Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarpızlı
Yarpızlı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. (İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı) == Tarixi == Yarpızlı İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Mənbələrdə Yarpuzlu kimi qeyd edilir. Toponim yabanı bitki olan yarpız sözünə çoxluq, cəmlik anlayışı bildirən -lı şəkilçisi artırmaqla düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lçavan (Gölkənd) qoyulmuşdur.XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır.
Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. == Qarpızın faydaları == Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var. Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir. Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur. Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir. Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir. Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
Pulqar yarpızı
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Su yarpızı
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Çəmən yarpızı
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Adi qarpız
Adi qarpız (lat. Citrullus lanatus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin qarpız cinsinə aid bitki növü. == Botanik özəllikləri == Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu tumları olan ən böyük giləmeyvədir. == Becərilməsi == Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar, soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir. Səpiləcək toxum sort təmizliyinə görə üçüncü kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu əməliyyat termostatlarda və günəş vasitəsilə də aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7-10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini və tez kütləvi çıxış verməsini təmin etmək üçün islatmaq və ya cücərtmək lazımdır.
Kvadrat qarpız
Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir. == Məqsəd və istifadəsi == Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb. Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.
Qapıçı (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Qarpız stereotipi
Qarpız stereotipi — ABŞ-də afroamerikalılar haqqında stereotiplərdən biri. Bu stereotip guya afroamerikalıların qarpıza olan qeyri-adi dərəcədə iştahını ifadə edir. Bu stereotip hətta XXI əsr cəmiyyətində də geniş yayılmışdır. == Tarixi == Qarpızlara ABŞ-də rasizmin identifikasiyası üçün əsas simvol kimi baxılır. Bu stereotiplərin doğruluğu şübhə altına alındığından 1994–1996-cı illərdə afroamerikalılar arasında keçirilmiş sorğuda ölkə əhalisinin 12,5%-ni təşkil edən afroamerikalılardan yalnız 1,1%-nin qarpıza tələbatı müəyyən edilmişdir. Bu stereotipin mənşəyinin naməlum olmasına baxmayaraq, afroamerikalılarla qarpızın assosiasiyası ABŞ-də quldarlıq dövrünə gedib çıxır. Quldarlıq tərəfdarları qarpız yetişdirən sadəlövh afroamerikalıları bu meyvə ilə təsvir etməyi xoşlayırdılar. XIX əsrin son onilliklərindən XX əsrin ortalarına qədər afroamerikalıların qarpızla təsvir edilməsi karikaturalar, kino və musiqidə əbədiləşmiş və məişət mallarında ümumi dekorativ mövzu kimi məşhurlaşmışdır. Hətta, Barak Obamanın 2008-ci il prezident seçkiləri kompaniyası və ondan sonrakı administrasiya dövründə də onun siyasi rəqibləri tərəfindən irqi ayrı-seçkiliyin simvolu olan qarpızlardan istifadə olunmuşdur. == Populyar mədəniyyətdə == Afroamerikalılarla qarpız arasında əlaqə afroamerikalı menestrellərin oxuduğu mahnılar sayəsində məşhurlaşmışdır.
Qarpız sukatı
Qarpız sukatı - Qarpız dilimlərindən hazırlanmış quru mürəbbə == Hazırlanma qaydası == Bu məqsədlə qalınqabıq qarpız sortlarından istifadə edilməlidir. Qarpızın yumşaq hissəsi və bərk yaşıl qabığı təmizlənib kənar edilir. Sonra müxtəlif formada (dördbucaq, kvadrat, ulduz, üçbucaq və s.) doğranmış ağ rəngli qabıqları 5-10 dəqiqə suda bişirirlər. Qarpız qabıqlarını süzgəcə töküb suyunu süzür və şəkər qatıb şərbət hazırlayırlar. Sonra qarpız qabıqlarını qaynar şəkər şirəsinə töküb 10-12 saat saxlayır, arada 6-8 saat saxlamaq şərtilə hər dəfə 8-10 dəqiqə qaynadıb 3-4 dəfəyə bişirirlər. Bişmiş kəhrəba rəngli şəffaf qarpız tikələrini şirədən çıxarır, soyuduqdan sonra toz-şəkərlə urvalayıb qurudurlar. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qarpız bəhməzi
== Hazırlanma qaydası == Qarpız bəkməzini bişirərkən nəzərə almaq lazımdır ki, qarpız şirəsində 8-10% şəkər vardır. Əgər şirə çəkilib bişirilsə qatı sirop-bəkməz alınar. Bunun üçün yaxşı yetişmiş qarpızları seçmək lazımdır. Qarpızlar yaxşı yuyulur, bir ləyəndə 2-4 parçaya bölünür. İçi dəmir qaşıqla qaşınıb çıxarılır və əzilir. Əzilmiş iç aşsüzəndən, ya da süzgəcdən keçirilir, şirə isə tənzifdən süzülür. Bişirməmişdən əvvəl şirə təmiz olmalıdır. Bişirərkən şirənin üstündə qırmızı köpük əmələ gəlir, o yığılır və həll olunmamış hissəciklərdən təmizləmək üçün şirə bir də süzülür. Bişirərkən od gur olmamalıdır və tez-tez qarışdırılmalıdır ki, dibi yanmasın. Şirə 5-6 dəfə azaldıldıqda bəkməzin hazır olub-olmamasını yoxlamaq olar.
Aşıq İslam Yarpızlı
Əmirzadayev İslam Məhəmmədəli oğlu (1910, Yarpızlı, Yeni Bəyazid qəzası – 1943) — Azərbaycanlı aşıq. == Həyatı == 1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub. Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış "Dərzilər" nəslindən Məsimin qızı olmuşdur. 1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır. Daşkəndli el şairi Muxayıl Göyçəli (1918–1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan biri olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913–2007) və Aşıq Abbasəli Nəzərovun (1919–1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, el şairi kimi tanınmışdır. == İstinadlar == == Mənbə == Araz Yaquboğlu, "Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında", (elmi məqalə), "Filologiya məsələri" elmi toplusu, № 2, 2011-ci il, səh.350–354.
Qarpız (Fələstin simvolu)
Qarpız – fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvol. İsrailin Fələstin torpaqlarını işğalına qarşı mübarizəni simvolizə edir. == Tarixi == Qarpızın Fələstin simvolu kimi istifadə olunmasının tarixi 1967-ci ilə gedib çıxır. Altıgünlük müharibə zamanı İsrail Fələstin torpaqlarını işğal etmiş və Fələstin bayrağını nümayiş etdirməyi qadağan etmişdir. Qadağadan sonra fələstinlilər simvol kimi qarpızdan istifadə etməyə başlamışdırlar. Belə ki, qarpız diliminin rəngləri Fələstin bayrağının rəngləri ilə uyğundur: yaşıl, qırmızı, qara və ağ. İsrail hökuməti sadəcə Fələstin bayrağını deyil, Fələstin bayrağının rənglərini əks etdirən sənət əsərlərinə də senzura tətbiq etmişdir. Məsələn, 1980-ci ildə fələstinli rəssam İssam Bədrlin Ramallahda baş tutmuş sərgisi bu səbəbdən dayandırılmışdır: 1993-cü ildə imzalanmış Oslo akkordlarından sonra Fələstin bayrağı haqqındakı qadağa götürülmüşdür. Həmin vaxt "The New York Times" nəşri "qarpız dilimi daşıyan fələstinli kişilərin həbs olunması" barədə iddia yayımlamışdır. 2021-ci ildə İsrail məhkəməsinin Şeyx-Cərrahda yaşayan fələstinli ailələrin köçürülməsi barəsində qərardan, eləcə də, 2023-cü ildə başlayan İsrail–HƏMAS müharibəsindən sonra qarpız simvolu daha da populyarlaşmışdır.
Hisar-i Qapıçı (Urmiya)
Hisar-i Qapıçı (fars. حصارگاپوچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).
Əbu Səid Qardizi
Əbu Səid Gərdizi, (Farsca: ابوسعید عبدالحی بن ضحاک بن محمود گردیزی, Abu Saʿīd Abdul-Hay ibn Dhaḥḥāk ibn Maḥmūd Gardēzī) (ölüm 1061) — İran əsilli coğrafiyaşünas və tarixçi. == Həyatı == Erkən XI yüzillikdə Gərdizdə (indiki Əfqanıstanda şəhər) "Zeyn ül-Əxbār" adlı kitabını yazdı. Gərdizinin bu əsəri Şərqi İranda İslam tarixi üçün çox önəmlidir. == Mənbə == Gerdîzî (müəllif Orhan Bilgin), səhifə 29–30. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cild XIV. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1996, 554 səhifə.