Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quruca
Quruca (lat. Gnaphalium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Quruca:The Plant List saytında takson barədə məlumat.
Qurucan (Məlikan)
Qurucan (fars. قوريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,378 nəfər yaşayır (611 ailə).
Bataqlıq qurucası
Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum) - quruca cinsinə aid bitki növü.Gnaphalium uliginosum L. – Bataqlıq qurucası (Qurudulmuş, quruca, qaranquşotu, kəsikot) == Botaniki xarakteristikası: == Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. Zəif iyli olub, şortəhər dadlıdır. Yolların, kanalların kənarlarında, gilli çay kənarlarında, alaqotu olan yerlərdə, göl və bataqlıqlarda yayılmışdır.Bitki çiçəkləyən dövrdə (iyul-avqust) yetüstü, kök hissələri toplanılmalıdır.
Meşəlik qurucası
Meşəlik qurucası (lat. Gnaphalium sylvaticum) - quruca cinsinə aid bitki növü.
Qurucaşilə
Qurucaşilə (türk. Altunhisar) — Bartın ilinin ilçəsi. Qara dəniz sahilində, şəhər mərkəzindən 52 km məsafədə yerləşir. == Coğrafiya == Qurucaşilə, Bartından 62 km şimal-şərqdə yerləşən Zeytun və Sandal burunları ilə sərhədlənən bir şəhərdir. 1965-ci ildə Dövlət Yolları tərəfindən inşa edilən və 1974-cü ildə asfalt örtülmüş, Qara dənizin qərb sahilində 010 magistral yolunda zəngin təbii gözəlliklərə sahib bir sahil şəhəridir. Şimalda Qara dəniz, cənubda Bartın, şərqdə Cidə və qərbdə Amasra ilə həmsərhəddir.İlçənin dəniz səviyyəsindən hündürlüyü 1500 metrə qədər qalxır. Kürə dağlarının ilçənin cənubundakı bir hissəsi, Qaradağ və Qarsaduran dağları ilə əhatə olunmuşdur. 159 km2 səth sahəsinin 40%-i meşələrlə əhatə olunmuşdur və demək olar ki, kənd təsərrüfatı sahəsi yoxdur. İlçədə tipik Qara dəniz iqlimi hökm sürür. Buna görə, soyuq və yağışlı qış, isti və yağışlı yay ayları müşahidə olunur.
Duruca
Duruca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Duruca — Oğuz rayonu ərazisində dağ. Duruca — Qəbələ rayonu ərazisində çay. Duruca — Şəki rayonu ərazisində çay. Duruca — Qax rayonu ərazisində çay.
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. == Tarixi == == Əhalisi == Əhalisi 937 nəfərdir.
Oyun qurucu
Oyun qurucu müdafiəçi və hücumçular arasında yerləşən və vəzifəsi hər iki mövqedəki basketbolçulara kömək etmək olan oyunçu. Oyun qurucular komandanın xal qazanması üçün dəqiq və düşünülmüş paslar atır və bu mövqedə olanlar hər iki əlindən yaxşı istifadə etməyi bacarır. Bu mövqe amerikan futbolundakı kuotəbək(quarterback) və ya futboldakı pleymeyker(playmaker) ilə eynidir. Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook,Rajon Rondo və s.
Quruba bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qurucu (film, 2016)
Qurucu (ing. The Founder) — John Lee Hancock və Robert Siegel tərəfindən yazılan 2016-cı ilin Amerika bioqrafik dram filmi. Michael Keatonun iş adamı Ray Kroc rolunda oynadığı film, McDonald's fast food restoran şəbəkəsini yaratmasından bəhs edir. Nick Offerman və John Carroll Lynch, McDonald'sın qurucuları Richard və Maurice McDonald rollarında oynayırlar. == Süjet == 1954-cü ildə Ray Kroc səyyar milkshake maşını satıcısıdır. Ethel adlı dəstəkləyici bir həyat yoldaşı olmasına və İllinoys ştatının Arlington Heights şəhərində rahat bir həyat yaşamaq üçün kifayət qədər pula qənaət etməsinə baxmayaraq, Ray daha çox şey arzulayır. Ray özünün milkshake maşınlarını satmağa çalışdığı restoranların bir çoxunun səmərəsiz işlədiyini də müşahidə edir. San Bernardinoda bir alış-verişin qeyri-adi çox sayda süd qarışığı sifariş verdiyini öyrəndikdən sonra Ray onu görmək üçün Kaliforniyaya gedir. Gördüyü şey — sürətli xidmət, yüksək keyfiyyətli yeməklər, birdəfəlik qablaşdırma və ailə dostu atmosferi olan məşhur gəzinti restoranı McDonald'sdır. Ray iki McDonald qardaş Maurice "Mac" və Richard "Dick" McDonald ilə görüşür.
Suda-quruda yaşayanlar
Suda-quruda yaşayanlar (lat. Amphibia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Bura tritonlar, salamandralar, qurbağalar və ayaqsızların və s. daxildir. Suda-quruda yaşayanlar sinfinə daxil olan növlərin sayı bəzi hesablamalara görə 6700 (bəzi hesablamalara görə 4500) Bu sinfin nümayəndələri sürfə halında suda yaşayan və qələsəmələrlə, böyüdükdən sonra isə, adətən, ağciyər (və dəri) ilə nəfəs alan, su mühitini tərk edə bilən, lakin həmişə yüksək rütubətə ehtiyacı olan onurğalılardır. Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayırlar. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir.
Dahi qurucu (film, 2009)
Dahi qurucu — rejissor Almas Məmmədovanın 2009-cu ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə mərhum prezident, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs olunur. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Suda-quruda yaşayan ayaqsızlar
Suda-quruda yaşayan ayaqsızlar (lat. Gymnophiona, Apoda) — onurğalı heyvanların Suda-quruda yaşayan sinfinə daxil olan dəstə. Ayaqsızlar suda-quruda yaşayanların cəmi 170 növünü özündə birləşdirən ən kiçik dəstəsidir. == Təsnifatı == Ayaqsızlar (Caeciliidae) fəsiləsi Balıqilanlar (Ichthyophiidae) fəsiləsi Quyruqlu ayaqsızlar (Rhinatrematidae) fəsiləsi Afrika ayaqsızları (Scolecomorphidae) fəsiləsi Uraeotyphlidae fəsiləsi == İstinadlar == Werner Himstedt: Die Blindwühlen.
Suda-quruda yaşayan quyruqlular
Quyruqlular (lat. Urodela və ya lat. Caudata) — Suda-quruda yaşayanlar sinfnə aid 3 dəstədən biri.
Quruçay
Çaylar Quruçay (Füzuli) — Arazın sol qolu, Xocavənd və Füzuli rayonları ərazisindən axan çay. Quruçay (Xaçmaz) — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülən çay. Quruçay (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında çay.Kəndlər Quruçay (Bicar)Digər mənalarda Quruçay mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir.
Amerika Birləşmiş Ştatlarının qurucu ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas Bani ataları təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
Azərbaycanda yayılmış suda-quruda yaşayanlar siyahısı
Azərbaycanda yayılmış suda-quruda yaşayanlar == Mənbə == AMEA.Zoologiya İnstitutu.
Hamlet İsaxanlı. Alim və qurucu ömrü
"Yusif Məmmədəliyev mükafatı laureatları" seriyasından Fuad Tanrıverdiyevin yazdığı və 1997-ci ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görən kitab. Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyəti İcraiyyə Komitəsinin 26 dekabr 1996-cı il 126 saylı qərarına əsasın çap edilmişdir. Kitabın redaktoru Elşad Quliyev dir. == Kitabın titul vərəqindən == Xalq arasında biliklər yaymaq, ürəklərdə maarif ziyası yandırmaq hər birimizin müqəddəs işi, mənəvi borcudur. J.H. Məmmədəliyev Maarifçilik, milli elmimizin tərəqqisi, dünya şöhrəti qazanması sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyəti İcraiyyə Komitəsinin qərarı ilə Hamlet Abdulla oğlu İsayev (İsaxanlı) Yusif Məmmədəliyev adına mükafatla təltif edilmişdir. == Məzmun == == "İşi sevən, işə yaradıcılıq kimi baxan yoruldum deməz, ruhdan düşməz" == == Biblioqrafik əlavələr == == Həmçinin bax == Hamlet İsaxanlı Elşad Quliyev == İstinadlar == Fuad Tanrıverdiyev. Hamlet isaxanlı. Alim və qurucu ömrü. Xəzər Universiteti Nəşriyyatı, Bakı, 1997 (Yusif Məmmədəliyev mükafatı laureatları).
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Quruçay (Bicar)
Quruçay (fars. قوري چاي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (18 ailə). Əhalisini kürdlər təşkil edir.
Quruçay (Füzuli)
Quruçay — Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 82 km, hövzəsinin sahəsi 512 km²-dir. Suyunun çox hissəsini yağış (75–80%) sularından alır. Çayda əsas daşqın yazda olur. Bu dövrdə illik axım həcmindən 30–35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bə`zi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir. Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir.
Quruçay (Təbriz)
Quruçay (azərb. Quruçay قورو چای‎Quru Çay قورو چای, fars. خشکه رود‎خشکه رود‎) — İranın Şərqi Azərbaycan ostanında çay. Quruçay Təbrizin dağlarından başlayır və şəhərin şimal şərqində Acıçaya qovuşur. Çay Təbrizi bir-birilə bir neçə körpü vasitəsilə birləşən quzey və güney hissələrinə bölür. Yanaşı yerləşən 2 Qarı körpüsü çay üzərində olan ən tanınmış və tarixi körpülərdir. Səngi körpüsü də həmçinin tarixiliyi ilə diqqət çəkir. Həmçinin çayın hər iki tərəfində "Çaykənarı" adlanan şose yolu da vardır ki, şəhərin mərkəzindən keçməklə onun şərq və qərb hissələrini birbaşa bağlayır. Quruçayın suyu XX əsrin sonundan çirklənmişdir və içməli deyil.
Quruçay (Xaçmaz)
Quruçay — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. == Ümumi məlumat == Uzunluğu 77 km, hövzəsinin sahəsi 220 km²-dir. Başlanğıcını Baş Qafqazın Yan silsiləsindən - Susay-Qrız yolu üstündəki aşırımdan (2550 m) alır. Yuxarı axımında Susayçay, düzənlikdə isə Mazarçay adlanır. Çayın illik axımı yağış, yeraltı və qismən də qar sularından əmələ gəlir. Orta illik su sərfi 0,90 kub m/san-dir. İllik axımının 60-70%-i yaz-yay, 20-30%-i isə payız-qış fəslində keçir. Çaydan bütün axımı boyu suvarma işlərində geniş istifadə olunur.
Quruçay mədəniyyəti
Quruçay mədəniyyəti — Azərbaycan ərazisində daş dövrünə aid arxeoloji mədəniyyətdir. == Xüsusiyyətləri == Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Qədim insanlar alət hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olurdular. Quruçay vadisi ibtidai insanların yaşaması üçün hər cür şəraitə malik olmuşdur. Ona görə də Azıx mağarasının 7–10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Mədəniyyətin ilkin mərhələsində alətlərin hazırlanması texnikası bəsit olduğu halda sonrakı mərhələlərdə təkmilləşmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksiilə yaxınlıq təşkil edir.
Uğruca (Duzluca)
Uğruca — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Oğruca kimi qeyd olunur.
Oğruca
Oğruca dağı — Azərbaycanda dağ. Oğruca (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd. == Həmçinin bax == Oğurca — Xəzər dənizinin cənub-şərqində yerləşir.
Peruca
Peruca (it. Perugia) — mərkəzi İtaliyada Umbriya regionunun paytaxtı və eyni adı daşıyan Perugia vilayətinin mərkəzidir. Peruca təpədə olan köhnə mərkəz ilə düzlükdə Tiber Çayı sahilində olan yeni şəhərdən ibarətdir. Təxminən 450 m. yüksəkliyində təpədə qurulan köhnə tarixi şəhərin mərkəzinə (it. Centro) təpənin ətəklərində inkişaf edən yeni şəhərdən gedən nərdivanlar vasitəsilə zəhmətsizcə çatmaq mümkündür. Köhnə şəhər mərkəzinə günün müəyyən saatlarıyla avtomobil ilə girmək yasaklanıp köhnə şəhər atmosferi beləcə qorunur. Ayrıca 2006 etibarən 7 stansiyası olan bir "Minimetro" da fəaliyyətə keçirilmişdir. Periğia'da iki məşhur universitet var. 1308-ci ildə qurulan və hal-hazırda təxminən 34.000 şagirdi olan "Üniversità degli Studi di Perugia (Perugia Universiteti)" və 1925 qurulub 1992 muxtar universitet olan "(Üniversità per Stranieri di Perugia Perugia Xaricilər Universiteti)." Üniversità per stranieri "İtaliyada xaricilərə İtalyan öyrətmək üçün qurulmuş iki universitet təşkilatından biridir (digəri isə Siena'da olur.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Quaruja
Quaruja (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ɡwaɾuˈʒa]]]) — Braziliyanın San-Paulu ştatında yerləşən bələdiyyə. Bayşada-Sansista metropolitan regionunun tərkibindədir. 2015-ci ilin məlumatına görə əhalisi 311.230 nəfərdir və sahəsi 143,58 km2 təşkil edir. Bələdiyyənin adı Tupi dilindən tərcümədə "dar cığır" mənasını verir. Bələdiyyədə güclü urbanizasiya var. Quaruja Hollivud ulduzları və milyonerləri üçün qaçış yeridir. == Coğrafiya == Quaruja San-Paulunun sahilində yerləşən Santo-Amaro adasında yerləşir. Əsas gəlir mənbəyi mövsümi turizm və liman fəaliyyətləridir. Quaruja San-Paulu ailələri üçün populyar həftəsonu yeridir. Onlar burada azı 1 saat drayvinq ilə məşğul ola bilərlər.
Qudula
Qudula — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin 400 il yaşı var. === Tarixi abidələri === Kənddə orta əsrlərdə inşa edilmiş qala yeri qalıb. Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır. Kəndin ərazisində yaşı 1000 ildən çox olan Pir palıd adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Ərazisi ağaclıqdır. == Əhalisi == Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.
Qumluca
Qumluca (lat. Arenaria) — qərənfilçiçəklilər sırasının qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == == Botaniki təsviri == == Sinonimləri == Brewerina A.Gray Cernohorskya Á.Löve & D.Löve Gooringia F.N.Williams Gouffeia Robill. & Castagne ex Lam. & DC. Spergulastrum Michx.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Qurumba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. == Tarixi == == Əhalisi == Əhalisi 937 nəfərdir.
Quruzma
Quruzma — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2500 nəfərə qədərdir. Kənd Kür çayı ətrafında yerləşir, ərazisi təxminən 700 hektardır. Kəndin digər tərəfində Kürün keçmiş axarı olan, gölün bir növü sayılan axmaz yerləşir.
Grande de Gurupa
Tupinambarana (port. Ilha Grande de Gurupá) — Braziliyada Amazon çayı hövzəsində yerləşir. == Coğrafiyası == Adanın sahəsi 4,864 km² təşkil edir. Sahəsinə görə Banabal və Tupinambarana adasından sonra çayla əhatələnmiş ikinci böyük Çay adasıdır. Ada ilə əlaqə hava və su nəqliyyatı vastəsi ilə yaradılır. Amazon çayının deltasında qərarlaşır.
Qulucan
Qulucan (Ərtik) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.
Urduca
Urdu dili (urdu اردو) və ya danışanlara məlum olduğu kimi Laşkari; yazılı لشکری, — XIII əsrdə yaranan və Hind-Avropa dilləri ailəsinə daxil olan dil. Pakistanın rəsmi dilidir. Hindistanda urdu dili 23 rəsmi dövlət dilindən biridir. Ölkədə təxminən 50 milyon nəfər bu dildə danışır. Dünyada 63,431,800 nəfər urdu dilini öz ana dili kimi istifadə edir, təxminən 150—200 milyon nəfər isə bu dildə danışa bilir. Pakistanda və Hindistanda çox yayılmışdır. Pakistanın rəsmi dillərindən biridir. Hindistanın bəzi bölgələrində də rəsmi dildir. Urduca Türk dillərində olan "ordu" sözündən törəmişdir. Yerli olaraq Laşkari və ya Laşkari dili olaraq bilinir.
Quzucaq
Quzucaq-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Quzucaq-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Göltəpə (Quruçay-i Şərqi dehistanı)
Göltəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 139 nəfər yaşayır (28 ailə).
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı inzibati ərazi vahidində kənd. == Tarixi == Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli BUruc camaatı təşkil edir Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.Buruc əhalisi ta qədimdən hec bir tayfa ilə geniş əlaqəsi olmayan bir tayfa olaraq hələdə mövcudur(yani bu tayfa hamısı bir birinə sıx qohumluq əlaqələri ilə bağlıdır).Buruc tayfası sırf İrəvan xanlıqının bəzi əraziləri Qarabağ ərazisinin ən qədim və yerli tayfasıdır.kəndin əsas məşquliyyəti əkincilik və maldarlıqdan ibarəti.Kəndin indiki ərazisi bəzi mənbələrdə 7 təpə adlanır. 7 təpə adlanmaqının səbəbi həmən ərazidə 7 ədəd 4 böyük 3 xırda qədimi təpədən ibarət olmasıdır.. == Coğrafiyası və iqlimi == Kənd Bərdə Tərtər magistral yolu üzərində yerləşir.
Eruca
İndau (lat. Eruca) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
Qurut
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu. == Hazırlanması == Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar. == İstifadə == Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Gürcuva
Gürcüva — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi ləğv olunmuş Məşəd kəndindən Gürcüva kəndinə keçirilmiş və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kəndin əsl adı Gürcüobadır. 1917-ci ildə Gürcüabad variantında qeydə alınmışdır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Nuxa qəzasından gəlmiş ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin tərkibindəki gürcü etnik adı da əslində gürcü dilinin dialektində danışan ingiloylara aiddir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Gürcücə
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir. Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir.
Oğurca
Oğurca (türkm. Ogurjaly adasy) — Xəzər dənizinin cənub-şərqində yerləşir. Şimaldan cənuba doğru 42 km uzanır, eni 1-1,5 km təşkil edir. Qumluqlardan ibarətdir. == Adlanması == Ruslar adanın xiyara bənzəməsi ilə onu rusca “Oqureç” adlandırıblar. Əslində isə hələ 1392-ci ildə adada yaşayan oğurçalı türk tayfası ilə bağlıdır. Oğurçalı isə Dəniz qulduru mənasını verir. Doğrudanda 15-17 əsrlər ərzində dəniz quldurları fars karvanlarına basqınlar təşkil edirdilər. == Coğrafiyası == Qışda güçlü dalğalar adanın üzərindən keçərək onu bölür. Çələkən yarımadasından Çələkən Oğurçalı boğazı ayırır.