RENAL

adj tib. böyrək; ~ calculus tib. böyrək daşı; ~ tissues böyrək toxumaları

RENAISSANCE
RENAME
OBASTAN VİKİ
Frederik Renal
Frederik Renal (fr. Frédérick Raynal; 15 mart 1966, Briv-la-Qayard[d]) — Fransa geymdizayneri və proqramçısı. O, "Infogrames", "Adeline Software International" və "No Cliché" şirkətlərindəki fəaliyyəti ilə tanınır, videooyun sənayesində 1990-cı və 2000-ci illərin öncül şəxslərindən biri hesab edilir. Renal "İncəsənət və Ədəbiyyat" ordeninin kavaleridir. Renal proqramlaşdırma karyerasına 1980-ci illərin axırlarında start vermiş, ancaq 1992-ci ildə "Infogrames" tərəfindən satışa çıxarılan "Alone in the Dark" survival horror videooyununun rejissoru olduqdan sonra populyarlaşmışdır. Renal "Infogrames" şirkətindən ayrılandan sonra "Adeline Software International" studiyasında çalışmış, "Little Big Adventure" (1994), "Little Big Adventure 2" (1997), və "Time Commando" (1997) kimi videooyunların üzərində işləmişdir. "Adeline" studiyası "Sega" korporasiyası tərəfindən satın alındıqdan sonra onun adı "No Cliché" olaraq dəyişdirilmişdir, ancaq studiya 2004-cü ildə bağlanmışdır. Renal videooyun sənayesinə geri dönmüş və müxtəlif studiyalarla çalışmışdır. Onun üzərində işlədəyi axırıncı layihə "2Dark" (2017) videooyunudur. == Həyatı == Frederik Rünal 15 mart 1966-cı il tarixində Fransanın Briv-la-Qayard şəhərində anadan olmuşdur.
Renald Makdonald
Renald Makdonald (ing. Ranald MacDonald; 3 fevral 1824 – 24 avqust 1894) – 1840-ci illərdə Yaponiyaya səyahət edən ABŞ macəraçısı. İngilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur. "Yaponiya: Macəra hekayəsi" memuarının müəllifidir. == İlk illəri == 1824-cü ildə ABŞ-nin Oreqonda yerləşən Astoriya qəsrində doğulub. Atası "Hudson's Bay" şirkətində işləyən tacir, anası isə Çinuki qəbiləsi şefinin qızı olan Şahzadə Şahzadə Sandi idi. Britaniya Kolumbiyasındakı uşaqlıq illəri zamanı qəzaya uğramış 3 yapon dənizçinin Flatteri yarımadasında quruya çıxması haqqında eşitdiyi xəbərdən sonra Yaponiyaya maraq göstərməyə başlamışdır. 1839-cu ildə məktəbi bitirdikdən sonra Ontarionun Sent-Tomas şəhərində yerləşən bir bankda 2 il boyunca məmur işləmişdir. == Səyahəti == Makdonald bankda işlədikdən sonra növbəti beş il ərzində dənizçi kimi bütün dünyanı səyahət etmək fikrinə düşmüşdür. Həmin dövr ABŞ-də Uzaq Şərqə marağın yaranmağa başladığı dövr idi və Makdonald da Yaponiyaya səyahət etmək istəyirdi.