Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabaqdağ
Qabaqdağ — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində dağ (hünd. 1719,5 m). Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcısındakı Yağargədik yüksəkliyindən (2049,8 m) cənub-qərbə istiqamətlənmiş Ardıc şaxəsininsuayırıcısında zirvə. Bağırsaqdərəçayın sol sahilində, Günnüt kəndindən 7,5 km cənubdadır. Üst Devonun Famen mərtəbəsinin alt yarımmərtəbəsinə cavab verən eyniadlı lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş hamar təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərb hissəsində izlənilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarından müxtəlif istiqamətli fay, fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.
Qatardakı qız (roman)
Qatardakı qız kitabı - Sirlərlə dolu bir detektivdir. == Haqqında == Baş qəhrəman Reyçelin ağır taleyi var. Həyatı uçuruma yuvarlanıb. O ərindən ayrılmış, işini itirmiş və içkiyə aludə olmuşdur. Səhərlər özünü içkiylə sakitləşdirir. Onun tək bir əyləncəsi var o da, qatarla Londona gedib veyillənmək. Qonşuları düşünür ki, onun işləri qaydasındadır. Qatarla gedərkən o, keçmiş ərinin evini müşahidə edir. Bu zaman qonşu ev diqqətini çəkir. Reyçel düşünür ki, orada ideal ailə yaşayır.
Qatardakı qız (film, 2016)
Qatardakı qız — ingilis yazıçı Paula Havkinsin eyni adlı məşhur romanı əsasında çəkilən 2016-cı il istehsalı olan amerikan psixoloji gərilim filmi.
Qabaqdibi
Qabaqdibi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Dağlıq Qarabağdakı məscidlərin siyahısı
Dağlıq Qarabağdakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının qərb bölgəsində, tarixi Qarabağ vilayətinin dağlıq hissəsində yerləşən məscidlərin siyahısı nəzərdə tutulur. Bu məscidlərin hər biri tarixi abidələr olmaqla birlikdə, 1992-ci ildən başlayan erməni işğalı nəticəsində dağıntılara və vandalizasiyaya məruz qalmışdır.