Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazamat
Qazamat — artilleriya atəşindən müdafiə olunmaq məqsədi ilə inşa edilmiş olan qaladır. Haubitsa atışlarından və düşmən aviasiyasının atdığı bombalardan qorunmaq məqsədilə yerin altında qazılmış xəndəkdir. Qazamat sözünün İtalyan dilindəki casamatta sözündən gəldiyi düşünülsə də, mənşəyi dəqiq bilinmir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Qocaman Qocamanov
Qocaman Qocamanov (1923, Daşkənd, Yeni Bəyazid qəzası – 31 avqust 2016, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı uzunömürlü, şair. == Həyatı == Qocamanov Qocaman Camal oğlu 1923-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Atası Camal kişi Qocamanın iki yaşı olarkən, Kərbəlaya getmiş və oranı ziyarət etdikdən sonra xəstələnmiş, orada vəfat etmiş və öz vəsiyyətinə görə Kərbəlada dəfn olunmuşdur. Odur ki, ailənin vəziyyəti ağırlaşmışdır. Qocamanın qardaşları Balış, Albaba və Böyükkişinin köməkliyi nəticəsində Qocaman böyüyüb ərsəyə çatmışdır. 1941–1945-ci illərdə Qocaman Böyük Vətən müharibəsinə getməmiş, qaçaqlıq etmiş və anası Gülgəz Maqsudqızının qohumlarının yaşadığı Bərdə rayonuna gəlmişdir. Burada bir müddət müharibədən gizlənsə də onu tuturlar. Həbsxanada olarkən Qocaman xüsusi hörməti, davranışı, istedadlı olması, şeirlər yazması, dini qaydalara hörmətlə yanaşması onun köməyinə çatmışdır. O, həbsxanada qazandığı hörmətə görə bəraət verilərək azadlığa buraxılır. 1988-ci ildə Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunduqdan sonra hal-hazıra qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır.
Tozama daymyo
Tozama daymyo (外様大名, hərf. xarici daymyo) – Edo dövründə Yaponiyada mövcud olmuş daymyo sinfi. 1601-ci ildə baş vermiş Sekiqahara döyüşündən sonra Tokuqava şoqunluğunun tərəfində keçən daymyolar və onların davamçıları bu cür adlanırdı. Tokuqava şoqunluğu tərəfindən az etibar edildikləri üçün ayrı-seçkiliyə məruz qalırdılar. == Tarixi == Tozama daymyolar daymyo statusunu Oda Nobunaqa və Toyotomi Hideyoşiyə xidmət edərək alan, 1601-ci ildəki həlledici Sekiqahara döyüşündən sonra Tokuqava İeyasunun tərəfinə keçən feodal hakimlər idi. Fuday daymyolar isə Sekiqahara döyüşündən əvvəl də Tokuqavanın müttəfiqi olmuş daymyolar idi. Tozama daymyolar daha böyük topraqlara hakim olsalar da, şoqunluq tərəfindən az etibar edilirdilər və fuday daymyolardan daha aşağı pillədə qərarlaşırdılar. Strateji cəhətdən əhəmiyyətli yerlərdə tozama daymyoların qərarlaşmasına icazə verilmirdi. Fuday daymyolar şoqunluqdan daha asılı olsalar da, siyasi baxımdan tozama daymyolardan üstün idilər. Edo dövrünün əvvəllərində bakufu tozama daymyolar haqqında narahat idi və hər bir nöqsan üstündə onları pisləyirdi, kayeki adlı sanskiyalar tətbiq edirdi. Tozama daymyolar şoqunluğun rocu kimi dövlət əhəmiyyətli vəzifələrinə təyin olunmurdular, lakin istisnalar olurdu: Koreya ilə diplomatik əlaqələri olan So klanı, Edo dövrünün sonlarında vacib vəzifələri tutan Matsumae və Sanada klanları, Tokuqava klanının ordusunda vacib yeri olan Todo klanı bu cür istisnalar idi.
Qocaman Həmkarlar İttifaqı (1947)
Qocaman Xəzərin Gəncliyi (1972)
== Məzmun == Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. == Film haqqında == Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Qocaman Həmkarlar İttifaqı (film, 1947)
Qocaman Xəzərin gəncliyi (film, 1972)
== Məzmun == Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. == Film haqqında == Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Gözbarax
Gözbarax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2012-ci ilin may ayında baş vermiş 7 ballıq zəlzələnin episentiri Gözbarax və Qax rayonunun Güllük kəndi olmuşdur. Bu zəlzələ zamanı Gözbarax kəndinə ciddi ziyan dəymiş, yaşayış evləri və ictimai iaşə obyektləri yararsız vəziyyətə düşmüşdür. == Coğrafiyası və iqlimi == Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir. Kəndin ərazisi 278 hektardır. Kənd 8 obadan ibarətdir. Kənddə 1 üçmərtəbəli müasir orta məktəb, uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardır == Əhalisi == Əhalisi 1854 nəfər əsasən Saxurlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Dini mənsubiyyəti sünni müsəlmandırlar.