QOVZAMAQ

f. dan. Qaldırmaq.
[Oruc:] Bəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə.
Dilmanc əlindəki kağızı yuxarı qovzayıb başladı oxumağa. C.Məmmədquluzadə.
Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım.
Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOVZAMAQ qovzamaq bax qaldırmaq

Etimologiya

  • QOVZAMAQ Əsli ağzamaq olub. Ağ “yuxarı, yuxarı qalxmaq” mənalarında işlədilib (yüksək, yoxuş sözləri də ağ zəminində yaranıb), təhrif nəticəsində qovzamaq şəkl
QOVZAMA
QOVZANMAQ

Digər lüğətlərdə