QASNAQ

is.
1. Sağalmaq üzrə olan yaranın üzündə əmələ gələn qabıq, köz. Yaranın qasnağını qoparmaq.
// Yaş torpaq quruduğu zaman üzündə əmələ gələn nazik, kövrək təbəqə. Torpaq qasnaq bağlamışdır.
2. Ələk, xəlbir və s. bu kimi şeylərə keçirilən çənbər.
◊ Yarasının qasnağını qoparmaq – bax yarasını təzələmək (“yara”da).

Sinonimlər (yaxın mənalı sözlər)

  • QASNAQ qasnaq bax 1. göz; 2. sağanaq
  • QASNAQ qabıq — köz

Etimologiya

  • QASNAQ Dilimizdəki qas (paltarın ətəyini qas deyirik) və qat sözləri sinonimdir (qatla deyirik). Qasnaq sözü də “əymək, ətrafına dolamaq” anlamı ilə bağlıdır
QASİDLİK
QASNAQLAMA

Digər lüğətlərdə