Jan-Martin Şarko
Jan-Marten Şarko (fr. Jean-Martin Charcot; 1825 — 1893) — fransız həkim-psixiatr, Ziqmund Freydin müəllimi, nevroloji xəstəliklər üzrə mütəxəssis, isteriyanın psixogen təbiəti haqda yeni təlimin yaradıcısı. Öz hipotezlərinin doğruluğunu sübut etmək üçün psixiatriya sahəsində kliniki tədqiqatlarının çoxunu hipnoz vasitəsilə etmişdir. Paris universitetində psixiatriya kafedrasının yaradıcısı olmuşdur. Paris Elmlər Akademiyasının (1883-cü ildən), Fransa Coğrafiya Cəmiyyətinin üzvü olmuşdur.
Qütb tədqiqatçısı, okeanoqraf Jan-Batist Şarkonun atasıdır.
== Bioqrafiya ==
O, 29 noyabr 1825-ci il tarixində Parisdə kasıb kareta ustasının ailəsində anadan olmuşdur. Onun atası 3 oğlundan yalnız Jan-Martinə yaxşı təhsil verə bilmişdir. Onu Kondors liseyinə qoyurlar. 1844-cü ildə o, Paris universitetinin tibb fakültəsinə daxil olur.