ПРО́ПАСТЬ
ж 1. uçurum, sıldırım; 2. məc. uçurum, böyük fərq, ziddiyyət; уничтожена культурная пропасть между городом и деревней şəhərlə kənd arasında mədəniyyət fərqi aradan qaldırılmışdır; 3. saysız-hesabsız, çox; народу там пропасть orada camaatın sayı-hesabı yoxdur; ◊ до пропасти (köhn.) saysız-hesabsız, qədərsiz; тьфу пропасть lənət sənə!
ПРОПА́СТЬ
сов. 1. itmək, yox olmaq; 2. gözdən itmək; 3. məhv olmaq. ölmək, batmaq; 4. korlanmaq, xarab olmaq; 5. heçə çıxmaq; zay olmaq, yoxa çıxmaq; puç olmaq; ◊ пиши пропало üstündən qələm çək; пропасть без вести itkin düşmək; пропасть даром (попусту) havayı getmək, hədər getmək; пропади пропадом bax пропадом.