Farkaşreti qəbiristanlığı
Farkaşreti məzarlığı (mac. Farkasréti temető) — Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. 1894-cü ildə istifadəyə verilən məzarlıq Budapeştin görməli yerlərindən biri sayılır. Burada bir çox tanınmış macar əsilli aktyorlar, aktrisalar, rəssamlar, opera müğənniləri, musiqiçilər, heykəltəraşlar, memarlar, yazıçılar, şairlər dəfn edilmişdir. Bundan başqa məzarlıqda bir çox alim, akademik, elm xadimlərinin məzarları mövcuddur.
== Haqqında ==
Buradakı məzarlar əksərən diqqətəlayiq heykəllərlə bəzədilmişdir. 1950-ci ildə məzarlığın ətrafında park salınmış, 1980-ci illərdə isə morq salonu və yeni şapel inşa edilmişdir. Tikinti məşhur macar memar İmre Makoveçin planları əsasında həyata keçirilmişdir. Macarıstanda kommunist hakimiyyəti zamanı Kerepeşi məzarlığında dəfn mərasimlərinə məhdudiyyət qoyulması, buranı ölkənin əsas məzarlığına çevirdi. Farkaşreti Budapeşt şəhərinə 3 km məsafədə yerləşir.