Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qureyş
Qureyş, Qüreyş (Ərəb: 'قريش' ) — İslam Dininin peyğəmbəri Hz.Məhəmməd ibn Abdullahın mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda Müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Hz.Məhəmmədin ulu babalarından biri Kusay ibn Kilabdır. == Qureyşin ataları == Qureyş qəbiləsi Hz.Məhəmmədin on bir göbəkdən atası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir. Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Hz.Nuh peyğəmbərin nəvəsi Hz.İbrahim peyğəmbərin oğlu Hz.İsmayılın oğlu Adnanın soyundan gəlir.Kusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu-babası və Məhəmmədin beşinci göbəkdən əcdadıdır. Kusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Huzai Qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır. Xaraba vəziyyətindəki Kəbəni bərpa etdirdi.
Qureyş Surəsi
Qureyş surəsi (ərəb. سورة قريش‎ (oxunuşu: surəh qureyş)) - Quranın 106-cı surəsi. Məkkədə nazil olmuşdur, 4 ayədir.
Şah Mahmud Qureyşi
Məhdum Şah Mahmud Qureyşi (ing. Shah Mehmood Qureshi, 22 iyun 1956) — Pakistanın xarici işlər naziri. == Həyatı == 1956-cı il iyunun 22-də Maridə anadan olmuşdur. 1978-ci ildə Pəncab Universitetini bitirmişdir, ixtisasca aqronomdur.1983-cü ildə Kembric Universitetinin magistraturasında təhsil almışdır. 1985-1988, 1988-1990 və 1990-1993-cü illərdə Pəncab əyalət assambleyasına üzv seçilmişdir. 1988-1990-cı illərdə Pəncab əyalətinin Planlaşdırma və İnkişaf Naziri. 1990-1993-cü illərdə Pəncab əyalətinin Maliyyə Naziri. 1993-1996-cı illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 1994-1996-cı illərdə Parlament işləri üzrə dövlət naziri olmuşdur. 2002-2007-ci illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir.
Əbu Həmzə Qureyşi
Əbu Həmzə Qureyşi (ərəb. أبو حمزة القرشي‎ ; v. 3 fevral 2022, Atme[d]) — İraq Şam İslam Dövlətinin 27 oktyabr 2019-cu ildə Əbu Həsən Muhacirin ölümündən sonra təyin edilmiş rəsmi nümayəndəsi. Onun adı ilk dəfə 31 oktyabr 2019-cu ildə "Furqan Media İstehsalat İnstitutu" media mərkəzinin yaydığı "kim Allahla bağladığı əhdə sadiq olsa, Allah ona böyük bir nemət bəxş edər" başlıqlı rəsmi açıqlamada hallanmışdır. Əbu Həmzə burada "Şeyx Mühacir Əbu Həmzə Qureyşi" kimi təqdim edilmişdir. Əbu Həmzə ilk çıxışında Əbu Bəkr Bağdadinin və qrupun keçmiş spikeri Əbu Həsən Muhacirin ölümünü elan etmiş və sonra İslam Dövləti Şurasının yeni "xəlifə" seçdiyini bildirmişdir. Əbu İbrahim Haşimi Qureyşi "xəlifə" elan edilmiş, Əbu Həmzə isə qrupun bütün tərəfdarlarını “dünyadakı bütün müsəlmanların lideri” olan Əbu İbrahimin adına and içməyə çağırmışdır. O həmçinin, vəd etmişdir ki, İslam Dövləti Bağdadi və Muhacirin ölümünə görə ABŞ-dən qisas alacaq.
Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Bağ Sib Rəhman Qüreyşi (Piranşəhr)
Bağ Sib Rəhman Qüreyşi (fars. باغ سيب رحمان قريشي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
İrina Qureviç
İrina Qureviç (ukr. Ірина Гуревич; 16 mart 1976, Vinnitsa) – alman dilçi və kompüter alimi, kompüter elmləri professoru və Knowledge Processing Labın direktoru. Hal-hazırda Darmştadt Texniki Universitetində dərs deyir. Lüğət və kompüter texnologiyaları üzrə işlərin müəllifidir. == Bioqrafiyası == 1998-ci ildə Mixail Kotsyubinski adına Vinnitsa Dövlət Pedaqoji Universitetini bitirib, ingilis və alman filologiyası üzrə təhsil alıb. Məzun olduqdan sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və Şimali Ren-Vestfaliya əyalətinin təqaüdü ilə Duisburq - Essen Universitetində üç il oxumuşdur. 2001-2005-ci illərdə Heydelberq Universitetində doktoranturanın elmi üzvü olmuşdur. 2003-cü ildə Duisburq-Essen Universitetində Kompüter livinqistikası doktoru olur. 2005-2007-ci illərdə Darmştadt Texniki Universitetində elektron təhsil üzrə universitet tədqiqat layihəsində tədqiqatçı köməkçisinə rəhbərlik etmişdir. 2007-ci ildən Darmştadt Texniki Universitetinin Kompüter Elmləri Bölməsindəki Emmy Noether qrupu olan Alman Tədqiqat Vəqfinin rəhbəridir.
Dorian Qreyin portreti
Dorian Qreyin portreti bütövlükdə ilk dəfə 1890-cı ildə Lippinkott aylıq jurnalında nəşr olunmuş, Oskar Vayldın müəllifi olduğu fəlsəfi romandır. Nəşriyyatçının əxlaq dəyərlərinə uyğun olmadığı üçün əsərin 500-sözə yaxın hissəsini silməsinə baxmayaraq, kitab tənqid atəşinə tutuldu. "Londonun Gündəlik Xronikası" qəzeti əsəri "cəmiyyəti çürüdə biləcək iyrənc fikirlərlə dolu","kirli" və "zəhərli" adlandırdı, "St.Ceyms Qəzeti" isə kitabı "ürəkbulandırıcı","iyrənc" hesab edir və yazarın edam olunmasını təklif edirdi. Kitab 1891-ci ildə yenidən çap olunduqda altı yeni fəsil əlavə olunmuşdu. Əsər ingilis dilində yazılmış yüz ən yaxşı romandan biri seçilib və Oskar Vayldın yayımlanmış tək romanıdır, Azərbaycan dilinə Kamran Nəzirli tərəfindən tərcümə olunub. == Mövzu == Dorian Qrey xalası-xanım Brendonun evində tanınmış rəssam Bazil Holvardla tanış olur. İnanılmaz dərəcədə yaraşıqlı olan Dorian rəssamın diqqətini cəlb edir və rəssam onun bir neçə portretini çəkir. O, bu portretlərdə Dorianı qədim yunan qəhrəmanı və ya mifik bir fiqur olaraq təsvir edir. Çox bəyənilməsinə baxmayaraq əsərini satmaqdan imtina edən Bazil dostu Lord Henriyə şəxsi hisslərini həddən artıq ələ verdiyi üçün portretə qarşı narahatlığını dilə gətirir. Sensasiyalı çıxışları ilə ad qazanmış dostu Lord Henri ilə Dorianın yaxınlaşmasından qısqanclıq duyan Bazil buna mane ola bilmir və Henrinin Doriana təsiri get-gedə güclənir.
Aquila gurneyi
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Güşayış (Vərziqan)
Güşayış (fars. گشايش‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (20 ailə).
Mimizuku gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Macropus greyii
Qrey vallabisi (lat. Macropus greyii) — kenquru cinsinə aid heyvan növü.
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. == Tarixi == İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. == Xüsusiyyətləri == Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır.Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir.Tutacaqlar düz və ya əyri ola bilər. Əyri kürəyə nisbətən düz kürək itələmə bucağını dəyişməyi asanlaşdırır və qar daha rahat tullanır. Uzun tutacaqlar istifadəçiyə qarı tullamaq üçün öz çəkisini istifadə etməyə kömək edir, qısa tutacaqlar isə qarı tullamağı asanlaşdırır.
Qreysi Karvalyo
Qreysi Karvalyo (23 iyul 1990, San-Joze-dus-Kampus[d], San-Paulu ştatı) – Braziliya modeli. The Lions (Nyu-York, Los-Anceles), Oui Management (Paris), Why Not Model Management (Milan), Select Model Management (London) agentlikləri ilə əməkdaşlıq edir. == Karyerası == Qreysi Karvalyo modellik karyerasına 2007-ci ildə 18 yaşında ikən San-Pauluda yerli müsabiqəyə daxil olduqdan sonra başlamışdır. 2008-ci ildə Dəb həftəsində debüt etmişdir. Rio Dəb Həftəsinin ən çox təklif alan modeli olmuşdur: 39 dəb şousunun 35-ində podiuma çıxmışdır. Dəb həftəsindəki uğurlarından, "L'Officiel" jurnalının üz qabığında göründükdən və "Vogue", "Elle" kimi jurnallarda bəhs edildikdən sonra Marilyn agentliyi ilə müqavilə bağlamışdır. Burberry brendi, Karl Lagerfeld, Ralf Loren, Vera Vonq və Vivianna Vestvud kimi dizaynerlər üçün modellik etmişdir.2009-cu ilin payızında ilk dəfə Nyu-York və Parisin dəb həftələrində podiuma çıxmış, Karoliaa Herrera, Maks Azriya, Cambattista Valli və Stella Makkartni kimi dizaynerlər üçün modellik etmişdir. Miu Miunun yeganə rəng modeli olmuşdur. 2009-10-cu illərdə DKNY moda evinin, 2010-cu ildə Tommy Hilfinger brendinin siması olmuşdur.Karvalyo qadınalt platarları, çimərlik geyimləri və kataloq modelliklərinə görə məşhurdur, H&M, Next və Calzedonia brendləri üçün modellik etmişdir. 2010 və 2015-ci illərdə Victoria's Dəb Şousunda podiumda çıxış etmişdir.
Meqqi Qreys
Meqqi Qreys (ing. Maggie Grace; 21 sentyabr 1983) – amerikan aktrisası və modeli. İlk dəfə həftəlik iRachel's Room adlı proqramda tamaşaçı qarşısına çıxıb. Proqram, Sonyiə aid olan ScreenBlast adlı internet səhifəsində, 2001–2002-ci illərdə yayımlanırdı. Daha sonra 2002-ci ildə kariyersına "Murder in Greenwich" və "Shop Club" adlı filmlərde baş rol almaqla davam edib.
Qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".
Qaranlığın ürəyi
"Qaranlığın ürəyi" (ing. Heart of Darkness) — Polşa və İngiltərə yazıçısı Cozef Konradın 1899-cu ildə yazdığı macəra romanı. Roman ilk dəfə 1902-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Konradın yaradıcılığının mərkəzində "mədəni insanlar" və "vəhşilər" arasında çox da fərq olmadığı fikri dayanır. "Qaranlığın ürəyi" dolayısı ilə imperializm və irqçiliyi şərh edir. Romanın süjeti Marlounun uğurlu fil sümüyü taciri Kurtsla bağlılığı haqqında izahatının əsasını təşkil edir. Konrad qaranlıq yerlər kimi "yer üzündəki ən böyük şəhər" olan London və Afrika arasında paralellər aparır. == Məzmun == Hekayə Mərkəzi Afrikaya səyahətini xatırlayan protaqonist dənizçi Marlounun baxış bucağından nəql edilir. "Şirkət"in göstərişi ilə o, şirkətin fil sümüyü toplayan Kurts adlı agentlərindən birini özü ilə aparmaq üçün uzaqlarda yerləşən bir stansiyaya getməlidir. Kitabın əsas hissəsini Marlounun tropik çay boyunca avropalılara tamamilə naməlum ərazilərdə səyahəti haqqında məlumatları birinci şəxs baxış bucağından nəql etməsi təşkil edir.
Qreys Kelli
Qreys Kelli (ing. Grace Kelly; 12 noyabr 1929[…] və ya 1929, Filadelfiya, ABŞ – 14 sentyabr 1982[…] və ya 1982, Monako kommunası[d], Monako) — ABŞ kinoaktrisası. == Təsiri == 2015-ci ildə Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli” sərgisi olmuşdur.Eksponatlar nümayiş olunmuşdur.
Qreys Kulic
Qreys Kulic (ing. Grace Coolidge; 3 yanvar 1879[…], Börlinqton[d], Vermont – 8 iyul 1957[…]) — ABŞ-nin Prezidenti Kalvin Kulicin həyat yoldaşıdır.
Qreys Vahu
Qreys Wahu Kenyatta (bilinmir və ya 1897 – aprel 2007) — Keniyanın ilk prezidenti Jomo Kenyatta'nın ilk həyat yoldaşı idi. Qeydlər göstərir ki, Vahu, daha sonra Johnstone Kamau kimi tanınan Kenyatta ilə 1917 və ya 1919-cu illərdə evləndi. Jomo Kenyatta ilə iki övladı var: Peter Muigai Kenyatta (1922-1979) və Margaret Wambui Kenyatta (1928–2017). Grace Wahu Keniyada 2007-ci ilin aprelində 110 yaşında vəfat etdi.
Qreys adası
Qreys adası (ing. Grace) — Bermud adalarına daxil olan mərcan adası. Adanın sahəsi 0,026 km²-dir (6,5 akr). 2000-ci ilə qədər adada yaşayış olmamışdır. 2000-ci ildən isə adada istirahət məkanı fəaliyyət göstərir.
İnsan ürəyi
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Ürəyin daxili qişası
Endokard (lat. endocardium — daxili qişa) — ürək divarının daxili təbəqəsi.
Ürəyin xarici masajı
== Ürəyin xarici masajı == İstənilən səbəbə görə (qəza, suda boğulma, elektrik cərəyanın vurulması və s.) ürəyin dayanması zamanı ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır. Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir. Diqqət! Əgər zərərçəkmiş insana yalnız 1 nəfər yardım edirsə, bu halda yalnız ürəyin xarici massajı həyata keçirilir, süni tənəffüs verilmir. Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır. Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır. Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək böyük yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir.
İki ürəyin dastanı
İki ürəyin dastanı — bəstəkar Arif Məlikovun özbək şairi və filosofu Mirzə Əbdülqadir Bedilin poeması əsasında yazdığı balet. İki ürəyin dastanı — özbək rejissoru Kamil Yarmatovun 1966-cı ildə çəkdiyi film.