Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ qalınalın
Ağ qalınalın, (lat. Hypophthalmichthys molitrix) — sürü halında yaşayan epipelegial balıq. Əsasən Amur çayı hövzəsində yayılmışdır. Sovetlər dönəmində Volqa, Dnepr, Don, Terek, Kuban çayaları, Aral dənizinə daxil olan çaylar üzərində yerləşən su anbarlarına buraxılmışdır. Bu əsasən həmin növün təbii arealında olan çaylar olmuşdur. Balxaş gölündə belə meşahidə edilirlər. Kürüləmə dövrü iri çaylarda suyun temperaturu 25 °C (iyun-iyul) olduqda baş tutur. Kürünün inkişafı bir neçə gün davam edir. 100 sm uzunluğa və 40 kq çəyiyə sahib ola bilir. Qışı dərinliklərdə yataraq keçirir.
Əlvan qalınalın
Əlvan qalınalın (lat. Hypophthalmichthys nobilis) — Sümüklü balıqlar sinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. Sürü halında yaşayan bu balıqlar əsasən Asiya qitəsində təbii arealda yayılmışdır. Bu növ 146 sm uzunluğa, 40 kq çəkiyə sahib ola bilir. Uzaq Şərqin Sakit okeana tökülən çaylarında yayılmışdır. 1960-cı illərin əvvəllərində Ağ amur, Əlvan qalınalın, və Ağ qalınalın iqlimləşdirmək məqsədilə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılmışdır. Keçmiş Sovetlər birliyi ölkələrinə daxil olan Avropada yerləşən respublikaların sularına da buraxılmışdır. Bununla da bu balıqlar, Aral, Xəzər, Azov və Qara dənizin akvatoriyasına daxil olan iri çaylara yayılmışdır (Sırdərya, Amudərya, Terek, Kuban, Dnestr, Prut). Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növü kimi süni şəraitdə yetişdirilir.