Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Neş tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Valtasar qonaqlığı
Valtasar qonaqlığı — Rembrantın Babilin son kralı Belşazzarı çəkdiyi böyük ölçülü yağlı boya tablodur. Babil Kralı Belşazzar e.ə. 6-cı əsrdə zadəganlar üçün bir ziyafət təşkil edir və onlarla birlikdə oturub şərab içib, əylənirlər. Birdən kralın arxasında bir əl peyda olur. Kral və ətrafındakılar qorxuya düşərək nə olduğunu anlamaq üçün o tərəfə baxırlar. Əlin olduğu yerdə bir yazı görülür və kral kahinləri çağırıb yazının nə məna verdiyini soruşur. Kahinlərin heç biri bunu oxuya bilmir və nəhayət, Daniyal yazını oxuyur: “Mənə təkəl u-parsin”. "Mənə" sayılı deməkdir və "mesaj" tanrının kralın səltənət günlərinə bir son verəcəyini işarə edir. "Təkəl" tarazlıq mənasını verir ki; buradakı mesaj, kralın tarazlığı qoruyub saxlaya bilmədiyini və testi keçə bilmədiyinə işarə edir. "Parsin" bölünmüş deməkdir və krallığın bölünməsinə işarət edir.
Şiraz qonaqlığı
Şiraz qonaqlığı və ya Şiraz şənliyi ― 1763-cü ildə İran şahı Kərim xan Zənd, Xoy xanı Şahbaz xan, Qarabağ xanı Pənahəli xan, Naxçıvan xanı Hacı xan, Qaradağ xanı Kazım xan və Sərablı Əli xan arasında baş vermiş xəyanət. Xəyanəti Kərim xan Zənd təşkil etmişdir. Kərim xan Zənd öz qardaşı edam olunan yerdəcə Fətəli xan Əfşarı edam etdirmişdir. Bu münasibətlə ziyafətə dəvət edilən xanlar isə faktiki olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. Xanlar Şiraza çatdıqdan sonra "ziyafətin" əsl mahiyyəti bir daha aydınlaşdı. "Şiraz qonaqlığı"nda Kərim xanın məqsədi — bu yolla xanları vətənlərindən uzaq salmaq və beləliklə onları özündən asılı vəziyyətə salmaq idi. "Şiraz qonaqlığı" nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları "qonaqlığ"ın zahiri cəhətlərinə aldanmayaraq öz xanlıqları ilə əlaqə saxlamağa və onu möhkəmləndirməyə səy göstərir, müxtəlif yolla xilas olub vətənə qayıtmağa çalışırdılar. Beləliklə, "Şiraz qonaqlığı" gözlənilən nəticələri vermədi. Bu və başqa ("Qızılqaya xəyanəti (1752)") faktlar göstərir ki, həmin dövrdə Azərbaycanda millətçilik ön planda deyildi.
Eprilin qonaqlığı
Eprilin qonaqlığı (ing. Pieces of April) — amerikalı rejissor Piter Hedcesin 2003-cü ildə ekranlara çıxan komediya-dram janrındakı filmi. == Süjet == Epril sevgilisi ilə Nyu-Yorkda valideynlərindən uzaqda yaşayan qəribə bir qızdır. O, Şükran günü ərəfəsində anasının xərçəng xəstəliyinə tutulduğunu eşidir və ailəsini öz mənzilinə qonaq çağırmaq qərarına gəlir. Ancaq Epril hind toyuğu bişirməkdə mahir deyil, ona görə də qonşularının köməyinə müraciət edir. == Rollarda == Katie Holmes — April Burns Derek Luke — Bobby Oliver Platt — Jim Burns Patricia Clarkson — Joy Burns Elison Pill — Beth Burns John Gallagher Jr. — Timmy Burns Alice Drummond — Grandma Dottie Sean Hayes — Wayne Isiah Whitlock Jr. — Eugene Lillias White — Evette Leila Danette — Woman in Stairwell Sisqó — Latrell Adrian Martinez — Man in Mohair Sweater Armando Riesco — Tyrone == İstinadlar == == Xarici keçidlər == "Official website". Wayback Machine. 2009-02-21 tarixində orijinalından arxivləşdirilib.
Boston Çay Qonaqlığı
Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır. == Haqqında == Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi. Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aktın özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır.
Günorta qaranlığı (kitab)
Gözqamaşdırıcı zülmət (alm. Sonnenfinsternis‎) — Artur Kostlerin romanı. Əslən yəhudi olan ingilis yazıçısı Artur Köstler "Gözqamaşdırıcı zülmət" romanını yazmağa 1938-ci ildə başlasa da, həbslər və düşərgələrə göndərilməsi səbəbindən əsər üzərində işini həbsxanada bitirib və roman Köstler hələ azadlığa çıxmazdan əvvəl, 1940-cı ildə nəşr olunub. Sonra yazıçı Fransa paytaxtı Parisdən, nasistlərdən qaçmalı olub. Qaçdığı zaman romanın yeganə alman dilli nüsxəsi itirilib və 75 il sonra alman ədəbiyyatşünası Mattias Vesselin nəşriyyatlardan birinin arxivində əsərin əlyazması tapılıb. Köstlerlə yaxın münasibətdə olan Dafna Hardi Henrion romanı ingilis dilinə tərcümə edir və onu Londona göndərir. Bundan sonra əsər 30 dilə tərcümə olunur. 1948-ci ildə əsər müəllifin özü tərəfindən ingilis dilli versiyadan alman dilinə də tərcümə olunub. Ancaq Köstler 1960-cı ildə bununla bağlı belə bir fikir bildirir: "Gözqamaşdırıcı zülmət" romanımı özüm alman dilinə tərcümə etdim, amma romanın orijinalında olan spontanlığının itməsi hissi məni tərk etmir". Belə ki, əvvəlcə "Rubaşov" adlı alman dilində olan əlyazması itkin düşür.
Subaylıq qonaqlığı: II hissə (film, 2011)
Hanqover 2 (ing. The Hangover Part II) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Todd Fillipsin rejissorluq etdiyi filmin baş rollarında Bradley Cooper, Zach Galifianakis və Ed Helms çəkilmişlər. Kassa müvəffəqiyyəti tutan Hanqover filminin ikinci filmi.