Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rövnəq Abdullayev
Rövnəq İbrahim oğlu Abdullayev (3 aprel 1965, Naxçıvan) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti (2005–2022), Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti və Azərbaycan Cüdo Federasiyasının Sabiq Prezidenti (2015–2021). == Həyatı == Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.Rövnəq Abdullayev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983–1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev, 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutu bitirib. === Ailəsi === Rövnəq Abdullayev Məlahət Əliyeva ilə ailəlidir, Rəşad adında oğlu, Sevinc adında qızı var. == Fəaliyyəti == Rövnəq Abdullayev 1989–1997-ci illərdə "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) və "28 May" NQÇİ-də, habelə "Xəzərdənizneftqazinşaat" Trestinin inşaat-quraşdırma idarəsində şöbə rəisi, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.1997–2003-cü illərdə "Xəzərdənizneftqazinşaat" Trestinin müdiri vəzifəsində çalışan Rövnəq Abdullayev, 2003–2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub.2004-cü ildə "Neftçi" Futbol Klubunun Prezidenti seçilən Rövnəq Abdullayev, 2005-ci il noyabrın 6-da baş tutan Azərbaycan Milli Məclisinə III çağırış seçimlərə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, seçimdə qalibi gəldi və Milli Məclisin üzvü oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə Rövnəq Abdullayev, ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib.2008-ci il martın 14-də 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilən Rövnəq Abdullayev, Neftçi FK-nın Prezidenti vəzifəsindən istefa verdi.Rövnəq Abdullayev 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərədə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, yenə seçimdə qalibi gəldi.2012-ci il martın 10-da Rövnəq Abdullayev növbəti dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib.2015-ci il sentyabrın 4-də isə Azərbaycan Cüdo Federasiyasının (ACF) Prezidenti seçilən Rövnəq Abdullayev, 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərədə qatıldı. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, üçüncü dəfə seçimdə qalibi gəlib.2016-cı il martın 11-də Rövnəq Abdullayev üçüncü dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib. Rövnəq Abdullayev 2020-ci ilin dekabr ayından etibarən SOCAR Türkiyə ilə yanaşı, şirkətin törəmə müəssisələri olan "Petkim" və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.Prezident İlham Əliyev sərəncamı ilə 2022-ci il fevralın 10-da Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.
Rövnəq Həsənli
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rövnəq Həsənzadə
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
ROXEN
ROXEN və ya Larisa Roxana Giurgiu (rum. laˈrisa rokˈsana ˈd͡ʒʲurd͡ʒʲu; 5 yanvar 2000, Kluj-Napoka) — Rumın müğənni. Rumıniyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Həyatı == Roxen 5 yanvar 2000-ci ildə Rumıniyanın Kluj şəhərində dünyaya göz açmışdır. O, 7 yaşında musiqiyə olan sevgisini kəşf etdi. Roxen artıq 19 yaşında ilk mahnısı "You Don't Love Me"-ni gün işığına çıxardı. Bir sıra ölkələrdə mahnısı çox sevilirdi. İstedadlı müğənni, özünü sübut etmək üçün 2020 Avroviziya Mahnı Müsabiqəsinə qatılma şansını əldə etdi. O, Rumıniyanın Selecția Națională milli seçim turunda iştirak edərək "Alcohol You" söylədi və 1-ci yerə layiq görülərək 2020 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil etmək şansı qazandı, lakin Avropa Yayım Birliyinin 18 mart 2020-ci il qərarına görə 2020 Avroviziya Mahnı Müsabiqəsi COVID-19 koronavirus pandemiyası səbəbindən ləğv edildi, lakin ölkə televiziyası TVR 31 mart 2020 tarixində Roxenin 2021 Avroviziya Mahnı Müsabiqəsində də iştirak edəcəyini bildirdi. O, Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsinin 1-ci yarım final mərhələsində "Amnesia" mahnısını ifa edəcək.
Ronin
== Qırx yeddi ronin == Qırx Yeddi Samuray, Ako davası, Ako Səyyah Samurayları (赤穂浪士 Ako rōshi) və ya Genroku Ako Hadisəsi (元禄赤穂事事禄赤穂事禄赤穂事件 Genroku) kimi də tanınan Qırx Yeddi Ronin'in hekayəsi prototip bir yapon hekayəsidir. Görkəmli yapon alimi tərəfindən ölkənin “milli əfsanəsi” (İzumo) kimi təsvir edilən bu kitab samurayların şərəf qaydalarının ən məşhur hadisəsi Buşido'dan bəhs edir. Hekayə, daimyo ustasının titulu kōzuké-no-suké olan Kira Yoshinaka adlı məhkəmə məmuruna hücum etmək üçün seppuku (ritual intihar) etməyə məcbur edildikdən sonra lidersiz qalan (roninə çevrilən) bir qrup samuraydan bəhs edir. Səbirlə gözlədikdən və Kira'nı öldürmək üçün bir ildən çox plan qurduqdan sonra Ronin'lər ağalarının şərəfinin qisasını aldılar. Bunun müqabilində ronin'lər qətl cinayətini törətdiklərinə görə - artıq bildikləri kimi seppuku törətməyə məcbur oldular. Kiçik bəzəkli bu əsl hekayə, bütün yaxşı insanların gündəlik həyatlarında saxlamalı olduğu sədaqət, fədakarlıq, əzm və şərəf simvolu kimi Yapon mədəniyyətində populyarlaşdı. Demək olar ki, əfsanəvi nağılın populyarlığı Yaponiya tarixinin Meiji dövründə, Yaponiyada bir çox insanın mədəni köklərinə qayıtmaq istəməsi zamanı sürətli modernləşmə ilə daha da artdı. == Ronin == Rōnin (浪人, rōnin) Yaponiyanın feodal dövründə (1185-1868) ustasız samuraylar idi. Samuray ağasının məhv olması və ya yıxılması və ya ağasının lütf və ya imtiyazını itirməsi səbəbindən ustasız qalır. Rōnin sözü hərfi mənada "sürüklənmiş adam" deməkdir.
Ronne
Ronne (fr. Ronnet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03216. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 190 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 128 yaş arasında (15–64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,6%, 1999-cu ildə 75,2%). 98 fəal işçidən 88 nəfər (47 kişi və 41 qadın), 10 nəfər işsizdir (2 kişi və 8 qadın). 30 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 8 nəfər — təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Öləng
Öləng — qədim türk su və yaşıllıq tanrıçası, Göy Tanrının zövcəsi və həkimlərin, qadınların, körpələrin himayədarı sayılırdı. == Qaynaq == Фарид Алекперли - Медицина в Азербайджане. İRS Jurnalı. No. 1 (9), 2004.
Şonen
Şonen (少年, şö:nen, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur. Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır.
Arçana Sorenq
Arçana Sorenq (1996) — Hariadan olan ətraf mühit fəalı. Onun fəaliyyəti iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılmasına, habelə yerli xalqların adət-ənənələrinin və mədəniyyətinin sənədləşdirilməsinə, qorunmasına və təbliğinə həsr olunub. Sorenq təşkilatın gənclər strategiyasının bir hissəsi olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən qurulmuş İqlim Dəyişiklikləri üzrə Gənclər Məsləhət Qrupunun yeddi üzvündən biri seçilir. == Bioqrafiya == Sorenq Hadiya xalqındandır və Odişa ştatının Sundarqarx rayonundakı Rajqanqpure şəhərində böyüyüb. O, atasının ölümündən sonra ətraf mühit fəalı olur. O, həyatı boyu Hindistan Katolik Gənclər Hərəkatının fəal üzvü olmuşdur. O, TISS tələbə birliyinin prezidenti, həmçinin All India Catholic University Federation (AICUF) bir hissəsi olan Adivasi Yuva Chetna Manch kimi tanınan Tribal Commissionin sədri olur. Hal-hazırda Vasundhara Odishada tədqiqatçı kimi çalışır. Təşkilatda o, Bhubaneşvarda təbii ehtiyatların idarə edilməsi, insanların hüquqları və iqlim dəyişikliyi sahələrində siyasət araşdırmaları aparır.
Marsella Rovena
Marsella Rovena (italyanca: Marcella Rovena) - İtaliya aktrisasıdır.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. == Yaranması və yayılması == Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Ronela Hayati
Ronela Hayati (2 sentyabr 1989, Tirana) — Alban müğənni. eyni zamanda Ronela kimi də tanınır, alban müğənnisi, bəstəkarı və rəqqasıdır. Tiranada doğulub boya-başa çatıb o, musiqi karyerasına başlamazdan əvvəl uşaq ikən müxtəlif mahnı və rəqs müsabiqələrində çıxış etməyə başlayıb. Hayati musiqi, üslub və tərcümədə çox yönlü olması ilə seçilir. 2021-ci ildə Festivali i Kengës-in 60-cı buraxılışını qazandıqdan sonra o, 2022-ci ildə Eurovision Mahnı Müsabiqəsi üçün Albaniya təmsilçisi təyin edilib.
Yoakim Ronninq
Yoakim Ronninq (30 may 1972)- əvvəllər Espen Sendberqlə bir komandada işləyən norveçli kino rejissoru. Hər ikisi Norveçin Sandefyord şəhərindəndir. Onların bir yerdə olduğu komanda Roenberq (hər ikisinin soyadının birləşməsi) adlanırdı. Ronninq indi film və televiziya verilişləri hazırlayan və rəhbərlik edən solo rejissordur. == Karyerası == 2006-cı ildə Yoakim Ronninq Espen Sendberqlə birgə ilk filmləri olan və baş rollarını Penelopa Kruz və Salma Hayek oynadığı Bandidası çəkmişdir. Filmi fransız kinorejissor Luk Besson yazmışdır. Onun 2012-ci ildə hazırladığı Kon-Tiki filmi Norveç kino tarixində Qızıl qlobus və 85-ci Akademiya mükafatına namizəd görülmüş ilk film idi. Cütlük Karib quldurları seriyasının beşinci filmi olan "Karib quldurları:Ölülər nağıl danışmır" filminə rejissorluq etmişdir.
Rəng
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. == Mənbə == Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
47 ronin
47 ronin və ya Ako qisası — XVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir. == Səbəb == 1701-ci ildə Yaponiyanın Ako bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir. Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir. == Qisas əməliyyatının həyata keçirilməsi == 47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.
Conen dağı
Conen dağı – Yaponiyada dağ.
Jerom Roten
Jerom Roten (fr. Jérôme Rothen; 31 mart 1978[…]) ― hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan fransız futbolçu. Ləqəbi "Robot Roten"dir. Hazırda Korsika klubu olan "Bastia"da oynayır. == Karyerası == === Klub karyerası === Peşəkar futbolçu karyerasına "Kan"da başlayan Roten "Trua"nın formasını geyən zaman məşhurlaşıb. Bundan sonra "Monako"ya transfer olunub. 2003-2004-cü il mövsümündə keçirilən UEFA Çempionlar Liqasında "Monako"nun heyətində turnirin finalında oynasa da, klubu məğlub olub. "Monako"dan sonra Roten "Pari Sen-Jermen" klubuna transfer olunub və bu komandanın heyətində oynadığı 154 oyunda 13 qol vurub. Həmin mövsüm səkkiz dəfə Fransa milli futbol komandasının formasını geyinib. "Pari Sen-Jermen"də beş il oynadıqdan sonra "Qlazqo Reyncers"ə icarəyə verilib.
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Romen Bask
Romen Bask (30 iyun 1995) Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun keçmiş fransız peşəkar futbolçusudur. == Peşəkar Kareyası == === Quevilly-Rouen === Bask, 29 iyul 2017-ci ildə FC Lorient ilə Liqa 2 1-1 bərabərə qalmaqla Quevilly-Rouen üçün peşəkar debüt etdi. === Neftçi === Bask, 15 iyul 2021 ci ildə Neftçiyə transfer oldu.Neftçiyə transfer olunduqdan sonra Neftçidə əsas heyət oyunçusu oldu.
Romen Fevr
Romen Fevr (14 iyul 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Fevr Tur akademiyası vasitəsilə inkişaf etmişdir. 6 iyul 2017-ci ildə o, Monako klubuna transfer olmuşdur. Fevr 12 fevral 2018-ci ildə Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Fevr peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Han-Noa Massenqo ilə əvəz olunmuşdur. Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də debütünü 22 dekabr 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Romen Qari
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Romen Qrojan
Romen Qrojan (fr. Romain Grosjean, d. 17 aprel 1986, Cenevrə) — Fransa lisenziyasında yarışan İsveçrə və Fransa yarışçısı, GP2 seriyasının çempionu (2011). 2009-cu ildən 2012-ci ilə kimi Formula 1 pilotu; 2016-ci ildən bəri Haasda çıxış edir. Lotus komandası üçün 10 podium qazanmışdır. == Ümumi informasiya == Evlidir. O və onun həyat yoldaşı Marionun Saşa (2013), Simon (2015) adlı oğulları və Kamilla adlı qızları (2017) var. == İdman karyerası == 2000-ci ildə ilk dəfə avtoidmanında bir çox kartinq müsabiqəsində iştirak edərək özünü sınadı. Qrojan çox tez müxtəlif müsabiqələrdə peloton liderləri ilə bərabər mübarizə apardı. 2001-ci ildə İCA sinfində Fransa çempionluğunu qazanmış, iki il sonra İsveçrə və İtaliyada Formula Reno seriyasındakı 1.6 litrlik sinif yarışlarında iştirak edən formula tipli yarışda debüt etdi.
Romen Rollan
Romen Rollan (fr. Romain Rolland, 29 yanvar 1866[…] – 30 dekabr 1944[…]) — fransız yazıçı, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915). Birinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1914-cü ildə heç bir sahədə Nobel mükafatı verilməmişdi. Növbəti ilin ədəbi laureatı isə Romen Rollan olmuşdu. == Həyatı == Romen Rollan Fransanın cənubundakı Klamsi şəhərində, zəngin burjua ailəsində doğulmuşdu. Atası populyar və ünsiyyətə açıq adam idi. Vəkillik fəaliyyəti ilə məşğul olurdu. Anası isə qapalı həyat tərzinə üstünlük verən dindar qadın kimi tanınırdı. Antuanetta Mari Kupo oğlunun musiqi təhsili ilə özü məşğul olurdu. Kiçik yaşlarından ona Bethoven musiqisinə böyük məhəbbət aşılamışdı.
Ronni Koleman
Ronald Din Koleman (və ya Koulman, ing. Ronald Dean Coleman) — peşəkar bodibilder, bir çox reytinqli yarışların və Mister Olimpiya müsabiqəsinin səkkizqat qalibi. Bütün zamanların ən məşhur bodibilderlərindən biri hesab olunur. == Bioqrafiyası == Ronald Din Koleman 13 may 1964-cü ildə Luiziana ştatının Monro şəhərində anadan olmuşdur. Daha sonra ailəsi qonşu Bastrop şəhərinə köçmüşdür. Ronninin anası Cessi Benton fiziki cəhətdən çox zəif qadın idi və Ronnini dünyaya gətirən zaman ölüm təhlükəsini belə yaşamışdır. Yeni dünyaya gəlmiş Ronninin ölçüləri həkimləri belə qorxuya salmışdır. Ronni 12 yaşında olan zaman artıq onun fenomen genetik quruluşu diqqəti cəlb edirdi: boy — 180 sm, çəki — 80 kq.Koleman 1986-cı ildə Qremblinq Dövlət Universitetini (GSU) bitirmiş və mühasibat uçotu ixtisasına yiyələnmişdir. Ronni iki il fastfud restoran şəbəkələrində mühasib işləmişdir. Daha sonra Ronni anlamışdır ki, mühasiblik onun üçün deyil və uşaqlıq arzusunu həyata keçirmək məqsədi ilə polis məktəbinə ərizə ilə müraciət etmişdir.
Rosen Plevneliev
Rosen Plevneliev (14 may 1964) — Bolqarıstanın 4-cü Prezidenti. 2012-ci ilin yanvarından 2017-ci ilin yanvarına qədər bu vəzifədə olan bolqar siyasətçidir. O, 2009-cu ilin iyulundan 2011-ci ilin sentyabrınadək Boyko Borisov kabinetinin tərkibində regional inkişaf və ictimai işlər naziri olub. 2011-ci ilin oktyabrında Plevneliyev səsvermənin ikinci turunda prezident seçildi; 18 yanvar 2012-ci ildə andiçmə mərasimi keçirilmişdir.