Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiriMarşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Seneqal
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. == Coğrafiya == . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Acacia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — 1908-ci ildə ABŞ-də yaradilib. Rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motors’un istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar.
Senegalia senegal
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal Respublikası
Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur. == Coğrafiya == . Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir. Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir.
Seneqal akasiyası
Seneqal akasiyası (lat. Acacia senegal) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Seneqal bayrağı
Seneqal bayrağı — Seneqalın Dövlət bayrağı
Seneqal pərttəgözü
Seneqal pərttəgözü (lat. Burhinus senegalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Seneqal tiralyeri
Seneqal tiralyeri (fr. Tirailleurs Sénégalais ) — əsasən Qərbi Afrika xalqlarının nümayəndələrindən ibarət Fransa müstəmləkə qoşunlarının birləşmələri. == Tarixi == Seneqal tiralyerlərinin ilk alayı 1857-ci ildə Fransa Seneqalında yaradılmışdır. Başlanğıcda xidmətə cəlbetmə prosesi yerli kölə sahiblərindən gənc və sağlam kölələrini satması, habelə münaqişələr zamanı əsir götürülmüş hərbi əsirlərin istifadə edilməsi yolu ilə həyata keçirilirdi. Seneqal tiralyerlərinin birliklərinin sayı artdıqca yerli əhali arasında müqaviləli əsgərlərin xidmətə cəlb edilməsi və hərbi çağırış yolu ilə xidmətə cəlb olunmasına başlanmışdır. Onların arasında indiki Qvineya, Mali, Burkina-Faso, Niger, Çad ərazisindən çoxlu immiqrantlar, həm xristianlar, həm də müsəlmanlar var idi. Seneqal tiralyerlərinin zabitləri fransız idi, lakin bu bölmələrdə xidmət etmək istəyən kifayət qədər fransız zabiti olmadığına görə hər otuz Seneqal tiralyerinə yalnız bir zabit düşürdü. Seneqal tiralyerləri XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Afrikada müxtəlif müstəmləkə müharibələrində (xüsusən Dahomeya, Bornu, Aqadez kimi dövlətlərin fəthində) iştirak etdilər. Müharibələrarası dövrdə Seneqal tiralyerləri Fransanın Afrikadakı mülklərində müstəmləkə rejiminin saxlanmasında iştirak etməyə davam etmiş, xüsusən də Mərakeşdəki rif üsyanının yatırılmasında rol oynamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Илья Полонский.
Seneqal şiri
Seneqal şiri (lat. Panthera leo senegalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
General Tanaka
Seneqal bağrıqarası
Seneqal bağrıqarası (lat. Pterocles senegallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Reneta Kamberova
Reneta Kamberova (d. 12 sentyabr 1990, Pazardznik, Bolqarıstan) — Bolqarıstannı təmsil edən bədii gimnast. Reneta Kamberova 2012 və 2016-cı ildə Bolqarıstanı Olimpiya Oyunlarında təmsil etdi; 2016-cı ilə isə yarışların bürünc medalını qazandı. Kamberova həmdə Dünya və Avropa Çempionatlarında ümumi olaraq üç qızıl, üç gümüş və yeddi bürünc medala sahib çıxıb. == Karyerası == Reneta Kamberova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 6-cı yeri tutdu. Reneta Kamberova 2016-cı ildə Bolqarıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lyubomira Kazanova, Mixaela Maevska-Veliçkova, Tsvetelina Naydenova və Xristiana Todorova ilə birgə final yarışlarında 34.282 xal topladı və bürünc medal qazandı.
Abbas Zamanov (general)
Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər). == Həyatı == Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləməklə yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir, 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir. O, uzun müddət respublika prokurorluğuna rəhbərlik etmiş, II dərəcəli Dövlət Ədliyyə müşaviri ali rütbəsinə layiq görülmüş, 1986-cı ildə təqaüdə çıxmışdır.
American General Center
American General Center — Texas ştatının Hyuston şəhərində yerləşən bir neçə ofis binasından ibarət olan kompleksdir. Binada 42 mərtəbə var, hündürlüyü 180 metrdir. Tikintisi 1983-cü ildə başa çatmışdı. Şəhərdə hündürlüyünə görə 19-cu yeri tutur.
Araz Məmmədov (general)
Araz Məmməd oğlu Məmmədov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunları Komandanı. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə Araz Məmmədova "general-mayor" hərbi rüstəbi verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli Sərəncamı ilə Araz Məmmədov "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2016-cı il tarixli Sərəncamı ilə Araz Məmmədov "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Araz Məmmədova "general-leytenant" hərbi rüstəbi verildi.
Azərbaycan–Seneqal münasibətləri
Azərbaycan–Seneqal münasibətləri — Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin martın 14-də qurulmuşdur. Azərbaycan ilə Seneqal arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. == Mədəni əlaqələr == === Qardaşlaşmış şəhərlər === Hər iki ölkənin paytaxtları – Bakı və Dakar qardaşlaşmış şəhərlərdir. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. Dakar şəhərinin şərəfinə Azərbaycan paytaxtındakı meydanlardan biri Dakar meydanı adlandırılmışdır.