Satlıq mal ifadəsi mövcuddur. Sat feilidir və o, -lıq şəkilçisini qəbul etməməlidir (qırxlıq, əmlik, udlaq kimi sözlərdə də bu qanun pozulub). Səbəbi nədir? Mənbələrdə satlıq sözü satılıq kimi işlədilib, sonra -q ixtisara düşüb və satmaq feili satı (müqayisə et: yaz və yaz-ı) şəklinə düşüb. Qırxlıq - qırxılıq, əmlik - əmilik kimi olub. Deməli, şəkilçi birbaşa feilə yox, ismə artırılıb. Sonra isim düzəldən şəkilçi reduksiyaya uğrayıb. Bəzən deyirlər ki, söz satlıq yox, satdıq kimi olub, -dıq şəkilçisi isə feili sifət əmələ gətirir. Unudurlar ki, feili sifət inkar şəkilçisini qəbul edir, amma satlıq, əmlik, udlaq, qırxlıq kimi sözlər -ma-nı qəbul edə bilmir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)