Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gövşaltı
Govşatlı və ya Gövşaltı — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Araz çayının sol sahilində, Mil düzündədir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Govşatlı
Govşatlı və ya Gövşaltı — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Araz çayının sol sahilində, Mil düzündədir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Qaşaltı Qaraqoyunlu
Qaşaltı Qaraqoyunlu — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdır. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. Kəndin adı qaş (dağın təpəsinin bir qədər irəliyə çıxmış üstü, dağın döşü) və alt sözlərindən, həmçinin Qaraqoyunlu etnotoponimindən ibarətdir. Kəndin adı "dağ qaşının alt tərəfindəki Qaraqoyunlu kəndi" mənasındadır. Kəndin yaranması haqqında bir neçə fərziyyə var. Bunlardan biri XIX əsrin ortalarında Qərbi Azərbaycanda Qaraqoyunlu adlı yerdə yaşayan bir qrup insanın bu əraziyə gələrək bir kənd qurmasından ibarətdir. Kənd Naftalan şəhərindən 2.3 km məsafədə, Naftalan düzü ərazisində yerləşir. İqlimi yayda isti, qışda mülayimdir.
Qoçaltı məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Su qovşağı
Çayın və ya kanalın üstündə qurulmuş bir sıra hidrotexniki qurğulardır. Su qovşağında SES-in binaları, bənd, suyığan və suburaxan qurğular, kanallar, şlüzlər və su anbarı daxildir.
Nəqliyyat qovşağı
Nəqliyyat qovşağı — nəqliyyat vasitələri və növləri arasında sərnişinlərin və yüklərin dəyişdirildiyi yer. İctimai nəqliyyat qovşaqlarına dəmir yolu, metro stansiyaları, avtobus, tramvay dayanacaqları, hava limanları və bərə limanları daxildir. Yük qovşaqlarına ayırma meydançaları, hava və dəniz limanları və yük maşını terminalları və ya bunların birləşmələri daxildir. Avtomobillə şəxsi nəqliyyat üçün parkinq unimodal mərkəz kimi fəaliyyət göstərir. Tarixən, planlı sərnişin hava nəqliyyatı sənayesində mübadilə xidməti iki və ya daha çox aviaşirkət tərəfindən həyata keçirilən "təyyarə vasitəsilə" uçuşu əhatə edirdi, burada tək bir hava gəmisi onu idarə edən ayrı-ayrı hava yolları ilə öz uçuş heyətləri ilə birbaşa, təyyarə dəyişdirilməyən çox dayanacaqlı uçuşun müvafiq hissələrində istifadə edilmişdir. ABŞ-də Alaska Airlines, American Airlines, Braniff International Airways, Continental Airlines, Delta Air Lines, Eastern Airlines, Frontier Airlines (1950–1986), Hughes Airwest, National Airlines (1934–1980), Pan Am, Trans World Airlines (TWA), United Airlines və Western Airlines əvvəllər həm daxili, həm də beynəlxalq reyslər üzrə bu cür kooperativ "təyyarə vasitəsilə" mübadilə uçuşları həyata keçirirdilər və bu cədvəllər onların müvafiq sistem cədvəllərində görünürdü. Delta Air Lines, Eastern Air Lines ilə rəqabət aparmaq üçün 1955-ci ildə Atlantadakı mərkəzində aviasiya üçün qovşaq sistemini yaratdı. FedEx 1970-ci illərdə paketlərin bir gecədə çatdırılması üçün bu sistemi istifadə etməyə başladı. 1978-ci ildə ABŞ hava yolu sənayesi tənzimləmədən çıxarıldıqda, Deltanınsistemi bir neçə aviaşirkət tərəfindən istifadə edilməyə başlandı. Dünyanın bir çox aviaşirkətləri öz uçuşları arasında sərnişin əlaqələrini asanlaşdıran bu sistemdən istifadə edirlər.
Əkbər Qoşalı
Əkbər Qoşalı (azərb. Yolçuyev Əkbər Mehdi oğlu‎; 3 aprel 1973, Qoşa, Tovuz rayonu) — nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin (1998) və Azərbaycan Jurnalistlər Birliyinin (1995) üzvü; DGTYB-nin sədri (1998-ci ildən). Əkbər Qoşalı 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini Qoşa kənd natamam orta məktəbində (1980–1988) və Çatax kənd orta məktəbində (1988–1990) alıb. Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi "Elektronika mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998–2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) "Dövlət və bələdiyyə idarəetməsi" istiqaməti üzrə ikinci ali təhsil alıb. Ailəlidir, üç övladı var. Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin "Sosial proqramlar" şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin "İctimai-siyasi" şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb. Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə. Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.
Hava yolu qovşağı
Hava yolları qovşaqları və ya qovşaq airoportları – bir və ya daha çox aviaşirkət tərəfindən sərnişin axını və uçuş əməliyyatlarını müəyyən bir hava limanında cəmləşdirmək üçün istifadə olunur. Sərnişinləri son təyinat məntəqələrinə çatdırmaq üçün transfer (və ya dayanma) nöqtələri kimi xidmət edirlər. Bu hava qovşaqları sisteminin bir hissəsidir. Bir hava yolu şirkəti bir neçə qovşağı olmayan şəhərlərdən hava limanına uçuşlar həyata keçirir və danışılan şəhərlər arasında səyahət edən sərnişinlərin qovşaqdan keçməsi lazımdır. Bu paradiqma, hava yolları şirkətinin (aralıq əlaqə vasitəsi ilə) şəhər cütlərinə xidmət göstərməsinə imkan verən miqyaslı iqtisadiyyatlar yaradır, əks halda iqtisadi cəhətdən fasiləsiz olaraq xidmət göstərilə bilməz. Bu sistem, heç bir qovşağın olmadığı və sözü gedən şəhərlər arasında fasiləsiz uçuşların təklif edildiyi nöqtədən-nöqtəyə modelindən ziddiyyət təşkil edir. qovşaq hava limanları da mənşə və təyinat (O&D) trafikinə xidmət göstərir. == Əməliyyatlar == Qovşaqlar sistemi bir hava yolunun daha az marşrutlara xidmət etməsinə imkan verir, buna görə də daha az təyyarəyə ehtiyac duyulur. Sistem həm də sərnişin yükünü artırır; bir mərkəzdən bir uçuş yalnız mərkəzdən gələn sərnişinləri deyil, həm də çox şəhərlərdən olan sərnişinləri daşıyır. Bununla birlikdə sistem baha başa gəlir.
Naxçıvan su qovşağı
Naxçıvan su qovşağı — Azərbaycanın Babək rayonunda (Naxçıvan), Naxçıvançay üstündə bənd tipli hidrotexniki qurğu. Vayxır kəndi yaxınlığındadır. 1973-cü ildə istifadəyə verilmişdir. Sukeçirmə qabiliyyəti 274 m3/san-dir. Naxçıvan su qovşağından magistral kanallar çəkilmişdir. Kanallardan Uzunoba və Sirab su anbarlarına da su verilir. Naxçıvan su qovşağından 30 min hektardan çox sahənin suvarılmasında istifadə olunur.
Qaşaltı Qaraqoyunlu bələdiyyəsi
Naftalan bələdiyyələri — Naftalan şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sərsəng su qovşağı
Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə ərazisində inşa edilmiş su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Ağdərə, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsib. 19 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində azad olunmuşdur.
Qovğalı kəndinin gecələri
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Ovsalı-i Allahverdixan (Urmiya)
Ovsalı-i Allahverdixan (fars. اوصالوي الهوردي خان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (87 ailə).
Ovsalı-i Kazım (Urmiya)
Ovsalı-i Kazım (fars. اوصالوي كاظم‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (80 ailə).
Qovğalı kəndinin gecələri (film, 2008)
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.