Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri. Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9.
Rüstəm Hükəma
Rüstəm Hükəma ( fars. رستم الحکما‎; 1766, Şiraz – 1848) — Zənd və Qacar katibi və tarixçisi. O, əsasən "Rüstəm əl-Təvarix" tarixi salnaməsinin müəllifi kimi tanınır. "Rüstəm Hükəma" onun fəxri idi. Onun əsl adı Məhəmməd Haşim, təxəllüsü Asəf idi. Zənd və Qacarlar dövrünə aid heç bir ədəbi və tarixi yazıda onun adı çəkilmədiyi üçün onun varlığı sual altındadır. Bununla belə, Rüstəm Hükəma kitab və risalələrində tez-tez özünə, başqa şəxslərə və onların həyatından bəzi hadisələrə istinad edirdi. Bu mənbələr onun Şirazda doğulub boya-başa çatdığını, yeniyetmə yaşlarında məktəb üçün İsfahana köçdüyünü və burada xeyli vaxtını Axund Molla Əsədullah məktəbində oxuduğunu göstərir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Davud, Seyyed Ali Al-i. رستم الحکما // The Great Islamic Encyclopaedia [Rostam Al-Hakma] (fars).
Qədəm-i Şərif
Qədəm-i Şərif — Məhəmməd Peyğəmbərə aid olduğuna inanılan ayaq izləri.
Üləma sultan Təkəli
Ulamə sultan Təkəli (?-?) — qızılbaş əmiri, 1531-ci ildə Osmanlı tərəfinə keçmişdi. == Həyatı == O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu. Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüş ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə işləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapşırılan şahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraşxanasında olan şaha məxsus rəsmlər çəkilmiş çadırı çıxarıb öz başının [üstünə] vurdu. Şah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmış sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı.
Güyəmə
Güyəmə (lat. Periploca) — kəndirkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yunan güyəməsi (Periploca graeca L.) == İstinadlar == Güyəmə:The Plant List saytında takson barədə məlumat.
Qudula
Qudula — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin 400 il yaşı var. === Tarixi abidələri === Kənddə orta əsrlərdə inşa edilmiş qala yeri qalıb. Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır. Kəndin ərazisində yaşı 1000 ildən çox olan Pir palıd adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Ərazisi ağaclıqdır. == Əhalisi == Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.
Tudela
Tudela — İspaniyanın Navarra bölgəsində yerləşən kiçik şəhər. Əsası 802-ci ildə qoyulmuşdur.
İudeya
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Guiera
Guiera (lat. Guiera) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinə aid bitki cinsi.
Quama
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. == Tarix == Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
Qusma
Qusma(vomitus) — ağız vasitəsilə mədə məzmunu püskürmə prosesi. İnsanlar, meymunlar, itlər, pişiklər, donuzlar, balıqlar və quşlar qusa bilir. Ancaq siçanlar, siçovullar, dovşanlar və atlar qusa bilmir. Çünki onların uzun və dar qida boruları var. Bundan başqa onlarda qusma bacarığı olan sinirlər çatırmır. Bu akt tənəffüs əzələləri və abdominals əlaqəli mədə əzələlərin daralma, eləcə də hərəkət əlaqələndirir xüsusi qusma mərkəzi ilə tənzimlənir. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız yuxu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin. "Qusma" - ən yaxşı qusma ilə mədə və ağız vasitəsilə yayılan məzmunu və xüsusiyyətləri müəyyən etmək üçün istifadə bir dövr. Qusma səbəbiylə kompleks refleks aktıdır Vol. n ötürülür müxtəlif orqanların (dil kökü, yumşaq damaq, mədə mukoza, öd kisəsi, balans və digər bir orqan.) reseptorları qıcıqlanma.
Udemy
Udemy — istifadəçilərə istədikləri sahədə profesional müəllimlər tərəfindən dərs almağı təmin edən onlayn platforma. Udemy 40 milyondan istifadəçiyə və 65-dən çox dildə 50 min müəllimə sahibdir. Platformada 480 milyondan çox video mövcüddur. 180-dən çox ölkədə xidmət göstərir. Platformada 2021-ci ildə 155 mindən çox onlayn kurs mövcud idi.
Acacia jurema
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. == Təbii yayılması == Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. == Botaniki təsviri == Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3-5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5-3,0 sm, 4-6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5-8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Con Qudmen
Con Qudmen (ing. John Goodman; 20 iyun 1952[…]) — ABŞ aktyoru.
Guiera senegalensis
Guiera senegalensis (lat. Guiera senegalensis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin guiera cinsinə aid bitki növü.
Manıç-Qudila
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur.
Qudula bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. == Texnika == Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Güdəli (Qars)
Güdəli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 212 nəfərdir (2022).
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Qunma prefekturası
Qunma prefekturası — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 6 363 kvadrat kilometr, əhalisi 2 001 000 nəfərdir. Mərkəzi Maebasi şəhəridir.
Valeriya Qudim
Valeriya Qudim (1 mart 1995, Kiyev) — Ukraynanı təmsil edən bədii gimnast. Valeriya Qudim 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qudim həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Valeriya Qudim birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Valeriya Qudim 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Lenn Evan Qudman
Lenn Evan Goodman (21 mart 1944, Detroyt, Miçiqan) — ABŞ-lı filosof və fəlsəfə tarixçisidir. Goodman 1994-cü ildən Vanderbilt Universitetinin fəlsəfə kafedrasının professorudur. == Həyatı == Onun fəlsəfi yaradıcılığında metafizik və etik məsələlərə diqqət yetirilir. Zaman keçdikcə o, daha çox İslam və yəhudi düşüncəsinə diqqət yetirdi və onların bir-biri ilə yaradıcı qarşılıqlı əlaqəsini araşdırmağa çalışdı. Onun ərəb ədəbiyyatında yunan təsiri ilə bağlı əsəri var. == Əsərləri == Goodman, Lenn E., "Arap Edebiyatındaki Yunan Etkisi", Nüsha: Şarkiyat Araştırmaları Dergisi, (Tərcüməçi: Esat Ayyıldız), 18.47 (2018): 15–44.
Guma (Suxumi)
Guma (gürc. გუმა) - Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 380 m hündürlüktə, Suxumidən 23 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 2, თბ., 2012. — გვ. 200.