Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sıyrılmış qılınc (roman)
Sıyrılmış qılınc — Cəlal Bərgüşadın Babək Xürrəmidən bəhs edən, ilk dəfə 1981-ci ildə Bakıda nəşr edilmiş tarixi romanı. == Məzmun == Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur. == Nəşr və tərcümə == Əsər ilk dəfə Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1981-ci ildə, Gənclik nəşriyyatında 375, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2017-ci ildə Bakı Kitab Klubunda 436 səhifədə nəşr edilib.Roman azərbaycanlı tarixçi Zülfiyyə Vəliyeva tərəfindən türk dilinə tərcümə edilib, "Sıyrılmış Kılıç Babek" adı ilə 17 oktyabr 2005-ci ildə Ankarada "Yurt Kitap-Yayın"da 472 səhifədə nəşr edilib. == Tədqiq və tənqidi == Azərbaycanlı filoloq Nigar Göyçayskaya 2005-ci ildə “Ərəb və azərbaycan nəsrində Babək və xürrəmilər obrazı (Circi Zeydanın “Fərqanə gəlini” və Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanları əsasında)” mövzusunda olan namizədlik dissertasiyasının müdafiə edib.Asif Ata "Babəkliyimiz: Xəlifət boşluğu" məqaləsində Cəlal Bərgüşadın "Sıyrılmış qılınc" romanı barədə belə qeyd edir: «Sıyrılmış qılınc» romanının müəllifi tarixə daxili göz ilə baxa bilmir, hadisələri nəql eləyir, mahiyyətə varmır, mütəfəkkirlikdən uzaqdır, bu səbəbdən də Xəlifəlik bilinir – dərk olunmur... «Sıyrılmış qılınc»da Babəkin ayrı-ayrı nişanələri görünürsə də, bütöv Babək görünmür; dahilik, qeyri-adilik, bənzərsizlik dərk olunmur, açılmır, idraki, ilahi Qəhrəmanlıq İntiqamçılıq kimi qiymətləndirilir, Babək kiçilir... Babək romanda Qisas andıyla tarixi səhnəyə atılır; «Sıyrılmış qılınc» əsərdə ən çox intiqam rəmzi kimi canlanır, əslində isə o, azadlıq rəmzi kimi canlanmalıydı... == İstinadlar == == Xarici keçidlər == Google Books-da — Siyrilmiş qilinc: tarixi roman Goodreadsdə Sıyrılmış qılınc "Sıyrılmış qılınc" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Çevrilmiş diod
Çevrilmiş diod — cırlaşmış tunel diodudur. Əks gərginlik tətbiq edildikdə tunel effekti hesabına belə diodların keçiriciliyi düz istiqamətdəkinə nisbətən çox böyük olur. Çevrilmiş diodlar düzləndirici xassələrə malikdir. Lakin onlarda keçirici istiqamət əks gərginliyə, bağlayıcı istiqamət isə düz gərginliyə uyğundur. Çevrilmiş diodlar çox kiçik İYT gərginlikləri düzləndirmək üçün istifadə olunur.
Çevrilmiş jasmin
Alçaqboy jasmin (lat. Jasminum humile) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiya ölkələrində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan həmişəyaşıl koldur. Yarpaqları uzunsov, tərs-yumurtavari, üst səthi tünd, alt səthi isə açıq yaşıldır. Sarı rəngli çiçəkləri xırda və ətirlidir. Mart və may aylarında kütləvi çiçək açır. Bu dövrdə çox dekorativ görünür. Toxumları avqust ayında yetişir. Toxum, qələm və kolu bölməklə çoxaldılır.
Tərsinə çevrilmiş fayl
Tərsinə çevrilmiş fayl ( ing. inverted file ~ ru. инвертированный файл ~ tr. ters çevrilmiş dosya) – verilənlər bazasının idarəolunması sistemlərində: yazının açarından və ona göstəricidən ibarət olan fayl. Hər bir açar bənzərsiz şəklidə yazını tanıdır (identifikasiya edir), göstərici isə yazının verilənlər bazasında fiziki olaraq harada yerləşməsini proqrama göstərir. Faylın tərsinə çevrilməsi o anlamı verir ki, açarlar ardıcıl çeşidlənib, verilənlər bazasının bu faylla göstəricilər vasitəsilə bağlı olan yazıları isə ixtiyari qaydada (məsələn, yaradılma ardıcıllıqları ilə) yerləşə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilmiş siyahı
Tərsinə çevrilmiş siyahı ( ing. inverted list ~ ru. инвертированный список ~ tr. ters çevrilmiş liste) – verilənlər yığını üçün alternativ göstəricilərin yaradılması üçün metod. Məsələn, avtomobillər haqqında məlumatların toplandığı faylda 3, 7, 19, 24 və 32 yazılarının RƏNG sahəsində “Qırmızı” qiyməti ola bilər. Tərsinə çevrilmiş siyahının (indeksin) RƏNG sahəsində 3, 7, 19, 24 və 32 nömrəli göstəricilərlə müşahidə olunan “Qırmızı” yazısı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çevrilmiş coğrafi xəritələr
Çevrilmiş coğrafi xəritələr və ya Cənub yuxarıda göstərilən xəritələr — Avstraliya və Yeni Zelandiya müasir kartoqrafiyada qəbul olunduğu kimi xəritənin alt hissəsində deyil, üst hissəsində göstərilən dünya xəritəsi. Belə xəritələr Avstraliya, Yeni Zelandiya və cənub yarımkürəsindəki bəzi ölkələrdə populyardır. == Həmçinin bax == Coğrafi xəritə == Mənbə == İnteraktiv çevrilmiş xəritə Xəritələr kolleksiyası Çevrilmiş dünya Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine Şimal yarımkürəsi Arxivləşdirilib 2008-01-09 at the Wayback Machine Xəritələr Arxivləşdirilib 2008-05-16 at the Wayback Machine Google axtarışı Xəritələr Arxivləşdirilib 2007-11-29 at the Wayback Machine ( PDF formatında) Yahoo!