Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qulubəyli
Qulubəyli (İmişli)
Buzavənd Qulaməli
Buzavənd Qulaməli — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı Əsli Bozavənd Qulaməli. XIX əsrin ortalarından sonra adı çəkilmir. Qulaməliyə (mülkədar adıdır) məxsus Bozavənd ailələri mənasındadır.
Qubadbəyi (Piranşəhr)
Qubadbəyi (fars. قبادبيگي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 226 nəfər yaşayır (36 ailə).
Qulaməli Bayandur
Qulaməli Əliəkbər xan oğlu Bayandur (13 dekabr 1898-25 avqust 1941) — İran Dəniz Qüvvələrinin kontr-admiralı. == Həyatı == Qulaməli xan Əliəkbər xan Bayandurun ikinci oğludur. 13 dekabr 1898-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1941-ci ildə SSRİ-nin təhlükəsizliyi və yerli əhaliyə "kömək göstərmək" məqsədilə Sovet qoşunları Güney Azərbaycana daxil oldu. İkinci dünya müharibəsinin əvvəllərindəki, habelə, 1941-ci ildə Sovet və Britaniya qoşunları İrana daxil olduqdan sonra ümumilikdə İranda və Güney Azərbaycanındakı siyasi proseslər, İranda SSRİ-ABŞ-Böyük Britaniya qarşıdurmasının gücləndi. Dünya müharibəsi ərəfəsində və müharibənin ilk vaxtlarında alman firmalarının nümayəndələri adı altında xüsusi xidmət orqanlarının işçiləri Təbriz, Maku, Xoy, Mianə, Mərənd kimi şəhərlərdə də yerləşdirilmişdi. 1941-ci ilin əvvəllərində Almaniya gizli yolla İrana 11.000 ton silah və sursat gətirmişdi. İranın "turist düşərgələrində" istirahət edənlərin çoxunun hərbçi olması barədə kəşfiyyat materialları var idi. 1941-ci ilin iyul-avqust aylarında minə qədər mülkü geyimli alman zabitlərinin Ərzurum yolu ilə İrana keçməsi müşahidə edilmişdi. Rusların köməyi ilə dövlət çevrilişi etmiş, ingilislərin köməyi ilə səltənəti ələ keçirmiş Rza şah Almaniya yardımı ilə XX əsri İranda "Pəhləvinin qızıl əsrinə" çevirmək ümidində idi.
Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی‎; 1918, Qum – 8 fevral 1984, Paris) — Azərbaycan əsilli İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı, Şah ordusunun sonuncu komandanı, öz dövrünün ən mahir hərbiçisi. == Həyatı == Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində Üveysi ailəsində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Ana tərəfdən isə Məhəmməd Əli Şah Qacarın böyük oğlu Hüseyn Əli Mirzənin nəvəsidir. O, 1937-ci ildə Şərif Dölə Bozorgun nəvəsi, Şərif Dölə Bəniadəmin qızı olan Şərafət Bəniadəm ilə ailə həyatı qurub. == Təhsili və karyerası == Qulaməli Üveysi Tehranda İran Ali Hərbi Məktəbin Zabitlər fakültəsinin məzunudur. O, Məhəmmədrza şah Pəhləvi ilə eyni fakültədə təhsil alıb. Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu.
Qulubəyli (Meşkinşəhr)
Qulubəyli (fars. قلي بيگلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (37 ailə).
Qulubəyli (Xudafərin)
Qulubəyli (fars. قلي بيگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 543 nəfər yaşayır (92 ailə).
Qulubəyli (İmişli)
Qulubəyli — Azərbaycan Respublikası İmişli rayon Xəlfəli kənd inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 2647 nəfərdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qulubəyli kəndi Muradalılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qulubəyli kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 2647 nəfərdir.
Qulubəyli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çeşmə-i Qulaməli
Çeşmə-i Qulaməli (fars. چشمه غلامعلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 401 nəfər yaşayır (101 ailə).
Qulaməli xan Ziyadoğlu-Qacar
Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. == Hakimiyyəti == Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı. Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı.
Gülümeyi
Gülümeyi – Azərbaycan xalqına məxsus ənənəvi rəqs sayılan "Gülümeyi" oxuyanın "ay gülüm hey" kəlməsindən götürülüb. Bu qədim rəqsi əsasən qızlar və cavan qadınlar müxtəlif şənliklərdə, xüsusən "Xınayaxdı" deyilən şənliklərdə ifa edirlər. Əsasən Şərur rayonunda oynanılan, yallı növündə olan bu rəqsi "Xınayaxdı" mərasimində gəlinin rəfiqələri və onun qadın qohumları oynayırlar. Adətən isə "Gülümeyi"ni (A gülüm hey) gəlinin bəy evinə köçməsindən əvvəl onun yanına gəlmiş qonaqlar dağılışandan sonra oxuyub, oynayırlar. 5-10 nəfər dövrə vurub rəqs edirlər. Sadə addımlarla, yüngül süzmələrlə oynanılan rəqsin sonunda dəstələr qarşılaşırlar. Soldakı qrup sağa hərəkət edə-edə, sağdakı qrup isə sola hərəkət edə-edə rəqsi sona vururlar.
Gülablı
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi.
Abdal-Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir.
Abdal Gülablı

Gülablı (Abaran)
Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında, Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi qeydə alınmışdır. == Toponimi == Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur. == Əhalisi == XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır.
Gülablı (Ağdam)
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi.
Gülablı (Mahnişan)
Gülablı (fars. گلابلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (20 ailə).
Gülablı (dəqiqləşdirmə)
Gülablı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. Gülablı (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Aşıq Gülabı
Vəliyev Gülabı Məmməd oğlu (5 sentyabr 1950, Böyük Muğanlı, Marneuli rayonu – 8 iyun 2012, Bakı) — gürcüstanlı aşıq. == Həyatı == Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Borçalı mahalının Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, O təhsil aldığı Azərbaycan Politexnik İnstitutunada təhsilini ataraq Borçalıya qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır. O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir. Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi. Onu tamaşaçılara ən çox sevdirən isə Onun məlahətli səsi idi.
Aşıq Xaspolad Gülablı
Aşıq Xaspolad Gülablı (Coşqun) (21 mart 1919, Ağdam, Gəncə quberniyası – 3 iyul 2000, Xındırıstan, Ağdam rayonu) — XX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart (24 may) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur. 3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir. == Yaradıcılığı == Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur.
Gülablı rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.