Abdal-Gülablı

AbdalAzərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.[1]

Abdal
39°51′54″ şm. e. 46°55′15″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 707 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Abdal xəritədə
Abdal
Abdal

Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır.[2]

1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.[3]Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur.

ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var.

Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir. Albaniyada ermənicə yazılışda Heptal formasında bu tayfanın yaşadığını VII əsr alban tarixçisi Moisey Kalankatlı yazmışdır. Abdal adlı tayfa başqırdlarda, qazaxlarda və türkmənlərdə də vardır. Cənubi Qafqazda Abdallı kənd adlarının bəziləri Qızılbaşların (XV əsr) Şamlı tayfasının Abdallı qolunun məskunlaşması ilə bağlıdır.[4]

Tarixi mənbələrdə Abdal-Gülablı tayfalarından bir neçəsi 16-cı əsrin əvvəllərində buradan Kür-Araz ovalığına əsasəndə Cavad qəzasına (indiki Salyan rayonunun Qarabağlı kəndi) ərazisinə yerləşmişlər və həmin kəndin əsasını qoyanlardan olmuşlar.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. "Ağdam Ağrıları — Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  4. B. Budaqov, Q. Qeybulayev. Yuxarı Qarabağın Toponimləri

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]