Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırıxlı
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəntdə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Bu kəndə gəlib, ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olublar. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. == Tarixi == Qırılı Kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənd ərazisi bir çox məhəllələrdən ibarətdir: 1. Cağallı, 2. Cırdaxan, 3.
Qırıxlı (Sarvan)
Qırıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci ilin rəsmi siyahıya alınmasına görə , Qırıxlı kəndinin əhalisi 1262 nəfər olaraq, onların 100% Azərbaycan türkləridir. == Toponimiyası == Kəndin adı Oğuz türklərinin Əfşar boyunun Qırıxlı tayfasının adından gəlir. == İqtisadiyyat == Əhali əsasən əkinçilik, qoyunçuluq , maldarlıq və tərəvəzçiliklə məşğul olur. == Din == Kənddə Həzrət Fatiməyi-Zəhra adına məscid fəaliyyət göstərir.
Qırıxlı Məscidi
Qırıxlı məscidi — Gəncə şəhərində Qırıxlı məhəlləsində yerləşən məscid. Məscid 1650-cı ildə bəzi mənbələrə görə isə XVIII əsrdə tikilib. Sovet işğalından sonra fəaliyyətini dayandırsa da hazırda məscid kimi fəaliyyət göstərir. == Haqqında == Məscid Gəncənin Qırıxlı məhəlləsində yerləşir. Ehtimal olunur ki, XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra Qırıxlı tayfası şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. XIX əsrin 80-ci illərində isə məscid Hacı Qasımın vəsaiti ilə bərpa olunur. Bəzi mənbələrə görə isə məscid XVIII əsrə aiddir. Məscidin həyətində minarə, içərisində mehrab yoxdur.
Qırıxlı məhəlləsi
Qırıxlı məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Ehtimal olunur ki, məhəllə Əfşar elinin Qırıxlı qoluna mənsub insanlar tərəfindən XIII əsrdən salınıb. == Haqqında == Qırıqlı məhəlləsi, şimaldan Qızılhacılı, Qazaxlar, şərqdən İtdilər, Çıraqlı, Yuxarı Ozan, Bala Bağman, cənubdan Carrılar, Talalı, qərbdən Bayan, Daş körpü məhəllələri ilə əhatələnib. Fərrux Əhmədova görə Qırıqlı məhəlləsinin sakinləri Borçalının Qırıxlıbəyazidli, Qazaxın Qırıqlı, Şəmşəddilin Dönük Qırıqlı, Düz Qırıqlı, Kürəkbasanın Qırıxlı kəndlərindən gəlmə deyillər. Məhəllə Gəncənin digər qədim məhəllələri kimi tam mərkəzdə Şah Abbas meydanı və İçqalaya yaxın yerləşir. Məhəllə sakinlərinin əcdadları ehtimal ki, Qızılbaşların Əfşar tayfasının Qırıxlı qoluna mənsub olub, hələ XIII əsrdən Gəncədə məhəllə salıblar. XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra isə onlar şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. Məhəllədə Qara Müseyib dəyirmanı, Hacı Abdı Mehti oğlunun buzxanası mövcud olub.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. == İntruzivləri == Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Qırxlı (Tikantəpə)
Qırxlı (fars. قرخلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 421 nəfər yaşayır (94 ailə). Burada yaşayanlar azərbaycanlılar, Avşar boyunun Qırxlı tayfasına daxildirlər.
Qırxlı oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qırılı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.
Nadir şah Qırxlı-Avşar
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — İran və Hindistanın şahı (1736–1747) və əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. == II Təhmasib dövründə fəaliyyəti == Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir. Müəlliflər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nadirqulu xan Qırxlı-Avşar

Təhmasibqulu xan Qırxlı-Avşar

İbrahim xan Qırxlı-Avşar
İbrahim xan (XVII əsr, Xorasan və ya صفوی‌لر – 1738) — Nadir şah Əfşarın qardaşı. Adı Məhəmməd İbrahim olan bu qardaşı mənbələrdə və tarixi ədəbiyyatda daha çox sadəcə İbrahim xan kimi xatırlanır. “Aləm Ara-ye Naderi”də onun doğulması barədə kiçik bir qeyd vardır. Amma onun doğulduğu tarix göstərilməmişdir. == Həyatı == Hər halda bu mənbəyə görə, İbrahim Nadirin kiçik qardaşı idi. O, uşaq yaşlarında Nadirdən fərqli keyfiyyətlərə malik idi. Nadir daha çevik, fiziki hərəkətlərə və vərdişlərə daha çox meylli idisə, İbrahimdə bu keyfiyyətlər özünü elə də büruzə vermirdi və buna görə də tez-tez atasının qınaqlarına məruz qalırdı.İbrahimin uşaqlıq və gəncliyi mənbə müəlliflərinin diqqətini cəlb etməmişdir. Nəzərə alınsa ki, İbrahim də gəncliyində Nadirin dəstəsinin üzvü olmuşdur, onda belə bir qənaətə gəlmək olar ki, o da gəncliyində at minməyi və qılınc tutmağı öyrənmişdi. İbrahimin adının “Aləm Ara-ye Naderi”də çəkilməsi tarix etibarilə XVIII əsrin 20-ci illərinə təsadüf edir. Mənbədə göstərilir ki, Nadir öz dəstəsinin bir hissəsini qardaşı İbrahimin rəhbərliyi altında Qorqan qalasında saxladı və özü isə Əlieli tərəkəmələrinin itaət altına gətirilməsinə yollandı.
İbrahim xan Qırxlı-Əfşar

İbrahim xan Qırxlı Əfşar

İbrahim şah Qırxlı-Afşar
Sultan İbrahim şah, İbrahim şah Əfşar və ya tam adı ilə İbrahim şah Qırxlı-Avşar (1717–1748) — Əfşarlar xanədanlığından olan 3-cü Azərbaycan, İran vә Xorasan şahı (1748). == Həyatı == İbrahim xan Zəhirəddövlənin oğlu Məhəmmədəli xan 1717-ci ildə Xorasan əyalətinin Əbivərd ətrafında anadan olmuşdu. 1738-ci ildə, atasının ölümündən sonra İbrahim xan adı ilə Azərbaycanın bəylərbəyi təyin olunmuşdu. 1748-ci ilin sonunda qardaşı Adil şahı taxtdan salıb gözlərinə mil çəkən İbrahim xan özünü şah еlan etdi. Urmiya vilayətinin hakimi Mehdi xan Qasımlı-Avşar İbrahim şahın yanına gəldi. Marağada qoşuna çatdı. Miyandab ətrafında İbrahim şahla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdılar. Leylan çəmənində iki qoşun qarşılaşdı. Savaş əsnasında Şəqaqi atlıları İbrahim şahın yanına gəldilər.
İbrahim şah Qırxlı-Avşar

Şahrux şah Qırxlı-Avşar
Şahrux şah Əfşar (1734-1796) — Əfşarlar sülaləsindən olan Xorasan şahı (1748-1796). == Həyatı == Şahrux Mirzə Rzaqulu Mirzə oğlu 1734-cü ilin mart ayının 21-də Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri o idi ki, əgər xalq onu şahlığa qəbul eləsə, Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığa çatdırıb, özü hakimiyyəti ələ keçirsin. Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə özünü İran şahı elan etdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi.
Əmiraslan xan Qırxlı-Avşar
Əmiraslan xan Qırxlı-Avşar (1738-1748) — Azərbaycan hakimi , Əfşarlar sülaləsi dönəmində sərkərdə. == Həyatı == Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır. Əmiraslan xan Nadirqulu xanın bibisioğlu idi və ona xidmət etmişdi. Nadirqulu xan şah olandan sonra Əmiraslan xanı ölmüş qardaşının, İbrahim xan Zəhirüddövlənin yerinə, 1738-ci ildə Azərbaycana sərdar (komandan) təyin etmişdi. Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın ölümündən sonra qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təbrizə gəldi. Məhəmmədkazım xan Qaradağlını özünə həmfikir edib, şahlıq eşqinə düşdü. İran şahlıq taxtının iddiaçılarında şübhə doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, İmam Rza adından sikkə kəsdirməyə başladı. Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildirmədi.
II Nadir şah Qırxlı-Avşar
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805). == Həyatı == Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
Milyonçu Mirxalıq Abdullayevin evi
Milyonçu Mirxalıq Abdullayevin evi- 1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib…Sovet hakimiyyətinin ilk illərindən Mirxalıq Abdullayevdən alınaraq 1989-cu ilə kimi Salyan kənd təsərrüfatı texnikumunun binası kimi istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == "Milyonçu Mirxalıq Abdullayevin evi". salyan.ucoz.ru. İstifadə tarixi: 18 may 2021.