QIZILQUYRUQ

сущ. зоол. яру ттум галай хъипи рангунин са нуькӀ (тӀветӀвер кьадай нуькӀверин са жуьре).
QIZILQUŞ
QIZILLAMAQ
OBASTAN VİKİ
Qızılquyruq çaxraqcıl
Qızılquyruq çaxraqcıl (lat. Oenanthe chrysopygia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çaxraqcıl cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Dağlıq ərazi növü olub, əsasən bozumtul rəngindədir. Qızılı-pas rəngli quyruq hissəsi və quyruq yelpiyində kürən rəng ilə ayırd edilir. Tacı və bel hissəsi tünd bozumtulqəhvəyi tondadır. Üzü və boğazı qaramtıl rəngdədir. Digər çaxraqcılların əksinə olaraq, qanadları açıq və ayaqları yellənən şəkildə havada az qala asılı qalır. Həyəcan siqnalı cingiltilidir. Növ siqnalı isə digər quş səslərinin təqlidindən uzaq, sadə formada təkrarlanan melodik islıq şəkilindədir.Nəğməsi əksınə digər quşların səslərinin təqlıdındən ibarətdir.
Qızılquyruq sar
Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir. Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər.

Digər lüğətlərdə