Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darevskia raddei
Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == === Xüsusiyyətləri === Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur. === Rəngi === Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur.
Samanta Randle
Samanta Randle (24 noyabr 1998) — CAR-lı üzgüçü. Samanta Randle CAR-ı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Samanta Randle birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:17.14 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Sorex raddei
Radde qonurdişi (lat. Sorex raddei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü. == Qısa təsviri == Azərbaycanda əldə edilmiş 19 heyvanın kütləsi 9, 7-10,0 q, bədənin uzunluğu 65-80 quruğu, 43, 6-52,1 mm, pəncəsi 12,0-13,1 mm olmuşdur. == Yayılması == Radde qonurdişi Qafqaz endemikdir. Eləcə də Türkiyə ilə həmsərhəd rayonlarda yayılmışdır. Azərbaycanda bu növ yalnız Kiçik və Böyük Qafqazda qeyd alınmışdır. Çox azsaylı, nadirdir. Dağətəyi və dağ meşələrində, kolluqlarda, çayların yanında, daş yığınlarında, arxların kənarında rast gəlinir. == Həyat tərzi == Aprelin ikinci yarısından başlayaraq payızın sonuna qədər ildə 2-3 dəfə çoxalır. Bir nəsildə 3-7, çox vaxt 5 bala verir.
Radde armudu
Radde armudu (lat. Pyrus raddeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda Zəngəzur dağında, palıd meşələrində bitir. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan alçaq gövdəli kolşəkilli ağacdır. Ağacın cavan budaqları həm tükcüklü, həm də çılpaqdır. Şarabənzər çətri vardır. Gövdə və budaqlarının qabığı hamar olub, bozumtul rənglidir. Yarpaqları lansetvari-ellipsvari, altdan keçəli tükcükülü, sonradan çılpaq, yarpağın mərkəzində daha enli, uzunluğu 8 sm-dək və eni 4 sm-dəkdir. Aprel ayının əvvəllərində çiçəkləyir, iyul-avqust aylarında meyvəsi yetişir. == Ekologiyası == Aşağı dağ qurşağında (600-850 m) əhəngli, quru, daşlı yerlərdə rast gəlinir.
Radde ayıdöşəyi
Radde ayıdöşəyi (Oreopteris raddeana (Fomin) Fomin) - qıjılar sinfinə aid bitki növüdür. Elmi adı-Dryopterisraddeana (Fomin) Fomin IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov-oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sevrilən, sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporlar qonur, böyrəkşəkillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyul ayına təsadüf edir. Çiçəkləməsi iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir.. Dekorativ və dərman bitkisidir. == Yayılması == Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran və Astara rayonları).
Radde böyürtkəni
Radde böyürtkəni (lat. Rubus raddeanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır. == Botaniki təsviri == Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır. == Ekologiyası == Şaxtaya davamlı, işıqsevən bitkidır.
Radde qonurdişi
Radde qonurdişi (lat. Sorex raddei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü. == Qısa təsviri == Azərbaycanda əldə edilmiş 19 heyvanın kütləsi 9, 7-10,0 q, bədənin uzunluğu 65-80 quruğu, 43, 6-52,1 mm, pəncəsi 12,0-13,1 mm olmuşdur. == Yayılması == Radde qonurdişi Qafqaz endemikdir. Eləcə də Türkiyə ilə həmsərhəd rayonlarda yayılmışdır. Azərbaycanda bu növ yalnız Kiçik və Böyük Qafqazda qeyd alınmışdır. Çox azsaylı, nadirdir. Dağətəyi və dağ meşələrində, kolluqlarda, çayların yanında, daş yığınlarında, arxların kənarında rast gəlinir. == Həyat tərzi == Aprelin ikinci yarısından başlayaraq payızın sonuna qədər ildə 2-3 dəfə çoxalır. Bir nəsildə 3-7, çox vaxt 5 bala verir.
Radde tozağacı
Radde tozağacı (lat. Betula raddeana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2-2,5 sm uzunluğunda, 10-14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2-2,5 mm uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir.
Radde əsməsi
Radde əsməsi (lat. Anemone raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Radde dağ gürzəsi
Radde dağ gürzəsi (lat. Vipera raddei) - Gürzələr fəsiləsinə daxil olan ilan növüdür. Zəhərli canlıdır. == Təsviri == Bədənin uzunluğu 1010 mm, bədənin uzunluğunun quyruğun uzunluğuna nisbəti L/L.cd. 12.0 – 12.8. Bədənin orta hissəsində onu bir cərgədə əhatə edən pulcuqların miqdarı 23, bədənin qarın tərəfində olan qalxancıqların miqdarı 170 - 185, anal qalxancığın miqdarı 1, quyruqaltı qalxancıqların miqdarı 25 - 35 cütdür. Başın üst tərəfi qabırğacıqlı pulcuqlarla örtülmüşdür. Yalnız sifətin ucundakı pulcuqlar qabırğasızdır. Gözüstü qalxancıqlar hər tərəfdə güclü şəkildə itiləşərək bir çıxıntı əmələ gətirir. Gözün üst tərəfindəki pulcuqlar ayrı bir sıra əmələ gətirir.