Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəssan
Qəssan (ərəb. غسّان‎) — ərəb mənşəli ad. Qəssan, Qəssanilər sülaləsinin qurucusu Qəssan Kənəfani (1936—1972), fələstinli yazıçı və aktivist Qəssan Məsud (d.
Rəssam
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. == Təbiət və rəssam == Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. == Rəssam hansı materiallarla işləyir == Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
Pamfil (rəssam)
Pamfil (q.yun. Πάμφιλος; lat. Pamphilus; e.ə. 390 – e. ə. IV əsr, Pella[d], Makedoniya və Frakiya) — Qədim Yunanıstan rəssamı. Pamfil Amfipolisdən idi. O, müəllimi Evpomp ilə birlikdə qədim yunan sənətinin gələcək inkişafına güclü təsir göstərmiş sikion rəssamlıq məktəbinin banisi olmuşdur. Rəvayətə görə, Pamfilin bədii nəzəriyyələri elmi prinsiplərə əsaslanırdı. Pamfilin şagirdləri Melantiya adlanır.
Qəssan Kənəfani
Qəssan Kənəfani (ərəb. غسان كنفاني‎; 9 aprel 1936[…], Əkka[d], Britaniya Fələstini[d] – 8 iyul 1972[…], Beyrut) — fələstinli yazıçı və aktivist.
Qəssan Məsud
Qəssan Məsud (Ərəbcə: غسّان مسعود; 20 sentyabr 1958) — Suriyalı aktyor. == Həyatı == Evli və bir oğlan, bir də qız atası olan Məsud, Suriyada bir çox filmə çəkilmişdir. "Diplomasiyyoun" adlı oyun ona aiddir. 2005-ci ildə çəkilən Cənnətin krallığı (film, 2005) adlı filmdə Müsəlman orduların komandanı Səlahəddin Əyyubi olaraq rol alması onun aktyorluq karyerasında böyük rol oynayıb. 2006-cı ildə Türk kino tarixinin ən yüksək büdcəli filmi olan Qurdlar vadisi İraq adlı filmdə, 2007-ci ildə də Qərayib quldurları: Dünyanın sonu (film, 2007) adlı Amerikan istehsalı filmdə rol almışdır. Çalışmalarını hələ "Damascus Music and Drama School" və "High İnstitution of Theatrical Arts" adlı platformlarda sürdürməkdədir. Qəssan Məsud, çox danışılan "Kəpənək" filmində də oynadı. Ayrıca "Ömər" serialında isə Əbu Bəkr rolunu oynamışdır.
Qəssan mahalı
Qəssan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Hacı Mustafa bəy idi. == Əhalisi == 1821-ci ildə 20 kənddə (Qoşakənd, Tubi, Fətəhli, Yenikənd, Yuxarı İsmayıllı, Talıstan, Quş-Yengicə, Diyallı, Cülyan, Dahar, Nügədi, Maçaxi, Dəymədağıldı, Müskürlü, Bədəlli, Qaradegin, Vəlibinə, Qazılı, Kirk, Gənzə) 411 ailə yaşayırdı. == İqtisadiyyatı == Həsən mahalının sakinləri əkinçilik, bağçılıq, baramaçılıq, kömürçülüklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Rəssam Ərjəngi
Mir Abbas Təbrizi — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi. Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib. Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Rəssam Ərəbzadə
Seyid Əbülfəth Zeydi Lətifi (1914, Təbriz) — İran xalı dizayneri. Təbrizdə dünyaya gəlib.Atası Hüseyn Zeydi Lətifidə rəssam və xalı dizayneri idi, Hicazın Zeydi Ərəblərindən olmaqına görə Seyid Ərəb adıyla məşhur idi onlar üç nəsl öncə Təbrizə köçmüşlər.
Əməkdar rəssam
Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. == Həyatı == Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Abbas Kazımov (rəssam)
Abbas Kazımov (1 yanvar 1956, Bakı – 8 noyabr 2021)— azərbaycanlı rəssam. == Həyatı == Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitunun bədii qrafika fakültəsini bitirmişdir. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvüdür. Abbas Kazımov rəngkarlıqda "xalça üslubu"-nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun "Pirosmaniyə həsr edilir" silsilə qrafik əsərlər, "Qırmızı və Qara", "Nağıl", "Qarabağ atları" silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılmışdır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kanadada təşkil olunmuşdur.
Abdulla Məmmədov (rəssam)
Abdulla Məmmədov — Azərbaycanlı rəssam. == Həyatı == Məmmədov Abdulla Əliheydər oğlu 26 oktyabr 1963-cü ildə Lerik rayonunda anadan olmuşdur. O, 1965-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra, 1971-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Abdulla Məmmədov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri, Rusiyada, İranda, Türkiyədə nümayiş edilmiş, Xalçaları bir çox muzeylərdə saxlanılır. Dekorativ Tətbiqi sənət sahəsi üzrə fəaliyyət göstərən rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Abdulla Ələkbərov (rəssam)
Abdulla Abasqulu oğlu Ələkbərov (2 iyun 1936, Bakı) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü. == Həyatı == Abdulla Ələkbərov 2 iyun 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1959-cu ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir. Abdulla Ələkbərov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən "Maarif" Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdir. Abdulla Ələkbərov, Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan "Heydər Əliyev dünyanın gözü ilə", "Böyük ömrün anları", "Heydər Əliyev və Azərbaycan dili", "Vədinə sadiq prezident", "Böyük yolun davamçısı", "Sülh və sabitlik prezidenti" və s. kitabları qeyd etmək olar. O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, "Nailiyyət" Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə "Səməd Vurğun-90" fəxri diplomuna (1996), 1998-ci ildə "Qızıl qələm-kamil sənətkar" mükafatı laureatı, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır" diplom və mükafatlara layiq görülmüşdür.
Adil Həsənov (rəssam)
Adil Quliyev (rəssam)
Adil Quliyev — Azərbaycanlı rəssam və karikaturaçı. == Həyatı == Adil Quliyev 1935-ci ildə anadan olmuşdur. O, M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu təhsil almışdır. Adil Quliyev karikatura, kitab illüstrasiyası və teatr rəssamlığı sahəsində çalışmışdır. Rəssam 1952–1990-cı illərə qədər "Kirpi" jurnalı ilə əməkdaşlıq etmiş, 1980-ci ildən jurnalın bədii redaktoru vəzifəsində fəaliyyət göstərmişdir. Eyni zamanda satirik plakat sahəsində işləmişdir. Adil Quliyev respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. Öz mövzu seçiminin orijinallığı ilə son dərəcə peşəkar ifadəsi ilə seçilən karikaturaçı rəssamdır. Karikaturaçı rəssam 2001-ci ildə "Şeytan" satira və yumor jurnalını təsis etmişdir. Azərbaycan karikatura sənətinin tanınması və təbliği sahəsində əvəzsiz xidmətləri olan A. Quliyev bu gün də yeni-yeni əsərlər yaradır.
Aleksandr İvanov (rəssam)
Aleksandr Andryeviç İvanov (16 (28) iyul 1806, Sankt-Peterburq – 3 (15) iyul 1858, Sankt-Peterburq) — Rus rəssam. Neoklassizm cərəyanına mənsub olmuşdur. Rusiyanın Sankt-Peterburq şəhərində doğulmuş və vəfat etmişdir. İvanov Karl Brillov ilə birlikdə, atası A. İvanovun yanında Çar İncəsənət Akademiyasında işləmişdir. Həyatının böyük hissəsini İtaliyanın Roma şəhərində keçirmiş və burada yazıçı Nikolay Qoqol ilə dost olmuşdur. Ən məşhur əsəri hazırda Moskvada Tretyakov qalereyasında sərgilənən "İsanın insanlar görünüşü" əsəridir.
Anton Möller (rəssam)
Anton Müller (1563, Köniqsberq - 1611 yanvar, Danzinq)- alman rəssam. 1563-cü ildə Almaniyanın Köniqsberq şəhərində anadan olmuşdur. Əsasən dini mövzulara əhəmiyyət vermişdir. Bir çox taxta basmalı əsərləri də mövcuddur. 1611-ci ildə Danzinq şəhərində vəfat etmişdir.
Arif Hüseynov (rəssam)
Arif Şahbaz oğlu Hüseynov (30 oktyabr 1943, Qala) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır. == Yaradıcılığı == 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub."Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev. == Fərdi sərgiləri == 1984 — "100 illüstrasiya", Baku-Moskva 2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya 2009 — Galerie Berlin-Baku, Berlin 2012 — "Azərbaycan Nağılı" Bakı 2012 — M.Ə.Sabir "Hophopnamə" Bakı == Sərgiləri == 1977 — "BAM" sərgisi, Bakı-Moskva; 1980 — Qrafika sərgisi, Bakı 1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa 1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi 2007 — Çank Art, Ankara 2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı == Mükafatları == 1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı 1995 — Sənət uğurlarına görə "Humay" mükafatı 2006 — Azərbaycan Respublikasının xalq rəssamı 2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 2023 — "Şöhrət" ordeni == Xatirəsi == 2015-ci ildə Azərbaycan televiziyasında istehsal olunmuş Arif Hüseynov. Taleyimin cizgiləri adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Arif Məhərrəmov (rəssam)
Arif Əli oğlu Məhərrəmov (5 avqust 1948 – 9 avqust 2022) — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000). == Həyatı == Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) Gəldi kosa (film, 1988) İşgüzar səfər (film, 1982) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Molla Nəsrəddin Xoca (film) Münəccimin şagirdi (film, 1983) O dünyadan salam (film, 1991) Qala (film, 2008) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Xrizantema yarpağı (film, 1989) Yatmaq vaxtıdır (film, 1984) Yeddi gözəl (film, 1982) == İstinadlar == == Mənbə == Xamis Muradov.
Arif Qazıyev (rəssam)
Arif Şamil oğlu Qazıyev (d. 2 yanvar 1937, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası - ö. Bakı, Azərbaycan Respublikası, 3 sentyabr 2021) — məşhur heykəltaraş və Qazıyevlər ailəsinin üzvü Şamil Qaziyevin oğlu, məşhur rəssam və heykəltaraş, Bakı Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycanın əməkdar incəsənət xadimi və Azərbaycanın xalq rəssamı (2018). == Həyatı == === Təhsili === Heykəltaraş Şamil Qazıyevin oğlu 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir. == Fəaliyyəti == Təhsilini tamamladıqdan bir müddət sonra Bakı Rəssamlıq Universitetində müəllim işləməyə başlamışdır. === Yaradıcılığı === Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə (“Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” - R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” - Şərq Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.
Asim Quliyev (rəssam)
Asim Rzaqulu oğlu Quliyev (d. 9 yanvar, 1936) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısı, Azərbaycan Respublikasının Əməkdar rəssamı. == Həyatı == Quliyev Asim Rzaqulu oğlu 9 yanvar 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1964-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. 1969-1970-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarında təhsilini davam etdirmişdir. Asim Quliyev 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısıdır. Asim Quliyev Vaqif Nəzirov ilə birlikdə 1978-ci ildə "Sülh göyərçini" (Sumqayıt) monumental abidəsini işləmişdir. Həmin əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. "İmadəddin Nəsiminin" (Sumqayıt, Nəsimi adına parkda), Vaqif Mustafazadənin və qızı Əzizənin Asim Quliyevin heykəltaraşlıq portretlərindəndir.
Azər Əliyev (rəssam)
Azər Seyran oğlu Əliyev (18 iyul 1969, Bakı) — Azərbaycan boyakarı, qrafik və dizayneri. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti. == Həyatı == Azər Əliyev 18 iyul 1969-cu ildə Bakıda anadan olmuşdur. İxtisas təhsili almaq üşün əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1984-1988), sonra isə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1992-1997) təhsil alıb. 1988-1991-ci illərdə peşəkarlığının artırılması məqsədilə Sankt-Peterburqda tanınmış mütəxəsislərlə yaradıcılıq təmasında olmuşdur. O, eyni zamanda İ.Y.Repin adına Rəssamlıq Akademiyasında məşhur fırça ustası, SSRİ Xalq rəssamı Y.Y.Moiseyenkodan rəngkarlıq, Baron Ştiqlis adına (keçmiş V.Muxina adına) Ali Bədii-Sənaye Akademiyasında dizayn üzrə ustad dərsləri almışdır. 1992-ci ildən Azərbaycan Televiziyasının sənədli filmlər studiyasında tərtibatçı-rəssam kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən başlayaraq Beynəlxalq, Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlamışdır. Əsərləri Almaniya, Türkiyə, Fransa, İtaliya, Rusiya və s. ölkələrdə təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə nümayiş olunub.
Baba Əliyev (rəssam)
Baba Balababa oğlu Əliyev (22 mart 1915, Zirə, Bakı qəzası – 27 mart 1991, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının sədri. == Həyatı == Baba Əliyev 22 mart 1915-ci ildə Zirə qəsəbəsində anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1941-ci ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Baba Əliyev 1945-ci ildən Sov. İKP üzvü olmuşdur. Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində işləmiş, SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam 1946–1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. O, 27 mart 1991-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığında əsas yeri portret və natürmort janrları təşkil edir. Onun sənətə gəlişi Böyük Vətən Müharibəsi illərinə təsadüf edir və bu illərdəki yaradıcılığında cəbhə döyüşçülərinin bədii obrazları xüsusi yer tutur.
Cahangir Rüstəmov (rəssam)
Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 1926, Nuxa – 13 fevral 2007) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyat və yaradıcılığı == Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır. Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur.
Ceyms Bruks (rəssam)
Ceyms Bruks (ing. James Brooks) — ABŞ muralisti, abstrakt rəssamı və Loqan İncəsənət Medalı qalibi. == Həyatı və karyerası == Bruks Lonq-Aylenddə Cekson Pollok və Krasner Linin dostu olmuşdur. 1947-ci ildə Bruks rəssam Şarlotta Park ilə evlənmişdir. Abstrakt ekspressionizm cərəyanının ilk nəslinə mənsub olan Ceyms Bruks "ləkələmə"dən əhəmiyyətli texnika kimi istifadə etmişdir. İncəsənət tənqidçisi Karter Ratklifə görə "Onun sənətinə yanaşması həmişə füsunkar "təsadüf"lər yaratmaqdan ibarət idi. 1940-cı illərin axırlarından etibarən o əsərlərində yağlı boyaya daha az üstünlük verməyə başlamışdır, çünki kətan üzərində işləmək istəmişdir. Bu əsərləri kalliqrafiya ilə abstraktın birləşmiş ümumi şəklidir. Bruksun abstrakt ekspressionizm cərəyanına aid əsərləri ilk dəfə 1941-ci ildə Nyu Yorkdakı Peridot qalereyasında sərgilənmişdir. Kurto İncəsənət İnstitutunda (London), Dallas İncəsənət Muzeyində (Dallas, Texas), Müasir İncəsənət Muzeyində (Nyu York), Harvard İncəsənət Muzeylərində, Vitni Amerikan İncəsənəti Muzeyində (Nyu York), Honolulu İncəsənət Muzeyində, İndiapolis İncəsənət Muzeyində (İndiapolis, İndiana), Şeldon İncəsənət Qalereyasında (Vaşinqton), Teyt Qalereyasında (London), Ualker İncəsənət Mərkəzində (Minneapolis, Minnesota) əsərləri hələ də sərgilənir.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Vəssaf
Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎, d.1257 -ö. 1329)— Elxanlı dövri tarixçisi, bürokrat və ədib. == Həyatı == Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim 1257-ci ildə Şirazda doğulmuşdudu. Elxanlı hökmdarı Olcaytu xan tərəfindən ona verilən “Vəssafül-həzrət” və bunun qısaldılmışı olan “Vəssaf” ləqəbiylə tanınır. Atası Fəzlullah, Elxanlı dövlətinin Fars bölgəsi amillərindən idi. Vəssaf yaxşı bir təhsil aldıqdan sonra Elxanlılar dövlətində divan xidmətinə daxil oldu. 1297-ci ildə yazmağa başladığı "Tarix-i Vəśśaf" adlı əsərinin ilk üç cildini 13 Rəcəb 702 (3 mart 1303) tarixində vəzir və tarixçi Rəşidəddin Fəzlullah Həmədani ilə vəzir Sadəddin-i Savəcinin yardımıyla Qazan xana təqdim etdi. Kitabı incələyən Qazan xan, Vəssafa ehtiram göstərib, ehsanlar verdi; ondan özü Suriya səfərindən dönüncəyə qədər Sincarda qalmasını və əsərini yazmağa davam etməsini istədi. Vəssaf, müxtəlif kitablara ehtiyac duyduğunu və bir müddətdən bəri evindən uzaq qaldığını söyləyərək Qazan xandan bir il izin aldı.
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə — Azərbaycan sənədli filmi. == Məzmun == Film Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin həyatından, onun keçdiyi zəngin yaradıcılıq yolundan bəhs edir. Rəssamın ağır gəncliyi, tələbəlik illəri, habelə işlədiyi dövrdə qarşısına çıxan çətinliklər filmdə onun özü tərəfindən lakonik şəkildə təsvir olunur. Mənzərə, natürmort və portret ustası olan rəssamın əsərləri də filmdə özünə yer tutmuşdur. Onun haqqında danışan xalq rəssamları Fərhad Xəlilov və Mais Ağabəyov, eləcə də onun dostu, bəstəkar xalq artisti Arif Məlikov səmimi fikirlərini bölüşmüşlər. Rəssamın tamaşaçılarla bölüşdüyü xatirələrində onun Musiqili Komediya Teatrında işlədiyi dövr, Şıxəli Qurbanov, Şəmsi Bədəlbəyli, Niyazi haqqındakı söhbətləri maraqlı şəkildə təsvir olunmuşdur. Uzun illər dostluq etdiyi maestro Niyazi ilə münasibətləri haqqında danışdıqları bu dostluğun, maestronun, eləcə də rəssamın özünün xarakterinin bəzi maraqlı çalarlarını diqqətimizə çatdırır. Filmdə rəssamın ailə həyatından da kadrlar göstərilməklə onun həyat yoldaşının portretləri diqqəti cəlb edir. Gənc rəssamlara tövsiyələrini verən rəssam, filmin sonunda yaşadığı mənalı ömrə görə taleyinə minnətdar olduğunu bildirir.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Aqessak
Aqessak (fr. Aguessac, oks. Agaçac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12002. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 837 nəfər təşkil edirdi. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqessak ilə əlaqəli mediafayllar var.
Beşdam
Beşdam — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Beşdam kəndi Zarat kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Beşdam kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 511 nəfərdir.
Bəşşar
Bəşşar (ərəb. بشّار‎) — ərəb mənşəli ad.
Dessau
Dessau Almaniyanın Saksoniya-Anhalt regionunda yerləşən bələdiyyədir. Sahəsi 182,81 km² olan Dessau bələdiyyəsində 30 iyun 2006-cı ilə görə 77.973 nəfər əhali yaşayır. Km² başına 427 nəfər düşür.
Qressak
Qressak (fr. və oks. Graissac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Jenevyev-syur-Arjans kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12112. Kommuna təxminən Parisdən 460 km cənubda, Tuluza şəhərindən 170 km şimal-şərqdə, Rodezdən isə 50 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 213 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 83 nəfər iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 58.2%).
Geyşa
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir. Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makyaj olunmuş qadınlara deyilir. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir. == Tarixi == Geyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Bu şəhərlərdə ilk dəfə geyşalar XVII əsrdə peyda olmuşlar. İlk öncə geyşa vəzifəsini aktyor, musiqiçi kişilər yerinə yetirirdilər. Bu aktyor-musiqiçi kişilər "Kabuki" teatrının işçiləri idilər. Amma sonralar bu işi ancaq qadınlar yerinə yetirirdilər. İndiyədək də “Kabuki” teatrının aktyorları geyşalarla əlaqəni kəsməmişlər. İlk qadın geyşa Kasen olmuşdur.
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..