Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabaqlıdağ
Qabaqlıdağ və ya Qavaxlıdağ ― Culfa rayonu ərazisində dağ (hünd. 2239,3 m). Zəngəzur silsiləsinin suayırıcısından cənub-qərbə airılan eyniadlı qolda zirvə. Əlincəçayın yuxarı axınında, onun Xəznədərə və Gədikçay qollarının suayırıcısında, Ərəfsə kəndindən 3 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Dibəkli antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən və cənub-şərq yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.