QARĞIMAQ

f. Qarğış etmək, nifrin etmək. Züleyxa da hər gün ağlayır.
Fərhadı qarğıyırdı, ki, nə üçün onları bu qədər bəlaya saldı. C.Cabbarlı.
[Günəş] Arazı uzaqlara, Sibir çöllərinə sürgün edərlərsə, onsuz necə yaşaram? – deyə ağlayır, üzülür, Aslan bəyə qarğıyırdı. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARĞIMAQ QARĞIMAQ [Zöhrə:] Rica edirəm, ana, Azər barədə pis söz demə, ona qarğıma (M.İbrahimov); QARĞAMAQ Belə hallarda Mina xanım ona baxıb qarğayır
QARĞIMA
QARĞIŞ

Digər lüğətlərdə