Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. == Din == Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qannam
Qannam (kor. 강남구) — Seul şəhərinin rayonu. == Tarixi == == Populyar mədəniyyətdə == 2012-ci ildə PSY-ın Gangnam Style mahnısı Qannam rayonu haqqındadır. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Sasnaj
Sasnaj və ya Sassenaj (fr. Sassenage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38474. Kommunanın 2007-ci il üçün əhalisi 10631 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 199 ilə 1649 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 6 km şimal-qərbdə yerləşir.
Vaynax
Vaynax (ansambl)
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. == Tarixi == Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-1120–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Tanax
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Jordi Qaspar
Jordi Qaspar (23 aprel 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Qaspar bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir. Hal-hazırda Fransa U-19 millisinin üzvüdür. == Klub karyerası == === Lion === Qaspar əsas komanda ilə debütünü 27 sentyabr 2016-cı ildə etmişdir. O, Sevilya klubu ilə qarşılaşmada 71 dəqiqə meydanda mübarizə aparmış və Raşid Gezzal ilə əvəz olunmuşdur. Həmin görüşdə Olimpik Lion UEFA Çempionlar Liqasının qrup mərhələsində rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. === Monako === Qaspar Lionla peşəkar müqavilə şərtləri ilə bağlı razılığa gələ bilmədikdən sonra Monako klubunun şərtlərini qəbul edərək, 16 iyun 2017-ci ildə klub ilə üç illik müqavilə imzalamışdır. === Serkl Brügge === Qaspar mövsüm sonuna qədər Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubuna icarəyə verilmişdir.
Qainat şəhristanı
Qainat şəhristanı və ya Qain şəhristanı — İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qain şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,357 nəfər və 35,783 ailədən ibarət idi.
Qaslan (Qürvə)
Qaslan (fars. قصلان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,135 nəfər yaşayır (301 ailə). Əhalisini kürdlər təşkil edir.
Qaspar Abey
Qaspar Abey (fr. Gaspard Abeille; 1648, Riez, Provans — Alp — Kot d'Azur — 22 may 1718, Paris) — fransız din xadimi, yazıçı, lirik şair və dramaturq. Fransız Akademiyasının üzvü (1704-cü ildən, kafedra 19). == Haqqında == Gənc ikən Provansdan Parisə köçdü. Katib vəzifəsində çalışmış və onunla mənəvi mövzularda söhbətlər etməyi xoşlayan, Lüksemburqlu Fransa marşalı Fransua Henri de Montmorensinin himayədarı olmuşdur. Ölümündən sonra müvəqqəti olaraq hərbi lider, Vendome hersoqu Lui Cozef de Burbonun xidmətinə keçdi. Sonra Normandiya əyalətinin baş katibi olub. 1670-ci ildən Arles Akademiyasının üzvü olub.1704-cü ildə Fransa Akademiyasının üzvü seçildi. Elə həmin il kral onu Klermon-Ferrandakı Notr-Dam de la Mersi monastırının abbatı təyin etdi. O, əvvəlcə öz adı ilə faciələr, şeirlər, nəsrlər yazdı, sonra mənəvi vəziyyətinin ədəbi yaradıcılıqla uyğunsuzluğu tənqidindən yayınmaq üçün əsərlərinin bir hissəsini aktyor Jan-Fransua Juvenon de la Tuileries adı ilə yazdı (1650–1688).
Qaspar Monj
Qaspar Monj (fr. Gaspard Monge; 9 may 1746[…], Bon[d] – 28 iyul 1818[…], Paris) — Fransa riyaziyyatçısı, mühəndis, ictimai xadim. O, 1780-ci ildə Paris Elmlər Akademiyası üzvü, 1792–1793-cü illərdə dəniz naziri olmuşdur. == Həyatı == Qaspar Monj 9 may 1746-cı ildə Fransanın Bon kommunasında anadan olmuşdur. O, 1780-ci ildə Paris Elmlər Akademiyasına üzv olmuşdur. Monjun əsas əsərləri həndəsəyə aiddir. O, əşyanın qarşılıqlı iki perpendikulyar müstəviyə proyeksiyalanmasına əsasən fəza fiqurunun müstəvi üzərinə təsviri üçün ümumi üsul və xüsusi törəməli tənliyin həndəsi şərhini vermişdir. Monj səthin əyriliyi anlayışını elmə daxil etmişdir. O, riyazi analiz, kimya, optika, meteorologiya və praktiki mexaniki sahəsində də tədqiqat aparmışdır. Monj Fransa inqilabı dövründə ölçü və çəki sistemini müəyyənləşdirən komissiyanın üzvü, 1792–1793-cü illərdə dəniz naziri olmuşdur.
Qaspar Panadero
Qaspar Panadero Zamora (isp. Gaspar Panadero Zamora; 9 dekabr 1997[…]) və ya sadəcə Qaspar — İspaniya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın vingeri. == Klub karyerası == === Əl-Vəhda === Panadero 26 yanvar 2020-ci ildə karyerasında ilk dəfə xaric kluba transfer olunmuşdur. O, BƏƏ Peşəkar Liqasında çıxş edən olan "Əl-Vəhda"ya keçmişdir. === Kadis === Panadero 2 avqust 2020-ci ildə La Liqaya iştirak etməyə vəsiqə qazanmış "Kadis" ilə üç illik müqavilə imzalamışdır. O, 5 oktyabrda ikinci divizionda çıxış edən "Ponferradina"ya icarəyə verilmişdir. Panadero kluba qayıdandan sonra 3 avqust 2021-ci ildə müqaviləsini ləğv etmişdir. === Qarabağ === Panadero 4 avqust 2021-ci ildə Azərbaycanda "Qarabağ" FK ilə bir illik müqavilə imzalamışdır. == Beynəlxalq karyera == Panadero 17 sentyabr 2014-cü ildə komanda yoldaşı Antonio Marin ilə birlikdə 19 yaşadək İspaniya yığmasına çağırılmışdır. O, növbəti ilin yanvarın 27-də komandada debüt etmiş, matçda Qətərə qarşı 1–0 hesabı ilə qalib gəlinmişdir.
Qaspar Ulliel
Qaspar Ulliel (fr. Gaspard Ulliel | /gaspaʁ yljɛl/; 25 noyabr 1984, Nöyi-sür-Sen – 19 yanvar 2022, La-Tronş) — fransız kino və teatr aktyoru, model. Sebastian Japrizonun eyniadlı romanı əsasında çəkilən «Uzunmüddətli nişan» detektiv dram filmində əsas rollardan birini oynadıqdan sonra dünya şöhrəti qazanmışdı. Aktyorun başqa diqqətəlayiq rolları arasında Piter Uebberin "Hannibal: Yüksəliş" filmində gənc Hannibal Lekter rolu, "Sen Loran" bioqrafik-dram filmində İv Sen Loran və s. rollarıdır. «Uzunmüddətli nişan» filminə görə Sezar mükafatının laureatı: ən ümidverici aktyor kimi, və "Bu sadəcə dünyanın sonudur" filmində ən yaxşı kişi roluna görə ikinci dəfə Sezar mükafatına layiq görülmüşdür. Chanelin "Bleu de Chanel" kişi ətirinin siması idi. == Həyatı == === Erkən həyatı === Qaspar Ulliel 1984-ci ildə Parisin şəhərkənarı Nöyi-sür-Sen kommunasında stilistlər ailəsində doğulub. Anası Kristin və atası Serj olmaqla ailədə tək övlad idi. Onun sol yanağındakı çapıq altı yaşında keçirdiyi Doberman hücumunun nəticəsidir.
Qassab (albom)
Qassab — Xpertin 2016-cı ildə çıxan sayca 3-cü və hələ ki, axırıncı solo albomu. Albomda Giriş, Çıxış, Skit, 10 Track və 2 Bonus Track var. Albomun tizeri 8 dekabr 2014-cü ildə YouTube sosial şəbəkəsində paylaşılmışdır. 1 dekabr 2016-cı il tarixində isə albomun promo videosu təqdim olunmuşdur.
Qassan Məsud
Qəssan Məsud (Ərəbcə: غسّان مسعود; d. 20 sentyabr 1958, Dəməşq) — Suriyalı aktyor. == Həyatı == Evli və bir oğlan, bir də qız atası olan Məsud, Suriyada bir çox filmə çəkilmişdir. "Diplomasiyyoun" adlı oyun ona aiddir. 2005-ci ildə çəkilən Cənnətin krallığı (film, 2005) adlı filmdə Müsəlman orduların komandanı Səlahəddin Əyyubi olaraq rol alması onun aktyorluq karyerasında böyük rol oynayıb. 2006-ci ildə Türk kino tarixinin ən yüksək büdcəli filmi olan Qurdlar vadisi İraq adlı filmdə, 2007-ci ildə də Qərayib quldurları: Dünyanın sonu (film, 2007) adlı Amerikan istehsalı filmdə rol almışdır. Çalışmalarını hələ "Damascus Music and Drama School" və "High İnstitution of Theatrical Arts" adlı platformlarda sürdürməkdədir. Qəssan Məsud, çox danışılan "Kəpənək" filmində də oynadı. Ayrıca "Ömər" serialında isə Əbu Bəkr rolunu oynamışdır.
Qaynaq (Tərtər)
Qaynaq — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qaynaq (dəqiqləşdirmə)
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qaynaq (texnika)
Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur. Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik materialların birləşdirilməsində də bu üsuldan geniş istifadə olunur. Qaynaq növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir. Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi, ətraf mühit və üsulla aradan qaldırıla bilər. Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı 0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s.
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Qaşqay
Qaşqay (Bostanabad)
Taşnak
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. == Tarixi == Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər.
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. == Toponimi == Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Gaspar Rubio
Gaspar Rubio Meliá (14 dekabr 1907 Serra, Valencia, İspaniya - 3 yanvar 1983 Mexiko, Meksika) İspaniyalı futbolçu və məşqçi. 1921-ci ildən 1927-ci ilə qədər olan dövrdə İspaniya yığmasında keçirdiyi 4 oyuna 9 qol vurmuşdur.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). == Həyatı == Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Qaşdar Əliyev
Qaşdar Əliyev (17 oktyabr 1941, Keçili, Şahbuz rayonu – 21 mart 2016) — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992), SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 17 okyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur. 1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır. Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir. 21 mart 2016-cı ildə vəfat etmisdir. == İctimai fəaliyyəti == Azərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub. == Ailəsi == Cənnət Əliyevin böyük qardaşıdır.
Qaşqay (Bostanabad)
Qaşqay (fars. قاشقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (24 ailə).