Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Qəpik
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi. == Tarixi == Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan - 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur. XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal - nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.Orta əsrlərdə Bizansda, Çində və Yaponiyada dəmir puldan da istifadə olunurdu.
Qəpik (Azərbaycan)
Qəpik (Azərbaycan) — Azərbaycan Respublikasında mübadilə olunan pul vahididir və Azərbaycan manatının 1⁄100 hissəsini təşkil edir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra, 1992-ci və 1993-cü illərdə ölkənin yeni pul vahidi olan Azərbaycan manatı ilə qəpik 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.İnflyasiya, qəpiyin 1990-ci illərdə və 2000-ci illərin başında dəyərini itirməsinə və dövriyyədən çıxmasına səbəb olsa da, qanuni ödəmə vasitəsinin statusu saxlandı. 28 dekabr 2005-ci ildə Yeni Azərbaycan manatı istifadəyə verilincə, qəpik yenidən bərpa edilib. Yeni qəpik 1, 3, 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.
Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. == Mədəni xüsusiyyətlər == === Qərb mədəniyyətləri === Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Gənclik
Gənclik- uşaqlıq və yetkinlik arasında həyat dövrü (18-35 yaş)
Genlik
Genlik — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Genlik kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Kənd salındığı Genlik adlı yerin adını daşıyır. Oykonim "geniş yer" mənasındadır.
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. == Mənbə == Rhead, G. Wooliscroft.
Geylik
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, gey və lezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir.
Gəlirlik əyrisi
Gənclik Mall
Gənclik Mall — Gənclik metrostansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində yerləşən ticarət mərkəzi.
Gənclik metrostansiyası
Gənclik metrostansiyası — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda "Yadındamı" mahnısından fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir.
Gənclik parkı
Gənclik parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli park. 26 avqust 2021-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etmişdirlər.Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlamışdır. Park Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə yaradılmışdır. Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılmışdır və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür.Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib və yaşıllıqlar salınmışdır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılmışdır.Parkda "Ürəklər" adlı kompozisiya yaradılmış, həmçinin bağlı və açıq futbol meydançaları inşa olunmuşdur. Parkda ziyarətçilər üçün piknik məntəqələri salınmışdır. Qaçış üçün cığırlar və velosiped yolları da tikilmişdir.
Əqli gerilik
Əqli gerilik (kəmağıllıq, oliqofreniya) — anadangəlmə və ya inkişaf dövründə qazanılmış, beyin patologiyası nəticəsində yaranan və sosial uyğunsuzluğa səbəb olan intellektin pozulması ilə özünü göstərən psixikanın ləngiməsi və ya natamam inkişafı. O, ilk növbədə ağılla, həm də emosiyalar, iradə, nitq və motorika bacarıqları ilə əlaqədar olaraq özünü göstərir. "Əqli gerilik" termini alman psixiatr Emil Krepelin tərəfindən təklif edilmişdir. Bir çox cəhətdən o, müasir əqli gerilik anlayışı ilə sinonimdir. Eyni zamanda, sonuncu anlayış bir qədər daha genişdir, çünki o, yalnız üzvi patologiyanın səbəb olduğu zehni geriliyi deyil, məsələn, sosial və pedaqoji laqeydliyi də əhatə edir və ilk növbədə intellektual inkişaf və sosial uyğunsuzluq dərəcəsinin müəyyən edilməsi əsasında diaqnoz qoyulur. Əqli gerilik demensiyanın nəticəsi kimi qazanılmış intellektual qüsurdan fərqlənir (lat. “eniş, tənəzzül, aşağı hərəkət” + kişi “ağıl, ağıl”). Qazanılmış intellekt qüsuru, inkişafı başa çatdıqdan sonra zəkanın normal (yaşa uyğun) səviyyədən aşağı düşməsidir və zehni geriləmə ilə yetkin insanın inkişafındakı zəka heç vaxt normal səviyyəyə çatmır. Əqli əlillik dərəcəsi standartlaşdırılmış psixometrik testlərə əsasən intellektual əmsalla kəmiyyətcə qiymətləndirilir. Bəzi alimlər zehni geriliyi “...müstəqil sosial uyğunlaşma qabiliyyəti olmayan fərd” kimi müəyyən edirlər.
Gənclik İK
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Ay və qara qəpik
Ay və quruş (Ay və qara şahı) — Somerset Moemin 1919-cu ildə yazılmış romanı. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.
Bir gecəlik (mahnı)
Bir gecəlik — azərbaycanlı müğənni Aygün Kazımova və türkiyəli müğənni Gökhan Erolun mahnısıdır. Mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Mahnını ilk öncə Gökhan Erol solo ifa etmişdir. Daha sonra Aygün Kazımova mahnını radioda dinləyir və özü şəxsən Gökhan bəyə müaciət edərək mahnını duet şəklində ifa edir.
Gənclik plyaji filmi
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Gənclik Şəhəri (1966)
== Məzmun == Film Xəzərin sahilində salınmış ən gənc şəhər — Sumqayıtın 15 illiyinə həsr olunmuşdur.
Gənclik şəhəri (film, 1966)
== Məzmun == Film Xəzərin sahilində salınmış ən gənc şəhər — Sumqayıtın 15 illiyinə həsr olunmuşdur.
Sumqayıt Gənçlik Şəhəridir (1964)
== Məzmun == Kinooçerk yeni Sumqayıt şəhərinin salınmasının 15-ci ildönümünə həsr olunmuşdur. Gənclik şəhərinin taleyi ölkəmizin müxtəlif yerlərindən buraya gəlmiş adamların taleyi ilə sıx bağlıdır. Filmdə belə adamlardan bir neçəsi barədə söhbət açılır. Bu adamlar kimlərdir? Aslan Osmanov, Mixail Kabakov, Zəminə Həsənova və başqaları. Oçerkin ikinci hissəsi bütünlüklə şəhərin yubileyinə həsr olunmuşdur. Şəhər doğum evində daha bir sumqayıtlı anadan olmuşdur. "Rossiya" kinoteatrında və "Roza" kafesində bayram təntənələri, bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli gecə, ümumxalq gəzintisi, atəşfəşanlıq və s. filmdə öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Əlibala Ələkbərov Operator: Əlibala Ələkbərov Səs operatoru: Əziz Şeyxov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu. Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan təşkilat 2006-cı ildə təsis edilmişdir. Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi.Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi.YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.
Ellik yaşayış yeri
Еllik yаşаyış yеri — Ахаmət kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin ərаzisi əkin sаhəsinə çеvrildiyindən mədəni təbəqə tаmаmilə dаğılmış, аbidə ilkin fоrmаsını itirmişdir. Yаşаyış yеrinin ərаzisində аpаrılаn аrаşdırmаlаr zаmаnı kül yığınlаrı, bаd qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrünə аiddir. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XVI-XIX əsrlərə аiddir. Еhtimаl ki, yаşаyış yеrində dаhа əvvəlki dövrlərdə də yаşаyış оlmuşdur. Аbidəni XIV-XIX əsrlərə аid еtmək оlаr.
"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.
Sumqayıt gənclik şəhəridir (film, 1964)
== Məzmun == Kinooçerk yeni Sumqayıt şəhərinin salınmasının 15-ci ildönümünə həsr olunmuşdur. Gənclik şəhərinin taleyi ölkəmizin müxtəlif yerlərindən buraya gəlmiş adamların taleyi ilə sıx bağlıdır. Filmdə belə adamlardan bir neçəsi barədə söhbət açılır. Bu adamlar kimlərdir? Aslan Osmanov, Mixail Kabakov, Zəminə Həsənova və başqaları. Oçerkin ikinci hissəsi bütünlüklə şəhərin yubileyinə həsr olunmuşdur. Şəhər doğum evində daha bir sumqayıtlı anadan olmuşdur. "Rossiya" kinoteatrında və "Roza" kafesində bayram təntənələri, bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli gecə, ümumxalq gəzintisi, atəşfəşanlıq və s. filmdə öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Əlibala Ələkbərov Operator: Əlibala Ələkbərov Səs operatoru: Əziz Şeyxov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.