Qapıçılar kralı (film, 1976)
Qapıçılar kralı filmi rejissor Zəki Ögtən tərəfindən 1976-ci ildə ekranlaşdırılmışdır. Dram, macəra, komediya janrında olan bu film "Çiçəkfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kamal Sunal, Sevda Fərdağ, Bilgə Zobu, Sevil Üstəkin, Şövkət Altuğ ifa edirlər.
Seyid böyük binanın qapıçısıdır. Onun əvvəlki direktor ilə arası yaxşıdır, ancaq indiki direktor ilə arası heç yaxşı deyil. Seyid çox çevikdir və hər işin öhdəsindən gəlir. Bir gün əvvəlki direktor ona böyük pulunun bir qisminin açarını verər. Bu an binaya yeni köçən Mahir plan hazırlayar və açarı almaq üçün çalışar. Ancaq Seyid bu planı başa düşər və onları polisin ayağına verir. Qısa müddətdə Seyid zəngin olur və binanın 51%-ini alır.