Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsrail–Almaniya Reparasiya Sazişi
İsrail və Almaniya Federativ Republikası arasında Reparasiya Sazişi (alm. Wiedergutmachungsabkommen‎; ivr. ‏הסכם השילומים‏‎ — Heskem HaŞillumim) və ya Lüksemburq Sazişi (alm. Luxemburger Abkommen‎) — 10 sentyabr 1952-ci ildə İsrail və Almaniya Federativ Respublikası arasında imzalanmış, 27 mart 1953-cü ildə qüvvəyə minmiş müqavilə. Razılaşmaya görə, Qərbi Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. İsrailə ödənilən kompensasiyanın məqsədi İsrailin yaşadıqları yerlərdən didərgin düşmüş çoxsaylı kasıb yəhudini yeni evlərlə təmin etməsi və bunun qarşılığında çəkdiyi xərclər idi. Bundan əlavə, Yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə Konfrans vasitəsilə Almaniya Nasizm rejiminin təqibinə məruz qalmış hər bir yəhudinin mülkünü və dolanışığını tək-tək bərpa etməli idi. == Tarixçəsi == 1952-ci ildə İsrailin ilk baş naziri David Ben-Qurion çıxışlarının birində reparasiya tələbinin mümkün qədər çox yəhudi mülkünü əhatə etməli olduğunu bildirdi. Beləcə, "qatillər eyni zamanda varis ola bilməyəcəkdilər". Həmçinin, Qurion İsrailə köçən Holokost qurbanlarının reabilitasiyasını maliyyələşdirmək üçün bu kompensasiyaya ehtiyac olduğunu vurğulamışdı.
Repatriasiya
Repatriasiya (lat. repatriate) və ya vətənə qayıtma — əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması. O cümlədən, xaricdən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların qayıdışı repatriasiya sayılır. == İnsan repatriasiyası == İnsan repatriasiyası könüllü və məcburi olur. Könüllü repatriasiyanın ilk dəfə formallaşmış prinsipi II Dünya Müharibəsinin nəticələrindən biri idi. Bu prinsipə əsasən, repatriasiyanın şərti qayıtmağa qarşı olan dəqiq və yaxşı müəyyənləşdirilmişdir faktorların olmaması idi. Halbuki, II Dünya Müharibəsindən sonra gələn Soyuq müharibə dövründə qayıtma tez-tez qərbin marağlarının üçün (o vaxt qaçqınların böyük hissəsi qərbi ölkəldə məskunlaşırdı) daha uyğun olan başqa həll yollarının xeyrinə kənara qoyulurdu. === Hüquq === Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hüquqi cəhətdən məcburi deyil, halbuki ondan sonra qəbul olunmuş hüquqi cəhətdən məcburi olan beynəlxalq və regional sənədlər bu bəndin təsrinin nəticəsində geri qayıtmaq hüququnu qəbul edib.Ermənistan, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Filippin, İspaniya, Cənubi Koreya və Türkiyə kimi ölklərin repatriasiya haqqında qanunları var. === Psixologiya === Bosniyadan qaçqın olan iki qrup insanların araşdırması (biri Bosniyaya repatriasiya edən, ikincisi isə Norveçdə qalan) göstərib ki, xronik psixoloji simptomlar hər iki qrupda mövcuddur.
Trepanasiya
Trepanasiya (lat. trepanatio) və ya Kəllə trepanasiyası - cərrahi müdaxilə, müvafiq nahiyəni ya boşluğu əldə etmək məqsədi ilə kəllə sümüyünün dəlilməsi. == Növləri == Kəllə trepanasiyası (lat. t. cranii), kraniotomiya - kəllənin yarılması Dekompressiya məqsədli trepanasiya (lat. t. cranii decompressiva de-, aradan qaldırmaq, +compressio sıxılma, təzyiq) - geniş trepanasiya (5-6 x 6-7 sm) əsasən gicgah nahiyəsində beyinin bərk qişasını əldə etmək üçün eyniadlı kəllə sümüyünün pullu hissəsinin rezeksiyası. Beyin dislokasiyası nəticəsində xəstənin vəziyyətinin kəskin pisləşməsi zamanı icra edilir. == Tarixçəsi == Bu cərrahi müdaxilə qədimlərdən məlum olmuş, hələ Hippokrat bu barədə məlumat vermişdir. Neolit dövründən başlayaraq ən qədim zamanlardan bəri insanların trepanasiya ilə tanış olduqlarına dair dəlillər var.
Sovet represiya siyasətinin qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı