Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mədətsiz dağı
Mədətsiz dağı - Orta Toros (Tavr) dağlarında, Bolkar dağları üzərində yerləşən 3524 metr (11.562 ft) yüksəkliyində dağ. Bolkar dağları Orta Torosların ən hündür dağlarıdır. Mədətsiz dağı Bolkarların şimal-şərq hissəsində yerləşir. Niğdənin Uluqışla vilayəti ilə Mersinin Çamlıyayla rayonlarının sərhədləri Mədətsiz dağında kəsişir. Zirvə Çamlıyayla sərhədində yerləşir. Ağdənizə uzaqlığı kuş uçuşu ilə 65 km-dir. Tarsus rayonu Gülək kəndindən Mədətsiz zirvəsinə qalxarkən Türk İstiqlal Müharibəsi türk-fransız çatışmasına ithafən 37°18′04.16″K 34°43′29.36″D koordinatında Qarboğazı şəhidliyi yaradılmışdır.Mədətsiz dağı dağçılıq baxımındn çox populyardır. Əksər hallarda dırmanış Uluqışla istiqamətindən başlanır.
Zərərsiz dəlibəng
Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir. Qutucuqları əl ilə toplanılmalıdır.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. == Təsnifatı == Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər. Nefrogenik şəkərsiz diabet.
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. == Simptomları == Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. == Səbəbləri == === Naməlum === Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.O, həmçinin hipotalamusun, hipofiz sapının, arxa hipofizin zədələnməsi ilə əlaqədardır və baş travması nəticəsində yarana bilər.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. == Simptomları == Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur.Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır. == Səbəbləri == === Qazanılmış === Nefrogenik şəkərsiz diabet ən çox qazanılmış formalarda olur, yəni qüsur doğuş zamanı olmur.
Səndən xəbərsiz (film, 1985)
== Məzmun == Bu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır... == Film-tamaşa haqqında == Film-tamaşa yazıçı Aslan Qəhrəmanovun romanı əsasında ekranlaşdırılmışdır. Bu film-tamaşanın əvvəli "Səni axtarıram" və "Bağışla" televiziya tamaşalarında yer almışdır.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! — qısametrajlı sənədli televiziya filmi 2011-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub. == Məzmun == Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub.
Gendersid
Gendersid — sistematik gender motivli qətl. Termini ilk dəfə Meri Enn Uorren 1985-ci ildə öz yazmış olduğu kitabında istifadə etmişdir. Gendersid, embrionun cinsindən asılı olaraq məqsədyönlü şəkildə öldürüldüyü zaman abort ola bilər. Gendersid daha çox üçüncü dünya ölkələrində yayılıb. Artıq bir neçə milyon qız onun qurbanına çevrilib. Çox vaxt bu fenomen sosial-iqtisadi səbəblərlə izah olunur və əhalinin sağlamlığı, iqtisadiyyatı və ölkələrin inkişafı üçün ciddi nəticələrə səbəb olan qlobal sosial problemdir. Bu fenomen Cənubi və Şərqi Asiyada, xüsusən də dünyanın ən sıx əhalisi olan ölkələrində — Çin və Hindistanda özünü göstərir. Ekonomist jurnalına istinadən selektiv döl abortları qadın ilə birlikdə ən azı 100 milyon qız uşaqlarının həyatina son qoyur və onların sayı artmaqdadır. == Terminin mənşəyi == Gendersid termini ilk dəfə amerikalı feminist Meri Enn Uorren tərəfindən Gendersid: Gender Seçiminin Nəticələri adlı kitabında istifadə edilmişdir. Uorren "soyqırım anlayışı" ilə onun "gendersid" adlandırdığı termin arasında oxşarlığa diqqət çəkdi.
Genesiz
Genezis (rus. -генезис, ing. -genesis — mənşə) geologiyada müəyyən şəraitdə geoloji proseslərin təsiri ilə hər hansı geoloji törəmənin: faydalı qazıntı yataqlarının, süxurların və b. yaranması. Genezis müəyyən edilməsi geoloji törəmələrin təbiətini dərk etməkdə faydalı qazıntıların axtarışını düzgün istiqamətləndirməkdə geoloji proseslərin ümumi nəzəriyyəsinin işlənilməsində mühüm rol oynayır (mis: filiz əmələgəlmə və b).