qızılqaya

qızılqaya
qızılqarın
qızılqaz
OBASTAN VİKİ
Qızılqaya
Azərbaycanda Qızılqaya (Xankəndi) — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. Qızılqaya (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Qızılqaya (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qızılqaya (Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Qızılqaya (dağ) Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya (Göygöl)
Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır. Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qızılqaya (Gədəbəy)
Qızılqaya — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çobankənd kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Çobankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Qızılqaya kəndi adlandırılmışdır. Kənd Kiçik Qafqaz dağının ətəyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 119 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qızılqaya (Kəlbəcər)
Qızılqaya (əvvəlki adı: Arutunaqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Arutunaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Arutunaqomer kəndi Qızılqaya kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Artunaqomer kəndinin keçmiş adı Qızılqaya olmuşdur. Keçən əsrdə ermənilərin dəyişdirdikləri adlardandır. XX əsrin 1930-cu illərində kəndin ərazisində erməni ailələri məskunlaşdıqdan sonra onu Arutyunoqomer (Aryutun şəxs adı və qomer erm. "tövlə, sığırxana" sözündən) adlandırmışdılar.
Qızılqaya (Qürvə)
Qızılqaya (fars. گزل قايه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 182 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Qızılqaya (Sərab)
Qızılqaya (fars. قزلقيه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (13 ailə).
Qızılqaya (Xankəndi)
Qızılqaya — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Qızılqayada ilkin yaşayışın eramızdan əvvəlki dövrlərə aid olduğu bildirilir. Çünki həmin dövrlərə məxsus qoça bənzər kiçik heykəllər, qəbirlər tapılmışdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələr bu kənddə də mövcuddur. 1933-cü ildə kənd Xankəndi şəhərinin tabeliyinə verilmişdir. Kəndin 12 məhəlləsi, 1 məscidi, 1 kümbəzi, 3 hamamxanası var. 1991-ci ilin dekabrında kənd işğal edilib. İşğal zamanı kənd 2 şəhid vermişdir Kənd Xankəndi şəhərinin şimal ərazilərində yerləşir.
Qızılqaya (dağ)
Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya (Çaroymaq)
Qızılqaya (fars. قزل قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 106 nəfər yaşayır (17 ailə).
Qızılqaya (Ərdəbil)
Qızılqaya (fars. قزل قيه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,095 nəfər yaşayır (217 ailə).
Qızılqaya dağı
Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızılqaya silsiləsi
Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-şərqindədir. Şimal-şərqdən cənub-qərbə doğru 4 km məsafəyə uzanır. Cənub-şərq yamacları sıldırımlıdır. Ən yüksək zirvəsinin hündürlüyü 1117,6 m-dir. Naxçıvan çokəkliyinin Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qızılqaya (Ağdərə)
Qızılqaya (əvvəlki adı: Arutunaqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Arutunaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Arutunaqomer kəndi Qızılqaya kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Artunaqomer kəndinin keçmiş adı Qızılqaya olmuşdur. Keçən əsrdə ermənilərin dəyişdirdikləri adlardandır. XX əsrin 1930-cu illərində kəndin ərazisində erməni ailələri məskunlaşdıqdan sonra onu Arutyunoqomer (Aryutun şəxs adı və qomer erm. "tövlə, sığırxana" sözündən) adlandırmışdılar.
Aşağı Qızılqaya (Sayınqala)
Aşağı Qızılqaya (fars. قزل قيه سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (48 ailə).
Orta Qızılqaya (Sayınqala)
Orta Qızılqaya (fars. قزل قيه وسطي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (36 ailə).
Qızılqaya (dağ, Laçın)
Qızılqaya — Laçın rayonu ərazisində dağ. Mıxtökən silsiləsinin cənub yamacında, Şəlvəçay və Qozluçay çaylarının suayrıcında yerləşir. Hündürlüyü 2440 m. Dağın süxurları qızılı (qırmızı) rəngə çalan qaya parçalarından ibarət olduğuna görə belə adlandırılmışdır. Eyniadlı dağ Ermənistanın İcevan və Gürcüstanın Marneuli rayonlarında da mövcuddur.
Qızılqaya (dağ, Şərur)
Qızılqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısındakı Yağargədik (2049,8 m) yüksəkliyindən cənub-şərqə ayrılan eyniadlı şaxədə, Arpaçayın sağ qolları Zərnədərə və Payadərə çaylarının suayrıcında dağ (hünd. 1683,0 m). Üst Permin Kuberqandı və Murqab (alt hissəsi) regiomərtəbələrinə aid eyniadlı lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının şimal sentriklinalında yerləşir. Şimal-şərq yamacından keçən Ağsal-Qızılqaya dərinlik qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşırın Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli əks-fay qırılma pozulması keçir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Lakin 2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində dağ tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keşmişdir.
Yuxarı Qızılqaya (Sayınqala)
Yuxarı Qızılqaya (fars. قزل قيه عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (34 ailə).
Qızılqaya dağı (Türkiyə)
Qızılqaya dağı— Niğdə, Kayseri və Adana illəri arasında Aladağlar Milli Parkında yerləşən zirvədir. Hündürlüyü 3771 metrdir və Toros dağlarının ən yüksək zirvəsidir. Yaxın vaxtlara qədər Toros dağlarının ən yüksək zirvəsi Dəmirkazık kimi tanınırdı, lakin 2008-ci ildə Xəritəçəkmə Baş İdarəsi və Türkiyə Alpinizm Federasiyasının təşəbbüsü ilə edilən GPS ölçmələrində Qızılqaya zirvəsinin hündürlüyünü 3771.418 metr olaraq qeyd edildi. Qeyd edilən ilk dırmaşma 1 avqust 1927-ci ildə Georq Künne və Vilhelm Martin tərəfindən edildi. Alpinistlər ən çox klassik marşrut kimi tanınan Karayalak dərəsindən zirvəyə yaxınlaşır və Karasay-Eznevit belindən keçməklə cənub-qərb tərəfdən istifadə edirlər. Zirvəyə qalxmaq üçün ilk öncə Aladağlar Milli Parkına çatmalısınız. Milli parka Niğdə ilinin Çamardı ilçəsinin Dəmirkazık kəndindən giriş etmək olar. Dağcılar Sokullupınar yerindən yürüyüşə başlayaraq Çelikbuyduran keçidinə və düşərgə sahəsinə çata bilərlər. Dırmanış üçün ən uyğun düşərgə yeri Çelikbuyduran keçididir. Digər variant isə Emli vadisindən dırmanmaqdır.