Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mark Dalin
Dalin Mark (tam adı: Dalin Mark Aleksandroviç; 25 mart 1906, Bakı – 1996, Moskva) — texnika elmləri doktoru (1953), professor (1959), Azərbaycan EA-nın həqiqi üzvü (1959), Əməkdar elm xadimi (1964), SSRİ Dövlət mükafatı (2 dəfə) laureatı. == Həyatı == Dalin Mark 25 mart 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Texnoloji fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Dalin Mark 1930-cu ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirdikdən sonra Elmi Tədqiqat Neft Emalı İnstitutunda işləmişdir. 1934–1960-cı illərdə SSRİ KSXK-nin nəzdində olan Azərbaycan "Sintetik kauçuk" zavodunda baş mühəndis, direktor müavini, direktor vəzifələrini icra etmişdir. 1935-ci ildən "Sintetik kauçuk" təcrübə zavodunda dünya təcrübəsində ilk dəfə olaraq qazayırıcı qurğuda soyutma yolu ilə piroliz qazlarında qatılaşdırılmış etilenin alınma prosesini həyata keçirmişdir. II Dünya müharibəsi illərində müdafiə əhəmiyyətli məhsulların alınması işində çalışmışdır.Dalin Mark 1960–1964-cü illərdə Azərbaycan SSR EA-nın Kimya elmləri bölməsinin akademik-katibi, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat Olefinlər İnstitutunda elmi işlər üzrə direktor müavini olmuşdur. O, 1964–1987-ci illərdə aşağımolekullu olefinlərin alınması və emalı üzrə Ümumittifaq Elmi-tədqiqat Texnologiya (UİET Olefin) İnstitutunun və Təcrübə zavodunun direktoru, 1987–1996-cı illərdə UİET Olefin İnstitutunda məsləhətçi-baş elmi işçi işləmişdir. === Elmi fəaliyyəti === Dalin Mark 1938-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1953-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1959-cu ildə professor elmi adını qazanmış və elə həmin ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.Dalin Mark 500-dən çox elmi əsərin, o cümlədən 140 müəlliflik şəhadətnaməsinin və 5 monoqrafiyanın müəllifidir.
Mark Deymon
Mark Deymon (ing. Mark Damon, 22 aprel 1933, ABŞ) – ABŞ prodüseridir. Mark Deymon Marqaret Markov ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya gəlmişdi.
Mark Eliyahu
Mark Eliyahu (ivr. ‏מארק אליהו‏‎ 13 iyul 1982, Mahaçqala) – yəhudi əsilli kamança ifaçısı. == Həyatı == Mark Eliyahu 1982-ci il 13 iyulda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. == Musiqi karyerası == 1999-cu ildə Eliyahu "The Spirit of the East" adlı konsertdə çıxış etmişdir. Bu konserti onun atası Piris Eliyahu bəstələmişdir. Həmçinin, konsertdə Alim Qasımov və onun qızı Fərqanə Qasımova da iştirak etmişdilər. Bundan başqa o, bu ildə İsrail Çəmbər Orkestrasının solisti kimi İsrail Musiqi festivalında iştirak etmişdir. 2004-cü ildə o,"Voices of Judea" adlı ilk solo albomunu buraxır.
Mark Esper
Mark Tomas Esper (26 aprel 1964), 23 iyul 2019 tarixində vəzifəsinə başlamış və aktiv olaraq vəzifəsini yerinə yetirən 27-ci Birləşmiş Ştatların müdafiə naziridir. Mark Esper, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəlməzdən əvvəl, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin nəzdində 2017-ci ildən 2019-cu ilə qədər 23-cü Birləşmiş Ştatların ordu katibi idi. 18 iyun 2019-cu ildə prezident Donald Trumpın açıqlaması ilə ABŞ-nin müdafiə nazirinin müavini oldu. Müdafiə naziri olacağı gözlənilən Patrick M. Shanahan haqqında danışılan xəbərlər və senatda onun təklifinin rədd olunmasından sonra müdafiə nazirliyində Esper haqqında danışılmağa başlanıldı. Şanahan namizədlikdən çəkildikdən və vəzifəsindən istefa verdikdən sonra 23 iyul 2019-cu ildə Birləşmiş Ştatlar Senatı tərəfindən 90 səs lehinə, 8-i əleyhinə olmaq ilə müdafiə naziri seçildi və Birləşmiş Ştatların 27-ci müdafiə naziri oldu. 1986-2007 arasında polkovnik-leytenant rütbəsində ABŞ Silahlı Qüvvələrində 101-ci Hava-Desant Diviziyasında xidmət etmişdir.
Mark Felt
Uilyam Mark Felt - Federal Təhqiqat Bürosunun xüsusi agenti, sonradan sayca ikinci direktoru. Direktor olduğu müddətdə, "Dərin Boğaz" ləqəbi ilə, Vaşinqton Post Qəzetinin, Bob Vudvard və Karl Bernşteyn adlı iki müxbirinə gizli şəkildə, Uotergeyt qalmaqalı barədə məxfi məlumatlar ötürüb və nəticədə, 1974-cü ildə ölkəyə rəhbərlik edən, ABŞ-nin 37-ci prezidenti Riçard Niksonu istefaya məcbur edib. Bu məlumatların həqiqətən Felt tərəfindən ötürülməsi ilə bağlı ABŞ-də şüphələr yaranmasına baxmayaraq, bu sirr 30 il sonra öz sübutunu tapıb. 2005-ci ildə qızının təkidi ilə özünün "Dərin Boğaz" olduğunu mətbuata açıqlayıb. "Dərin Boğaz" əhvalatı mətbuat və qəzet tarixinin ən yaxşı qorunan sirri olaraq qəbul olunur.
Mark Fillips
Mark Entoni Fillips (ing. Mark Anthony Phillips; 5 oktyabr 1961, Corctaun) — qayanalı siyasətçi və təqaüddə olam hərbi zabit, 2020-ci ilin avqust ayından etibarən Qayana Baş naziri və Prezident İrfan Əli rəhbərliyində Birinci Vitse-prezident. Fillips Qayana Universitetindən Dövlət İdarəçiliyi və Sosial Elmlər üzrə bakalavr dərəcəsinə və Ana və Papa Katolik Universitetindən İctimai Sektor İdarəçiliyi üzrə elm magistr dərəcəsi aldı. Vaşinqtonda Amerika Müdafiə Kollecində və Kanzas ştatının Fort Livenvort şəhərindəki Amerika Birləşmiş Ştatları Ordu Komandanlığı və Baş Qərargah Kollecində təhsil aldı. == Həyatı == Mark Fillips 5 oktyabr 1961-ci ildə Qayananın Corctaun şəhərində Corctaun Dövlət Xəstəxanası Əməkdaşlıq Birliyində Medford Fillips və Sintiya Aleksanderin övladı olaraq dünyaya gəlmişdir. 5 yaşında valideynləri atasının boksit sənayesində işlədiyi Linden, Kristianburq şəhərinə köçdü. Anası, o, 7 yaşında o vəfat etdi və qardaşı ilə birlikdə atası tərəfindən böyüdüldü.Fillips Kristianburq ibtidai məktəbində, daha sonra Ümumi Sertifikat İmtahanı və Karib Orta Təhsil Sertifikatını müvəffəqiyyətlə bitirdiyi çoxtərəfli məktəb kimi tanınan Kristianburq/Vismar orta məktəbində oxudu. Əvvəlcə Linden Fondu Məktəbində müəllim çalışdı, sonra 1980-ci ildə "GUYMINE"-in boksit və alüminium laboratoriyalarında laboratoriya analisti olaraq çalışdı.Mark Fillips dörd uşaq atasıdır və Minon Bouen-Fillips ilə evlidir. == Hərbi fəaliyyəti == 1980-ci ilin dekabrında Qayana Müdafiə Qüvvələrinə kursant olaraq qatıldı və nüfuzlu Kral Hərbi Akademiyasında 26 saylı Standart Hərbi Zabitlər Kursunda hərbi təlim keçmək üçün İngiltərəyə getdi. Braziliyada təhsil aldıqdan sonra xüsusi təyinatlı zabit olaraq xidmət etdi və paraşütlə atlama üzrə təcrübəli zabit oldu.
Mark Frans
Frans Mark (8 fevral 1880[…], Münhen[…] – 4 mart 1916[…], Verden) — yəhudi əsilli alman rəssamı, alman ekspressionizminin parlaq nümayəndəsi. Avqust Make, Vasili Kandinski və başqaları ilə birlikdə Göy atlı adlı rəssamlar birliyini yaratmışdır. == Bioqrafiya == O, 1880-ci ildə Münhendə peşəkar peyzajist Vilhelm Markın ailəsində anadan olmuşdur. 1900-cü ildə Münhen İncəsənət Akademiyasında təhsil almağa başladı. O, 2 dəfə (1903 və 1907-ci illərdə) Parisə getmiş, orada fransız postimpressionizmi ilə tanış olmuşdur. Pol Qogen və Vinsent van Qoqun əsərləri ona əhəmiyyətli dərəcədə çox böyük təsir göstərmişdir. Parisə ikinci səyahətindən sonra Frans ciddi şəkildə heyvanların anatomiyasını öyrənməyə başlayır. Bununla o, təbiət görüntüsünü rəssamlıda tam şəkildə ifadə etmək istəyirdi. 1910-cu ilin yanvarında Mark Münhendə ilk dəfə Avqust Make ilə tanış olur. Həmin ilin sentyabrında isə o, "Yeni Münhen rəssamlıq birliyi"nə daxil olur.
Mark Harris
Mark Harris (29 dekabr 1998-ci ildə anadan olub) — İngiltərə təmsilçələrindən olan Kardif Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == Harris öz karyerasına Kardif Siti klubunda başlamışdır. O, 2016-cı ilin dekabr ayında klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Harris öz peşəkar karyerasında debütünü Kardif klubu ilə 8 yanvar 2017-ci ildə etmişdir. O, FA Kubokunun üçüncü mərhələsində Fulhem klubu ilə qarşılaşmada Qreq Halfordu əvəz etmişdir. Həmin görüşdə Kardif Fulhemə 2–1 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Harris hal-hazırda Uelsin U-19 və U-17 komandalarında çıxış edir.
Mark Hazinski
Mark Hazinski (20 aprel 1985) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Mark Hazinski Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Mark Helfriç
Mark Helfriç (ing. Mark Helfrich, noyabr 1957) - ABŞ montajçısı və rejissorudur.
Mark Hoare
Mark Hoare (d. 28 fevral 1995) — Svazilendli üzgüçü. Mark Hoare Svazilendi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mark Hoare birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 57.38 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 99-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mark Kerney
Mark Kerney — Kanada Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Mark Koqanov
Mark Koqanov (1891 — 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü. Mark Koqanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Mark Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Mark Levi
Mark Levi (fr. Marc Lévy) (16 oktyabr 1961[…], Bulon-Biyankur, Sena[d], Fransa) — Fransız yazıçı. == Həyatı == Həyat yoldaşı və uşaqları ilə birlikdə Nyu-Yorkda yaşayır. == Əsərləri == Bəlkədə bu həqiqətdir.../ Et si c'était vrai... (2000) Haradasan ? / Où es-tu ? (2001) Əbədi yeddi gün... / Sept jours pour une éternité...
Mark Link
Mark Link (27 fevral 1995) — Niderlandlı peşəkar kişi BMX velosipedçisi. Mark Link Niderlandı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Mark Link 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.823 saniyəlik nəticəsi ilə 48-ci yeri tutdu.
Mark Lovental
Mark Lovental (ing. Mark Lowenthal) — ABŞ aktyoru.
Mark MakKorkl
Mark MakKorkl (ing. Mark McCorkle) - ABŞ ssenari müəllifi və prodüseridir.
Mark Mitin
Mark Borisoviç Mitin (rus. Марк Борисович Митин; 22 iyun (5 iyul) 1901, Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası – 15 yanvar 1987, Moskva) — SSRİ filosofu, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == === İlk illəri === Mark Borisoviç Mitin Rusiya imperiyasının Volın quberniyası tərkibində olan Jitomir şəhərində (indiki Ukrayna) anadan olmuşdur. === Elmi fəaliyyəti === Mark Mitin Kommunist Tərbiyəsi Akademiyası direktorunun müavini və Fəlsəfə İnstitutunun direktorunun müavini kimi çalışmışdır. O, 1956–1960-ci illərdə Ümumittifaq Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin idarə heyətinin sədri, 1960–1967 "Voprpsı filosofii" jurnalının baş redaktoru olmuş, 1967-ci ildən SSRİ EA Rəyasət Heyətinin İctimai elmlər bölməsi yanında xarici ideoloji cərəyanlar problemləri Elmi şurasının sədri kimi çalışmışdır. Mitin marksist fəlsəfənin inkişafında Lenin mərhələsi, fəlsəfənin partiyalılığı, dövlət və sosialist demokratiyası, nəzəriyyəsi məsələləri və s. ilə məşğul olmuşdur. === Siyasi fəaliyyəti === Mark Mitin 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1939–1944-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun direktoru olmuşdur. Mitin Sovet İttifaqı Kommunist Partiyasının XVIII–XX qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir.
Mark Odental
Mark Odental (25 yanvar 1991) — Almaniyalı cüdoçu. Mark Odental Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mark Odental birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Yaponiyanın nümayəndəsi Maşu Baker ilə üz-üzə gəldi. Həmin görüşdə Mark Odental rəqibinə 0:100 hesabı ilə uduzdu.
Mark Poluşin
Mark Petroviç Poluşin (rus. Марк Петрович Полушин; 28 dekabr 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Poluşin öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Urojay Krasnodar klubuna qarşı oyunda etmişdir.
Mark Qasol
Mark Qasol (isp. Marc Gasol; d. 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir. == Həyatı == 1985-ci ildə anadan olub. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər. Kolleci orada bitirib.
Mark Qatis
Mark Qatis (d. 17 oktyabr 1966, İngiltərə) — ingilis aktyor, ssenari müəllifi. The League Of Gentlemen adlı komediya klubunun üzvüdür. Doktor Kim, "Şerlok" və "Drakula" seriallarında həm aktyor, həm də ssenari müəllifidir.
Mark Rotko
Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 fevral 1970[…], Manhetten, Nyu-York ştatı) — amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi. === Həyatı === Mark Rotko adı ilə daha çox tanıdığımız Markus Yakobleviç Rotkoviç 1903-cü ilin 25 sentyabrında Rusiya İmperiyasının Vitebsk əyalətinin Dvinsk şəhərində anadan olub. Hal-hazırda Dvinsk şəhəri Dauqavplis adını daşıyır və Latviyanın ən böyük ikinci şəhəridir. Mark yəhudi ailəsində doğulmuşdu atası Yakob əczaçılıqla məşğul olurdu. Yakob əzcazıçılıqla məşğul olmasına və az məvacib almasına baxmayaraq, həmişə övladlarının təhsilinə böyük önəm göstərirdi. Markın qardaşı uşaqlıq dövrünü xatırlayaraq qeyd edir: "Biz oxuyan ailə idik. Markın özü də Rusiyada yaşayarkən artıq rus dili ilə yanaşı, ivrit və idiş dillərində də danışa bilirdi". Dövrün siyasi vəziyyətindən asılı olaraq bir çox yəhudi ailələri kimi Rotkolar da ABŞ-yə üz tuturlar.
Mark Ruffalo
Mark Ruffalo (ing. Mark Alan Ruffalo, 22 noyabr 1967, Kenoşa, Viskonsin, ABŞ) - Amerikalı aktyor. "Emmi" (2014) və "SGA Awards" (2015) mükafatlarının laureatı. "Oskar" (2011, 2015, 2016), BAFTA (2011, 2015, 2016) və "Qızıl qlobus" (2015 (2 dəfə), 2016) mükafatlarının nominantı. Əsas məşhurluğunu Zodiak (2007), Qisasçılar (2012), Yalan illüziyası (2013), Qisasçılar: Altron dövrü (2015), Tor: Raqnarök (2017) filmləri ilə qazanmışdır. == Həyatı və karyerası == Mark Ruffalo 1967-ci ildə Viskonsin ştatının Kenoşa şəhərində olub. Atası italyan olan aktyorun anası isə həm İtaliya, həm də Kanada kökənlidir. Ruffalo erkən yaşından aktyorluq sənətini seçir və teatrda çıxış etməyə başlayır. Ruffalo karyerasının əsas rollarını bu əsrin başlağıncından etibarən oynamağa başlayır. 2000-ci ildə Kennet Lonerqanın "Mənə arxalana bilərsən" dram filmində oyunu uğurlu alınır və film bir çox mükafatlar qazanır.