Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızqayıt Həsənova
Qızqayıt Salman qızı Həsənova (1924, Xırmandalı, Biləsuvar rayonu – 22 avqust 2012, Xırmandalı, Biləsuvar rayonu) — Azərbaycan pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1948). Qızqayıt Həsənova 1924-cü ildə hazırkı Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1948-ci ildə "Lenin" ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib. Qızqayıt Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib. Qızqayıt Həsənova V–VI çağırış SSRİ Ali Sovetinin, II–X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub. Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 2012-ci ildə 88 yaşında vəfat edib.
Qızqayıtdı
Qızqayıtdı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kənddə cəmi 3 nəfər yaşayır.
Qızqaya
Qızqaya — Zəngilan rayonunun ərazisində dağ. Dağ Zəngilan rayonunun cənub-qərbində, Araz çayının yaxınlığındadır. Hündürlüyü 1022 m. Zirvəsində Qız qalası adlı qalanın yerləşməsinə görə dağ belə adlandırılmışdir.