Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Radioaktivlik
Radioaktivitlik — radioaktiv parçalanma qeyri-stabil atom nüvəsinin qəflətən enerji verməklə çevrilmə xassəsi. Xaric olunan enerji ionlaşmış şüa, daha dəqiq dedikdə, enerjiyə malik hissəcikli və ya qamma şüalanma şəklində paylanır. Anlayış ilk dəfə 1898-ci ildə Mariya Küri tərəfindən işlənmişdir. Radioaktiv parçalanma bir və ya bir neçə hissəciklərin (məsələn: elektronlar, neytron, alfa-hissəciklər, fotonlar) ayrılması ilə müşayiət olunur. Radioaktivlik dedikdə həm də radioaktiv nüvəyə malik olan maddənin xassələri nəzərdə tutulur. Məlumdur ki, atom nömrəsi 82-dən böyük olan bütün kimyəvi elementlər radioaktivdirlər. Bəzi yüngül elementləri də bu sıraya aid edirlər. İki növ radioaktivlik mövcuddur: Təbii radioaktivlik - təbiətdə rast gəlinən, elementin nüvəsinin öz-özünə şüalanaraq parçalanmasıdır. Süni radioaktivlik - uyğun nüvə reaksiyası nəticəsində süni olaraq elementin nüvəsinin öz-özünə parçalanmasıdır. Radioaktiv nüvə tərəfindən şüalanan α-hissəciyi və γ-kvantlarının energetik spektri diskret, β-hissəciyində isə kəsiləndir.
Torpağın radioaktivliyi
Torpağın radiaktivliyi – torpağın tərkibində radiaktiv xassəli kimyəvi elementlərin olmasıdır. Torpağın radiaktivliyi uran, radium, torium və kaliumun radiaktiv izotopların miqdarından asılıdır. Torpaq əmələ gətirən süxurlardan asılı olaraq bu elementlərin tərkibi dəyişə bilər. Başqa torpaqlara nisbətən turş xassəli dağ süxurları üzərində təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli çimli-çəmən torpaqlarında radiaktivlik yüksək olur. Torpağın radiaktivliyi təbii və süni olur. Nüvə qurğularının sınağı, qəza tullantıları və torpağa atom sənayesinin tullantılarının düşməsi nəticəsində yaranan radionuklidlərin Yer səthinə düşməsində baş verir. Torpağın radiaktivlik çirklənmə sıxlığı küri vahidinin ərazi vahidinə bərabər olması ilə, yaxud stronsi vahidi ilə ölçülür. Bu cür torpaqlarda radiaktivlik təbii növdən çoxdur.