Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoçuluq
Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir. == Mart soyqırımı və Bakı qoçuları == 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər”.Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş.
Daimi donuşluq
Daimi donuşluq (çoxillik) — Arktik səhra zonasında, həmçinin tundra və tayqa zonalarında dağ süxurlarının üst qatının uzun müddətdə (əsr, min illər) sıfıra və mənfi temperaturadək soyuması. Daimi donuşluğa yüksək dağlıq zonada da rast gəlmək olar.
Qonşular (film, 2006)
Qonşular — Ramin Hacıyevin rejissoru və ssenaristi olduğu çoxserialı Azərbaycan bəddi filmi (teleserial). == Məzmun == Filmdə bir binada yaşayan qonşuların başına gələn məzəli əhvalatlardan söhbət açılır. Lakin burada "qonşun pisdir, köç, qurtar" prinsipinə rast gəlinmir. Hamı can deyib, can eşidir. == Film haqqında == Filmin seriyaları Mənim Ailəm, Qısqanclıq, Loto adlanır.
Sonsuzluq
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
Konsulluq
Konsulluq — konsulun idarəsidir. Diplomatik missiya növüdür, həmin xarici ölkənin (ev sahibi dövlət) paytaxtında dövlətin əsas nümayəndəliyinə, adətən səfirliyə tabedir. "Konsulluq" termini təkcə konsulun ofisinə deyil, həm də konsulun və konsulun əməkdaşlarının yaşadığı binaya aid edilə bilər.
Qisasçılar: Sonsuzluq savaşı
Qisasçılar: Sonsuzluq savaşı (ing. Avengers: Infinity War) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2018-ci ilin may ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. 2012-ci ildə çıxarılmış "Qisasçılar" və 2015-ci ildə çıxarılmış "Qisasçılar: Altron dövrü" filmlərinin sikveli olan "Sonsuzluq savaşı" MKK-na daxil olan on doqquzuncu filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkmişlər. "Sonsuzluq savaşı"nda Sonsuzluq daşlarını ələ keçirmək istəyən Tanosun məğlub edilməsi üçün Qisasçılar komandasına Qalaktika mühafizəçiləri də kömək edir. Film, 2014-cü ildə "Qisasçılar: Sonsuzluq savaşı -I Hissə" adıyla elan edilmişdir. 2015-ci ilin aprelindən Russo qardaşları rejissor kürsüsünə yiyələnmiş, həmin ilin may ayından etibarən isə Markus və MakFli ssenari üzərində işləmək üçün müqavilə bağlamışdır. 2016-cı ilin iyulunda Marvel filmin adını "Qisasçılar: Sonsuzluq savaşı" kimi qısaltmışdır. Filmin çəkkilişlərinə 2017-ci ilin yanvarında Corciya ştatının Fayett dairəsində yerləşən "Pinewood Atlanta Studiyaları"nda start verilmiş və 2017-ci ilin iyuluna kimi çəkilişlər filmin "Final" adlı sikveli ilə paralel aparılmışdır. Əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta mərkəzi və Nyu Yorkda baş tutmuşdur.
Qonsalu Velyu Kabral
Qonsalu Velyu Kabral (port. Gonçalo Velho Cabral) — portuqaliyalı dənizçi. Məsihin ordeninin komandiri, şahzadə Henrinin xidmətində kapitan olmuş, Veleda meri Fernand Velho və Maria Alvares Kabralın oğludur. Şahzadənin adından 1432-ci ildə Diogo de Silves tərəfindən kəşf edilən Santa Mariya və San Migel adalarının dəqiq yerini müəyyən etmək üçün səyahətə çıxdı. Tapşırığı uğurla yerinə yetirərək Azor adalarının "ikinci" kəşfçisi oldu. Geri dönərkən Formigaş qayalarını aşkar etdi. 1444-1446-cı illər səyahəti zamanı o, Azor adaları arxipelaqının daha altı adasını kəşf etdi. Nailiyyətlərinə görə o, Azor adalarında torpaq sahibi oldu. == Ədəbiyyat == Furtado-Brum, Ângela. Açores, Lendas e Outras Histórias (2nd).
Reproduktiv endokrinologiya və sonsuzluq
Reproduktiv endokrinologiya və sonsuzluq (RES) — mamalıq və ginekologiya üzrə cərrahi ixtisas. Reproduktiv tibbdə RES ixtisasçıları həkimlərə reproduktivlik və sonsuzluq problemi ilə bağlı hormonal fəaliyyətə dair təlimlər keçir. Əksər RES mütəxəssisləri ilk növbədə sonsuzluğun müalicəsinə diqqət yetirsələr də, reproduktiv endokrinoloqlar sonsuzluqla əlaqəli olmayan qadınlarda və kişilərdə hormonal disfunksiyaları sınamaq və müalicə etmək üçün hazırlanır. Reproduktiv endokrinoloqlar mamalıq və ginekologiya (mama-ginekoloq) ixtisası üzrə xüsusi hazırlıq (rezidentura) keçirlər. Reproduktiv cərrahiyyə əlaqəli ixtisasdır, burada mama-ginekoloq və ya uroloq əlavə olaraq inkişafa təsir edən anatomik pozuntuların müalicəsində ixtisaslaşır. == Sertifikatlaşdırması == Bir sıra ölkələrdə RES üzrə mütəxəssis olmaq yolu tənzimlənir. Məsələn, ABŞ-da Amerika Mamalıq və Ginekologiya Şurası və Amerika Osteopatik Mamalıq və Ginekologiya Şurası submütəxəssislərin sertifikat alması üçün standartları müəyyən edir. Mamalıq və Ginekologiya üzrə dörd illik təlimdən sonra üç illik təsdiq edilmiş təcrübə proqramı uğurla başa çatmalıdır. Daha sonra Reproduktiv Endokrinologiya və Sonsuzluq üzrə Şura tərəfindən sertifikatlaşdırılmaq üçün əvvəlcə Mamalıq və Ginekologiya üzrə Şura Sertifikatından (yazılı və şifahi imtahanlar) keçməli, daha sonra Reproduktiv Endokrinologiya və Sonsuzluq Sertifikatı imtahanlardan keçmək lazımdır. ABŞ-da reproduktiv endokrinologiya və sonsuzluq üzrə təcrübə stajı adətən 3 il çəkir və 2013-cü ildən etibarən ölkə üzrə 40 mərkəzdə təklif olunur.Avropa İttifaqında Avropa Şurası və Mamalıq və Ginekologiya Kollecinin 2012-ci ildən etibarən Aİ üzrə 4 mərkəzdə reproduktiv tibb üzrə mütəxəssis təlim proqramı üçün akreditasiya mərkəzləri var.Avstraliya və Yeni Zelandiyada reproduktiv endokrinologiya və sonsuzluq üzrə təlim proqramı 3 il çəkir və iki ölkədəki 15 mərkəzdə təklif olunur.
Qisasçılar: Sonsuzluq savaşı (film, 2018)
Qisasçılar: Sonsuzluq savaşı (ing. Avengers: Infinity War) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2018-ci ilin may ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. 2012-ci ildə çıxarılmış "Qisasçılar" və 2015-ci ildə çıxarılmış "Qisasçılar: Altron dövrü" filmlərinin sikveli olan "Sonsuzluq savaşı" MKK-na daxil olan on doqquzuncu filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkmişlər. "Sonsuzluq savaşı"nda Sonsuzluq daşlarını ələ keçirmək istəyən Tanosun məğlub edilməsi üçün Qisasçılar komandasına Qalaktika mühafizəçiləri də kömək edir. Film, 2014-cü ildə "Qisasçılar: Sonsuzluq savaşı -I Hissə" adıyla elan edilmişdir. 2015-ci ilin aprelindən Russo qardaşları rejissor kürsüsünə yiyələnmiş, həmin ilin may ayından etibarən isə Markus və MakFli ssenari üzərində işləmək üçün müqavilə bağlamışdır. 2016-cı ilin iyulunda Marvel filmin adını "Qisasçılar: Sonsuzluq savaşı" kimi qısaltmışdır. Filmin çəkkilişlərinə 2017-ci ilin yanvarında Corciya ştatının Fayett dairəsində yerləşən "Pinewood Atlanta Studiyaları"nda start verilmiş və 2017-ci ilin iyuluna kimi çəkilişlər filmin "Final" adlı sikveli ilə paralel aparılmışdır. Əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta mərkəzi və Nyu Yorkda baş tutmuşdur.
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar: Final filmlərinin istehsalı
“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüsserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər. Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır. Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır.
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar 4 filmlərinin istehsalı