Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaliyev məscidi
Qaliyev məscidi (tat:Гали́ев мәчете́) — Kazanda yerləşən tatar memarlığına aid abidələrindən biri. Məscid 1796-1801-ci illərdə tacir Musa Mamyaşevin dəstəyi ilə XVIII əsr erkən klassisizm üslubunda tikilib. Məscid Qabdulla Tukay küçəsində, Köhnə Tatar qəsəbəsinin şimal hissəsində, keçmiş Saman bazarının yaxınlığında yerləşir. Məscid iki mərtəbəlidir və damının mərkəzində 3 hissəli minarə var. 1882-1897-ci illərdə bina cənub və şimal hissələrdən tacirlər, İ.Urazayev, M.Qaliyevin və İ.İmanqulovun maddi dəstəyi ilə daha da genişləndirilib. Məscidin axırıncı mollası Sagitovlar nəslindən olan Məhəmmədyusuf Sagitov olub. Daha sonra məscidə gələnlər pedaqoq islahatçı Qalimzyan Barudini məscidə imam seçirlər. Məhz Barudi məsciddə o dövrdə yeni olan "Məhəmmədiyyə" mədrəsəsini təşkil edir, məscidin yerləşdiyi məhəllə isə Kazan tatarlarının ictimai-siyasi həyatında əsas rollardan birini oynamağa başlayır. Məscid illərlə tatar xalqının maarif və təhsil sahəsində önə çıxar ziyalıları yetişdirib. Şiqabutdin Mərcani, Qabdulla Tukay, Qəyyum Nasıyri, Qalimcan Barudi, Qaliaskar Kamal, Nağı İsanbet və digər tatar maarifçiləri daima məscidi ziyarət edib namaz qılıb dualar oxuyublar.