar Rəfael Dadaşov — Tariyel Samir Ələsgərov Fərid Rzayev Camal Həşimov Bəhram Bağırzadə Cavid İmamverdiyev Kənan Məmmədov Emin Mirabdullayev == Həmçinin bax == 2008-ci ilin Azərbaycan filmləri == İstinadlar == == Xarici keçid == Tahirə.
Tullan, görüm! (film, 2007)
Tullan, görüm! (ing. Jump In!) — 2007-ci ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Korbin Blyu və Keke Palmer. Film ilk dəfə 12 yanvar, 2007-ci ildə nümayiş etdirilmişdir. == Rollarda == Korbin Blyu Keke Palmer Devid Reivers == Xarici keçidlər == Tullan, görüm! — Internet Movie Database saytında.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.