Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırtlaq
Qırtlaq (lat. larynx) - tənəffüs apparatının bir orqanı olub nəfəs və səs çıxarma proseslərində iştirak edir. == Anatomiya == Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Qırtlağın ardını nəfəs borusu təşkil edir. Amfibiyalarda qırtlaq iki yan qığırdaqlardan əmələ gəlmişdir; quyruqlularda (lat. urodela) qırtlaq yan qığırdaqlardan başqa üzüyəbənzər qığırdaqdan da inkişaf edir, ancaq bu qığırdaq açıq olur. Quyruqsuzlarda (lat. anura) üzüyəbənzər qığırdaq əksinə bitişmiş olur. Qırtlaq əzələləri isə qəlsəmə əzələlərindən inkişaf etmişdir. Quşların qırtlağı sürünənlərin qırtlağından artıq inkişaf etməyib rudiment halında qalır, səs telləri olmur və qırtlaq əzələləri reduksiya edir.
Dırmıq
Dırmıq — əmək aləti. Dırmıq (bəzi hallarda Dımrıq)ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların ot, alaq və kəsəkdən təmizlənməsində, biçilmiş ot və taxılın yığılmasında (dırmıqlanmasında) işlədilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir. Diş taxtasının düz, yaxud oval formasına görə müxtəlif quruluşlu dırmıqlar var. Dırmıq Azərbaycanın bəzi zonalarında çəng, cılğı, dirnəvuc, darinquc, daraq, rəndə və s. adlarla da məlumdur. Naxçıvanda dırmıqdişli mala növüdür. XIX əsrin ikinci yarısından Azərbaycanda dəmir dırmıqdan da istifadə edilir.
Qıtlıq
Qıtlıq (ing. Scarcity) — insana və bəşəriyyətə hər an mövcud olan qaynaqların məhdudluğunu, nadirliyini, çatışmazlığını, nisbi çatışmazlığını, bu qaynaqların istifadə olunduğu ödəniş üçün insanların hədsiz ehtiyacları ilə müqayisədə ifadə edən iqtisadi konsepsiya. == İqtisadiyyatın əsasları == İqtisad elminin əsasını iki vacib fakt təşkil edir: limitsiz ehtiyaclar; resursların qıtlığı. == İstehsal mənbəyi xüsusiyyətləri == Bütün iqtisadi mənbələr nadirdir, məhdud miqdarda mövcuddur. İstehsal ehtiyatlarının qıtlığı və qəti olması səbəbindən istehsalın özü məhduddur. Cəmiyyət istehlak etmək istədiyi mal və xidmətlərin bütün həcmini istehsal edib istehlak edə bilmir. == Optimal seçim problemi == İnsan bütün ehtiyaclarını mövcud qaynaqlar ilə təmin edə bilmədiyi üçün əvvəlcə hansı ehtiyacları ödəməli olduğunu seçməli, faydalarını bunları əldə etmək üçün lazımlı qaynaqlar ilə (utilitarizm) müqayisə etməli və ya mal və xidmətləri bir-birinə xüsusi fayda dəyərləri təyin etmədən müqayisə etməlidir. Hər halda, təcəssüm etdirildikləri mal və xidmətlərdən mümkün qədər çox məmnun olmaq mümkün qədər az resurs xərcləməyə qərar verilməlidir.
Yırtıq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
Qırtıc
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qırtlaq musiqisi
Qırtlaq musiqisi – qırtlaqdakı qeyri-adi səs tembri ilə oxuma texnikası, Sibirin, Monqolustanın, Tibetin və türk xalqlarının ənənəvi musiqisinə xasdır. Adətən qırtlaq musiqi əsas tondan (alçaq tezlikli vızıltı) və təbii səs ardıcıllığının (adətən 4 -13 imadan istifadə olunur) tonu ilə hərəkət edən yuxarı səsdən təşkil olunur. İmalar səs komponentləri ağız və boğaz boşluğunun rezonans formasının dəyişmə yolunda güclənərkən yaxşı eşidilir. Ən məşhuru xorekteer texnikasının istifadə olunduğu Tuva qırtlaq musiqisidir. Monqolustanda və Tuvada tez-tez istifadə olunan qırtlaq musiqisi ən çox yayılmış və müxtəlif olan xoomey növüdür. Qırtlaq musiqisi tuva, altay, başqırd, xakas, yakut, qazax, qırğız kimi türk xalqlarının və monqol, buryat, qalmıq xalqlarının mədəniyyətinə xasdır. Altaylılarda və xakaslılarda uzun epik nitq üçün istifadə olunan kay, xay növləri yayılmışdır. Başqırdların qırtlaq musiqisi özləü adlanır. Yakutlarda isə “xabarğa ırıata” adı ilə tanınır. Qırtlaq musiqisinin bu qədim yakut növü səslənmə və texnikasına görə ifası Tuvanın “karğıraa” növü ilə oxşardır.
Qırtlaq qapağı
Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir. == Mənbələr == Prof.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. == İntruzivləri == Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
Soğanaqlı qırtıc
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
İntervertebral yırtıq
Fəqərəarası (İntervertebral) yırtıq (disk yırtığı) lifli halqanın bütövlüyünün pozulması nəticəsində fəqərəarası diskin nüvəsinin onurğa kanalına çıxması (ekstruziyası) olur. Lomber-sakral onurğanın fəqərəarası disklərinin yırtıqları daha çox ( ildə 100.000 əhaliyə 150 hal), boyun onurğasında və torakal fəqərələrdə ise daha az rast gəlinir. Yırtıqlar nadir hallarda cərrahi müdaxilə tələb edir, lakin buna baxmayaraq hər il ABŞ- da 200.000-dən çox, Almaniyada isə 20.000-dən çox müdaxilə edilir. 48% hallarda yırtıqlar lumbosakral bölgənin L5-S1 səviyyəsində, 46% hallarda - L4-L5 səviyyəsində, qalan 6% - digər səviyyələrdə və ya lumbosakralın bir neçə səviyyəsində lokallaşır. Nisbətən yüngül vəziyyət - lifli halqanın qırılmadan intervertebral diskin nüvəsinin çıxıntısı protruziya adlanır. == Səbəblər == Disk degenerasiyası hal-hazırda yırtığın səbəbi kimi qəbul edilən əsas faktordur. Lakin disk degenerasiyası və sonrakı yırtığın təhrikedici amilləri tam öyrənilməyib. Bu proses multifaktorial etiologiyaya bağlıdır. 3 amil var: genetik, metabolik və ya qidalanma pozğunluqları və mexaniki, daimi mikrotravmalar və fəqərəarası diskin strukturlarının tədricən məhv olması səbəbindən. Bununla belə, diskdə degenerativ dəyişikliklərin xarakterini və sürətini təkcə genetik endogen amillər deyil, həm də ekzogen təsirlər müəyyən edir.
Qayıdan qırtlaq siniri
Qayıdan Qırtlaq Siniri — ing. Recurrent Laryngeal Nerveen boyunun sol tərəfindəki Vagus sinirindən çıxan qarışıq sinirdir. Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər. Sinir nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır.
Qırıq qulaq
Qırıq qulaq - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 6-cı hissəsidir.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.