Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qılquyruq
Qılquyruq (lat. Melanitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qara qılquyruq
Qara qılquyruq (lat. Melanitta nigra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Qılquyruq bağrıqara
Qılquyruq bağrıqara (lat. Pterocles alchata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Qılquyruq ördək
Adi qılquyruq
Adi qılquyruq (lat. Melanitta fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü. == Təsviri == İri dəniz ördəyidir.Erkəklərdə bədəninin ümumi rəngi qaradır, gözünün üstündə və qanadın üzərində ağ ləkə vardır. Dişilərinin rəngi tünd qəhvəyidir. == Yayılması == Skandinaviyadan (Norveç və İsveç) Finlandiyaya və Estoniyaya qədər, eləcə də qərbi Sibirdən Yenisey çayına qədər yuvalayır. Qərbi Avropanın sahil zonalarında qışlayır, əsasən Baltik dənizdə. Azərbaycanda nadir qeydə alınan qışlayan və köçəri növdür. Ədəbiyyat məlumatlarına əsasən Abşeron sahillərində, adalarda, Qızılağac körfəzində və Ağgöl ərazisində müşahidə olunmuşdur. == Yaşayış yeri və həyat tərzi == Sahilə yaxın dəniz sularında, sirin sulu göllər və çaylarda yuvalayır. Yuvasına sahilə yaxın torpağın üzərində, ot və kolların arasında qurur.
Donqarburun qılquyruq
Donqarburun qılquyruq (lat. Melanitta deglandi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Qılquyruqlar
İlkinqanadsızlar və ya qılquyruqlar dəstəsi (lat. Apterigota və ya Thysanura)-Buğumayaqlılar tipinin Həşəratlar sinfinin Açıqçənəlilər yarımsinfinə aid olan dəstə == Xarici quruluşu == Bədəni iyşəkilli olub, pulcuqlarla örtülmüşdür. Uzunluğu 2 sm-ə qədərdir. Bığcıqları uzun, sapşəkillidir. Gözləri fasetdir. Döş seqmentlərində 2-3 buğumlu pəncəsi və cüt caynaqları olan yaxşı inkişaf etmiş ayaqları var. Pulcuqlular fəsiləsinin ayrı-ayrı növləri yaxşı və cəld qaçırlar. Qarıncığı uzun, qrifelli olub, 11 seqmentdən ibarətdir. Bunların 10-u görünür. Aşağıdan qarıncıq seqmentlərində qarıncıq ayaqlarının qısa törəmələri vardır.
Qılquyruqlular
Qılquyruqlular və ya Tizanurlar (lat. Thysanura) — buğumayaqlılar tipinin həşəratlar sinfiniə aid olan dəstə. == Xarici quruluşu == Qılquyruqluların bədəni uzunsovdur. Başda bir cüt fasetli göz və onların arasında üç sadə gözcük vardır. Bəzilərində göz və gözcük olmur. Bığcıqları uzun, sapşəkilli və çoxbuğumludur. Ağız orqanları gəmiricidir. Döş hissədə ayaqlar yaxşı inkişaf etmişdir. əncələri 2-4 buğumludur və qurtaracağında bir cüt caynaq olur. qarın hissəsi 11 buğumludur.
Amerika qılquyruğu
Amerika qılquyruğu (lat. Melanitta americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Tilquyruq iquanlar
Tilquyruq iquanlar (lat. Tropiduridae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
İyvari gülquyruq
Alquyruq
Alquyruq (fars. آل قویروق‎) — İrannın Qərbi Azərbaycan ostanının Xoy şəhristanınında kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının ətraf bölgəsinin Səkmənabad kəndistanında, Xoy şəhərindən 27,5 km şimal-qərbdə, Xoy-Maku avtomobil yolunun üstündədir. Kənd dağlıq ərazidədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (35 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Kənd əhalisinin qazanc mənbəyi heyvandarlıqdır.
Qısaquyruq ağəsmə
Qısaquyruq ağəsmə (lat. Clematis brevicaudata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Qızılquyruq çaxraqcıl
Qızılquyruq çaxraqcıl (lat. Oenanthe chrysopygia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çaxraqcıl cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Dağlıq ərazi növü olub, əsasən bozumtul rəngindədir. Qızılı-pas rəngli quyruq hissəsi və quyruq yelpiyində kürən rəng ilə ayırd edilir. Tacı və bel hissəsi tünd bozumtulqəhvəyi tondadır. Üzü və boğazı qaramtıl rəngdədir. Digər çaxraqcılların əksinə olaraq, qanadları açıq və ayaqları yellənən şəkildə havada az qala asılı qalır. Həyəcan siqnalı cingiltilidir. Növ siqnalı isə digər quş səslərinin təqlidindən uzaq, sadə formada təkrarlanan melodik islıq şəkilindədir.Nəğməsi əksınə digər quşların səslərinin təqlıdındən ibarətdir.
Qısaquyruq qızılquş
Qısaquyruq qızılquş (lat. Falco fasciinucha) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Qızılquyruq sar
Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Haqqında == Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir. Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər.
Bizquyruq ördək
Bizquyruq ördək (lat. Anas acuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.