Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qıcıqlanma
Qıcıqlanma — şüurlu düşüncədə qıcıqlandırıcı və yayındırıcı təsirlərlə xarakterizə olunan xoşagəlməz bir ruh halıdır. Məyusluq və qəzəb kimi duyğulara səbəb ola bilər. Asanlıqla əsəbləşmə xüsusiyyətinə qıcıqlanma deyilir. == Psixologiya == Hər hansı bir duyğu kimi, qıcıqlanmanın da müxtəlif səbəbləri var. Qıcıqlanma səbəbləri subyektivdir. Qıcıqlanma müxtəlif səviyyələrində ola bilən bütün mənfi emosiyalar qrupunu təsvir edir. Qıcıqlanma zamanı əsəb hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, neqativ fikirlər artır, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Belə kəskin bir emosional hissin yaranması üçün müəyyən daxili şərtlər lazımdır. Məsələn, bir və ya təkrarlanan hərəkət kimisə qıcıqlandıra bilər.
Canlılarda qıcıqlanma
Canlılarda qıcıqlanma — xarici və ya daxili baş verən dəyişikliklərə verilən cavab reaksiyasıdır. Bir orqanizmin ətrafında baş verən dəyişikliklərə cavab vermək qabiliyyəti elmi termin kimi əsəbilik olaraq bilinsə də, ancaq bu xüsusiyyəti həssaslıq olaraq da düşünə bilərik. Canlı orqanizm sağ qalmaq üçün ətraf mühitdəki dəyişikliklərə cavab verməli və uyğunlaşmağı bacarmalıdır. Küsdüm bitkisində şiddətli külək, zədələnmə, yüksək temperatur, işıq intensivliyinin dəyişməsi, yarpaqlara edilən mexaniki təsir yarpaqların ani olaraq bükülməsinə səbəb olur. Bitkinin gövdəsinə təsir etdikdə isə bu proses əksinə gedir. Yem axtaran heyvan düşməninin yaxınlaşdığını görəndə bir anlıq dayanır və sonra sürətlə qaçmağa başlayır. == Qıcıqlanmanın mexanizmi == Küsdüm bitkisinin yarpaqlarının xarici qıcıqlara cavab verməsi, antilopun düşmənindən uzaqlaşması mexanizm qıcıqlanma adlanır. Canlıların quruluşu mürəkkəbləşdikcə qıcıqlanmalarda mürəkkəb mexanizim üzrə baş verir. Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar.
Qıcıqlanma (biologiya)

Qıcıqlanma və enerjidən asılılıq
Qıcıqlanma və enerjidən asılılıq- İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz surətdə bağlıdır. == Ümumi məlumat == Məlumdur ki, təbiətdə canlı orqanizmlər mühitin əlverişsiz amillərinin təsirinə daima məruz qalırlar. Həmçinin ətraf mühitdən özünə zəruri olan maddələri çıxarırlar. Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma yəni xarici təsirlərə seçmə reaksiyası yaranmış və möhkəmlənmişdir. Ətraf mühit şəraitinin hər-hansı dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır. Orqanizmin xarici qıcıqlandırıcılara cavab reaksiyası onun həssaslığının göstəricisi rolunu oynayır. Bundan başqa,canlı orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdirlər. Enerjinin daxil olması üçün açıq olan bu sistemlər yalnız onlara kənardan fasiləsiz olaraq enerji və materiya daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və materiya qəbul etdiyi müddətdə mövcuddur (yaşayır).
Qidalanma
Qidalanma (fizioloji akt) — qida köməyi ilə canlı bir orqanizmin həyatı və sağlamlığını qorumaq — həyati fəaliyyətin fizioloji proseslərinin normal gedişatını qorumaq üçün canlı orqanizmlər tərəfindən qidanın udulması prosesi, xüsusən enerji tədarükünü artırmaq və böyümə və inkişaf proseslərini həyata keçirmək; maddələr mübadiləsinin ayrılmaz bir hissəsidir. Heyvanlar və digər heterotrof orqanizmlər yaşamaq üçün yeməlidirlər; onların pəhrizi və qida maddələrinin udulması prosesi mənsub olduqları bioloji sinifdən asılıdır. İnsanlarda və heyvanlarda qidalanma adi gündəlik fəaliyyətdir. == Bakteriyaların qidalanması == Bakteriyaların qidalanmasının iki yolu var: heterotrof və avtotrof . Heterotrofik bakteriyalar hazır üzvi maddələrdən istifadə edirlər. Üzvi maddələrlə qidalanan bakteriyalar üç qrupa bölünür — saprotroflar, parazitlər və simbionlar. Birincisi ölü orqanizmlərin qalıqları ilə qidalanır, ikinci və üçüncü isə canlı orqanizmlərdən kənarda yaşayır. Avtotrof bakteriyalar özləri qeyri-üzvi maddələrdən üzvi maddələr yaradırlar. Avtotrof bakteriyalara siyanobakteriya, dəmir bakteriya və kükürd bakteriyası daxildir. == Bitki qidası == Bitkilərlə əlaqədar olaraq qidalanma, bitki tərəfindən qeyri-üzvi birləşmələrin torpaq, hava və ya su mühitindən çıxarılması prosesidir.
Canlılarda qidalanma
Canlılarda qidalanma — orqanizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən enerji lazımdır. Enerji isə qidalanma ilə ödənilir. Bütün canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri orqanizmin qurulmasına sərf olunur, onu böyümə və inkişaf üçün gərəkli enerji ehtiyatı ilə təchiz edir və bütövlükdə orqanizmin həyat fəaliyyətini davam etdirməsinə təminat yaradır. Qidalanma formalarına görə canlıları, əsasən, 2 qrupa ayırırlar. Bu qruplar da hər biri özlüyündə iki qrupa bölünür. == Bitkilərdə qidalanma == Bütün canlılar kimi bitkilər də qidalanırlar. Qidalanma bitkilər üçün onların yaşamasını təmin etməklə bərabər, bitkilərin bizim həyatımız üçün vacib olan funksiyaları həyata keçirməsini də təmin edir. Yabanı bitkilər insanların iştirakı olmadan qidalanmasını təmin edir. Bəzi bitkilər, xüsusilə kənd təsərrüfatı bitkilərinin qidalanmalarını insan idarə edə bilir.
Qidalanma nizamsızlığı
Qidalanma pozuntusu — insanın fiziki və ya zehni sağlamlığına mənfi təsir göstərən anormal yemək vərdişləri ilə təyin olunan zehni bir xəstəlikdir. Bunlara qısa müddət ərzində çox miqdarda yemək yemə; çəki artması qorxusu səbəbiylə çox az yemə və beləliklə bədən çəkisinin aşağı düşdüyü nevrotik anoreksiya; bulimia nervoza — çox yemək yemə və sonra yediklərini qaytarmağa çalışmaq; pika — qeyri-ərzaq məhsulları yemə; qidaya marağının olmaması halında ehtiyatlı / məhdudlaşdırıcı qida qəbulu pozğunluğu (ARFID — avoidant/restrcitive food intake disorder); və digər bir qrup qidalanma / yemək pozuqluqları nümunələri çəkmək olar. Qidalanma nizamsızlığı olan insanlar arasında anksiyete pozuqluğu, depressiya və narkotik vasitələrdən asılılıq yayğındır. Obezlik qidalanma nizamsızlığı deyildir. Qidalanma nizamsızlığının səbəbləri tam bəlli olmur. Həm bioloji, həm də ətraf mühit amilləri yemə pozuqluğunda iştirak edə bilər. İncəliyin/arıq olmağın bir çox cəmiyyətdə idealizasiyasının bəzi yemək pozğunluqlarına töhfə verdiyinə inanılır. Qidalanma nizamsızlığı rəqslə məşğul olan insanların təxminən 12 faizinə təsir göstərir. Cinsi istismara məruz qalan insanlarda da çox meydana çıxır. Pika və ruminasiya pozuqluğu kimi bəzi problemlər əqli qüsurlu insanlarda daha tez-tez baş verir.
Vegan qidalanma
Veqan qidalanma — veqan dietlərin qidalanmaya və insan sağlamlığına təsirinə istinad edir.Yaxşı planlaşdırılmış, balanslaşdırılmış bir veqan diet insan həyatının hər mərhələsində qida maddələrinə dair bütün tövsiyələrə cavab vermək üçün uyğundur. Veqan dieti, pəhriz lifi, maqnezium, fol turşusu, C vitamini, E vitamini, dəmir və fitokimyəvi maddələrdə daha yüksək; və pəhriz enerjisi, doymuş yağ, xolesterol, uzun zəncirli omeqa-3 yağ turşuları, D vitamini, kalsium, sink və B12 vitamininə isə daha az yönəlikdir. Epidemioloji tədqiqatların ilkin sübutları bir veqan pəhrizinin xərçəng riskini azalda biləcəyini göstərir. == Əsas zəmin == Veqan dieti, standart dietlər ilə müqayisədə, pəhriz lifi, maqnezium, fol turşusu, vitamin C, E vitamini və dəmirdə daha azdır, kalorilərdə daha azdır, doymuş yağ, xolesterol, uzun zəncirli omeqa-3 yağ turşuları, vitamin D, kalsium, sink və B12 vitamini ilə daha zəngin olur. Bitki qidaları B12 vitamini (bakteriya kimi mikroorqanizmlər tərəfindən istehsal olunur) ilə təmin olunmadığına görə tədqiqatçılar razılaşırlar ki, bir veqan pəhrizdə olanlar B12 ilə zənginləşdirilmiş qidaları yeməlidirlər və ya pəhriz əlavəsi almalıdırlar. == Qidalanma == Amerika Qidalanma və Dieta Akademiyası (əvvəllər Amerika Dietik Birliyi kimi tanınır), Kanada Diyetistləri və İngilis Diet Birliyi, yaxşı planlaşdırılmış vegetarian dietlərinin insan qidasına olan bütün tələblərinə cavab verə biləcəyini və həyatın bütün mərhələlərində, o cümlədən hamiləlik dövründə, laktasiya, körpəlik, uşaqlıq və yeniyetməlik dövründə uyğundur, Alman Qidalanma Cəmiyyəti uşaqlar, yeniyetmələr və ya hamiləlik və ana südü ilə qidalanma zamanı veqan dieti tövsiyə etmir. Amerika Qidalanma və Dieta Akademiyası, yaxşı planlanmış veqan dietlərin, böyüklər və idmançılar üçün də uyğun olduğunu və veqan dietlərin xərçəng kimi müəyyən sağlamlıq vəziyyətləri riskini azalda biləcəyini əlavə etdi. Bir veqan pəhrizinin lazımi miqdarda B12 vitamini, omega-3 yağ turşuları, D vitamini, kalsium, yod, dəmir və sinklə kifayətlənməsini təmin etmək üçün xüsusi diqqət tələb oluna bilər. Bu qidalandırıcılar, yalnız B12 ilə zənginləşdirilmiş veqan qidalarından və ya əlavələrdən əldə edilə bilən B12 vitamini istisna olmaqla, bitki qidalarında mövcud ola bilər. Yod, yodlaşdırılmış duzun istifadəsi kimi əlavələri də tələb edə bilər.
Veqan qidalanma

İşıqlanma dərəcəsi
İşıqlanma dərəcəsi (ing. illuminance, rus. освещенность, türk. aydınlatma şiddeti) – bir şeyin üzərinə düşən işığın miqdarı və ya səthin bir hissəsinin işıqlandırılması. Beynəlxalq vahidlər sistemində işıqlanmanın ölçü vahidi 1 lüks hesab olunur. Bu anlayışdan televiziya texnikasında, kompüterlərin displeylərinin və başqa oxşar optik qurğuların təsvirində istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır. Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır. Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır.
Qidalanma pozuntusu
Qidalanma pozuntusu — insanın fiziki və ya zehni sağlamlığına mənfi təsir göstərən anormal yemək vərdişləri ilə təyin olunan zehni bir xəstəlikdir. Bunlara qısa müddət ərzində çox miqdarda yemək yemə; çəki artması qorxusu səbəbiylə çox az yemə və beləliklə bədən çəkisinin aşağı düşdüyü nevrotik anoreksiya; bulimia nervoza — çox yemək yemə və sonra yediklərini qaytarmağa çalışmaq; pika — qeyri-ərzaq məhsulları yemə; qidaya marağının olmaması halında ehtiyatlı / məhdudlaşdırıcı qida qəbulu pozğunluğu (ARFID — avoidant/restrcitive food intake disorder); və digər bir qrup qidalanma / yemək pozuqluqları nümunələri çəkmək olar. Qidalanma nizamsızlığı olan insanlar arasında anksiyete pozuqluğu, depressiya və narkotik vasitələrdən asılılıq yayğındır. Obezlik qidalanma nizamsızlığı deyildir. Qidalanma nizamsızlığının səbəbləri tam bəlli olmur. Həm bioloji, həm də ətraf mühit amilləri yemə pozuqluğunda iştirak edə bilər. İncəliyin/arıq olmağın bir çox cəmiyyətdə idealizasiyasının bəzi yemək pozğunluqlarına töhfə verdiyinə inanılır. Qidalanma nizamsızlığı rəqslə məşğul olan insanların təxminən 12 faizinə təsir göstərir. Cinsi istismara məruz qalan insanlarda da çox meydana çıxır. Pika və ruminasiya pozuqluğu kimi bəzi problemlər əqli qüsurlu insanlarda daha tez-tez baş verir.
Ana südü ilə qidalanma
Ana südü ilə qidalanma yaxud təbii qidalanma məməlilərin dişilərinin döşlərindəki südü övladlarına çatdırmasıdır. Körpələrin instinktiv ana südü ilə qidalanma refleksi sayəsində öyrənmə prosesi lazım deyildir. İnsanlarda ana südü ilə qidalanma tövsiyələri 6 ay ilə 2 yaş arasında dəyişir. Ana südü ilə qidalanma üçün təbii əmizdirmə yerinə, bir qabda cəmlənərək şüşə ilə qidalanma üsulu da izlənilə bilər. Bunun üçün məmə üzərinə qoyulan və südün alınmasına kömək edən tirl kimi alətlərdən istifadə edilir.