Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarğıma
Qarğıma - türk, anadolu və altay xalq inancında qarğış, bəddua. Anadoluda Kargış (Karış) və monqolcada Harah olaraq da deyilər. Bir insan üçün pis xahişlərdə etmək və bu məqsədlə Tanrıya yaxarmaq. Anadoluda "Qarış Vermək" təbiri lənət oxumaq, bəddua etmək mənasında istifadə edilir. "Ah Etmək" də bənzər mənalara malikdir. "Ahım Çıxdı" cümləsində olduğu kimi. Qarğımak (Qarğış Etmək) feli ilə də istifadə edilər. Qarğa quşu, həm rəngi həm də Nuh tərəfindən özünə qarğındığı üçün bu adı almışdır. == İlənc == İlənc - türk və altay xalq mədəniyyətində və inancında lənət. Pis qədər, pis son, fəlakət kimi bir insanın başına gələn və arxasını buraxmayan mənfi hallar.
Qarqışlaq
Qarıqışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.Qarıqışlaq kəndi Minkənd çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqışlaq kəndindən aşağıdakı məntəqələr yaranmışdır. Qızxanımatoyolan, Qılınclı, Quşçu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar. Oykonim “köhnə qışlaq, köhnə kənd” mənasındadır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Bu kənd çar rusiyasının nəşr etdirdiyi, 1888-ci ilin coğrafi xəritəsində «Qarı-qışlaq» kimi göstərilir. Laçın rayonunun Qarıqışlaq kəndi rayonun ən qədim kəndlərindən biri idi. Kəndin köçkünlük ərəfəsində 365 ailədə 1600 nəfər əhalisi var idi. Hazırda 6000 nəfər. Kənd Laçın şəhərindən qərb tərəfdə, Laçın – Minkənd yolunun 33-cü kilometrliyində, Minkənd çayının sol sahilində yerləşırdi.