Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəsidə
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə.
Zak və Kodinin gəmidəki macəraları
Zak və Kodinin gəmidəki macəraları (İngiliscə: The Suit Life On Deck) bir Disney Channel orijinal serialıdır. Zak və Kodinin əla həyatının davam serialıdır. Bu serialda Zak və Kodi yenə vardır. Amma bu səfər Tipton Hoteldə yox, S.S. Tiptondadırlar. Orada 7 Dəniz məktəbi adlı məktəbə gedərlər. Yeni dostlar taparlar. Serialın köhnə aktyor heyətində kiçik bir dəyişiklik olub. Eşli Tisdl yerinə Debbi Rayan (Beyli Pikket) gəlmişdir. Meddi (Eşli Tisdl) Bostonda universitetə getmişdir; ona görə bu səyahətdə yoxdur, lakin "Meddi gəmidədir" adlı seriyada seriala qonaq kimi gəlmişdir. Serial ilk əvvəl Disney Channelda yayımlandı.Sonra Disney XD ilə bərabər yayımlandı.İndi isə həm Disney XDdə həm də Disney Channelda yayımlanır.