MEŞŞAN

[ rus. мещанин]
1. 1917-ci il inqilabından qabaqkı Rusiyada: xırda şəhər alverçilərindən, sənətkarlarından, aşağı vəzifəli qulluqçulardan və s. ibarət silk, təbəqə.
// Həmin təbəqəyə mənsub olan adam.
[Yakov] kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırladı. A.Çexovdan.

2. məc. İctimai görüş dairəsi dar, xırda mülkiyyətçi əhvali-ruhiyyədə olan adam.
[Bənövşə:] Sən bizim gələcək həyatımızı bir meşşan həyatı kimi təsəvvür eləyirsən. S.Rəhman.

MEŞOK
MEŞŞANCASINA

Digər lüğətlərdə