ZƏRƏRSİZ

sif. Zərəri toxunmayan, zərəri olmayan; ziyansız. Zərərsiz dərman. Zərərsiz adam.
– Şeyx, o bir möhtərəm, zərərsiz adam; Həm müsafir, qəribü aciz adam. H.Cavid.
Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun.
Bu vasitə ilə onu özü üçün zərərsiz (z.) bir hala sala bilərdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏRƏRSİZ ziyansız — müzürsüz
  • ZƏRƏRSİZ zərərsiz bac ziyansız

Antonimlər (əks mənalı sözlər)

  • ZƏRƏRSİZ ZƏRƏRSİZ – XEYİRSİZ Şeyx, o bir möhtərəm, zərərsiz adam; hər müsafir, qəribü aciz adam (H.Cavid); Cəmiyyətdən uzaq, həyatdan uzaq; Uydurma fəlsəfə xey
ZƏRƏRLİLİK
ZƏRƏRSİZLƏŞDİRİLMƏ
OBASTAN VİKİ
Zərərsiz dəlibəng
Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir. Qutucuqları əl ilə toplanılmalıdır.
Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi

Digər lüğətlərdə