Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurbanəli Abbasov
Qurbanəli Abbasov — Ukraynanın “Əməkdar artisti”, “Tərəqqi” medalı laureatı == Həyatı və fəaliyyəti == Qurbanəli Həsən oğlu Abbasov 1952-ci il yanvarın 16-da Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olmuşdur.1974-cü ildə Kiyev şəhərindəki M.Qliyer adına Musiqi Peşə Məktəbində musiqi təhsili almışdır.1979-1984-cü illərdə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etmişdir. 1985-1992-ci illərdə Almaniyanın Veymar şəhərində musiqi mütəxəssisi kimi çalışmışdır.1986-cı ildə Almaniyanın Leypsik şəhərində keçirilən vokal üzrə Beynəlxalq musiqi festivalının laureatı olmuşdur.1992-ci ildən Ukrayna Dövlət Sərhəd Qoşunlarının mahnı və rəqs ansamblının solisti kimi fəaliyyətini davam etdirmişdir.1999-cu ildən Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində yaranmış “Azərbaycan” mahnı və rəqs ansamblına rəhbərlik edir. 1997-ci ildə Ukraynanın “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Qurbanəli Quluzadə
Qurbanəli Elşad oğlu Quluzadə (25 iyun 2001, Binə, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurbanəli Quluzadə 2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Ailənin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb. == Hərbi xidmətləri == 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qurbanəli Quluzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Qurbanəli 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Qurbanəli Quluzadə Binə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qurbanəli Quluzadə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurbanəli Şərifov
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. Kamal Camalov.
Qurbanəli Şərifzadə
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. Kamal Camalov.
Qurbanəli Əliyev
Qurbanəli Məmmədsadıq oğlu Əliyev — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Qurbanəli Əliyev 1925–ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948 – 1954- cü illərdə Naxçıvan şəhərindəki müəllimlər institutuda, 1954 – 1956-cı illərdə Ordubad şəhərindəki 1 saylı orta məktəbdə müəllim işləmişdir. 1956 –cı ildə AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H.Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan mono və polikristal, amorf və maye selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1960-cı ildə namizədlik, 1968-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Q. Əliyev 1970-ci ildə professor elmi adı almışdır. O 1969 –cu ilədək AMEA Fizika İnstitutunda böyük elmi işçi, 1969 –cu ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetində kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Q. Əliyev 2009-cu il avqust ayının 9-da vəfat etmişdir. Elmi məqalələrin sayı-276 Beynəlxalq konfranslarda iştirakının sayı-59 Xaricdə çıxmış elmi əsərlərinin sayı-130-a yaxın Monoqrafiya və kitabların sayı-1 Müəllifik şəhadətnamələrinin və patentlərin sayı-15 Dil bilikləri- ana dili, rus və ingilis == Əsas elmi nailiyyətləri == Qurbanəli Əliyevin əsas elmi fəaliyyəti selen yarımkeçiricisinin müxtəlif modifikasiyalarının (heksaqonal, monoklin, amorf) alınmasına və onların fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur.
Molla Qurbanəli Zəncani
Molla Qurbanəli Zəncani (fars. آخوند ملا قربان‌علی ارقینی‎; 1824, Zəncan – 1911, İraq) — Məşrutə hərəkatının nümayəndəsi, ruhani. == Həyatı == Molla Qurbanəli 1824-cü ildə Zəncan vilayətinin Xudabəndəli mahalının Ərqənin kəndində anadan olmuşdu. Molla Məhəmmədhəsən Nəcəfi və Mürtəza Ənsaridən dərs almışdı. 1899-cu ildə bir cinayətkar onun evinə sığınmış və hakim həmin şəxsin yaxalanmasına əmr etmiş, dövlət adamları Axundun evinə girib və onun tərəfdaları ilə üzbəüz olub döyüşmüşlər. Zəncanlılar bu işə etiraz edib, hakimiyyətə qarşı üsyan edib bəzi dövlət binalarına ziyanlar vurmuşlar. Nəhayət, hakim Axundun evinə gedib bu üsyanı yatırtmışdır. 1907-ci ildə Məhəmmədbağır xan Səidüssəltənənin hakimliyi zamanı Zəncan vilayəti İranın bir çox yerləri kimi qıtlıq vəziyyətində idi. Bu durumda Axund Molla Qurbanəli Zəncani tərəfdarları bir gün şəhərdən eşiyə taxıl aparmağ istəyirlər. Lakin dövlət məmurları bu işə mane olurlar.
Qurbanəli bəy (film, 1989)
== Məzmun == Burada Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir. == Film haqqında == Kukla filmidir. Film Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır.