Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Qızçiçəyi
Qızçiçəyi (lat. Bellis) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Yağçiçəyi
Yağçiçəyi (lat. Camelina) — kələmkimilər fəsiləsinin ot cinsinə aid bitki növü. == Əhəmiyyəti == Yağçiçəyindən alınan yağ texniki məqsədlər üçün istifadə edilir. Sənayenin lak-boya, sabunbişirmə və s. sahələrində istifadə edilir. Onun qidalılıq dəyəri o qədər də yüksək deyildir. Lakin, bəzi yerlərdə əhali yağçiçəyi yağını yüksək qiymətləndirərək istifadə edir. Yağçiçəyindən alınan jmıx qüvvəli yem kimi istifadə olunur. Yağçiçəyindən əldə olunan jmıxın 100 kq-da 115 yem vahidi vardır. Jmıxın 1 kq-da 270 qr.
Boyaq sarıçiçəyi
Hirkan qızçiçəyi
Hirkan qızçiçəyi - (lat. Bellis hyrcanica Woronow.). Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür.Regional IUCN Statusu - VU D2 == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür.
Çoxillik qızçiçəyi
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
Yay ağçiçəyi
Yay ağçiçəyi (lat. Leucojum aestivum) - ağçiçək cinsinə aid bitki növü.
Yaz ağçiçəyi
Yaz ağçiçəyi (lat. Leucojum vernum) - ağçiçək cinsinə aid bitki növü.
Şleyf qoşulması (Qızçiçəyi zənciri)
Şleyf qoşulması və ya qızçiçəyi zənciri (en. daisy-chain), (ru. шлейфовое подключение), (tr. papatya dizimi) – kompüterə bir neçə qurğunun ardıcıl qoşulması üsulu. “Qızçiçəyi zənciri” aşağıdakı kimi gerçəkləşdirilir: birinci qurğu kompüterə qoşulur, ikinci qurğu birinciyə, üçüncü qurğu ikinciyə qoşulur və s., sonuncu qurğu isə müqavimətə, yaxud terminatora qoşulur. Məsələn, bir SCSI-porta zəncirvari olaraq sərt disklər cə CD-ROM kimi yeddiyədək periferiya qurğusu qəşulur. Siqnallar zəncir boyu bir qurğudan sonrakına ötürülür. Son nəticədə bütün qurğuların qoşulduğu kanaldan (şindən) istifadə üstündə toqquşmalardan qaçmaq və nizamlılığı saxlamaq üçün qurğuların hər birinə öncəlik (prioritet) verilir; başqa variant da mümkündür, belə ki, hər bir qurğu “kanala” qulaq asır və yalnız xətt boşaldıqca verilişə başlayır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.